Nero gölü
Nero gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 93 m |
Eni | 8 km |
Uzunluğu |
|
Sahəsi |
|
Dərin yeri | 3,6 m |
Yerləşməsi | |
57°09′53″ şm. e. 39°26′12″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nero gölü (rus. Неро) — Rusiyanın Yaroslavl vilayətinin cənub-qərbindəki şirin sulu göl, bölgənin ən böyük gölü. Regional əhəmiyyətli təbiət abidəsi.
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Sahəsi 51,3 - 54,4 km², su toplama sahəsi 1220 km²-dir. Gölün səviyyəsinin illik dalğalanmaları orta hesabla 230 sm, uzunluğu 13 km, eni 8 km, maksimal dərinliyi 3,6−4 m-ə qədər (orta hesabla 1 metrə yaxın) olur. Yamaclar yumşaq, sahilləri alçaqdır. Dibi qalın sapropel təbəqəsi ilə örtülmüşdür (12 m-ə qədər; orta hesabla 1,5-2,5 m, digər mənbələrə görə 4-5 m). Suyun kənarı 93-95 m hündürlükdə yerləşir. Göl noyabrda donur, apreldə donu açılır. Qidalanması qarışıqdır, qar üstünlük təşkil edir. Göldəki sular əsasən hidrokarbonat tərkibinə malikdir, lakin Rusiyanın mərkəzi hissəsindəki digər göllərdən fərqli olaraq, xlor və sulfat ionlarının konsentrasiyasının artması müşahidə olunur. Gölün özü evtrofikdir, trofiklik son əsrlərdə daim artmaqdadır.
Göldə bir neçə ada var: Lvovski (“Meşə adası”), Rojdestvenski (Qorodoskoy), həmçinin Veksa çayının mənbəyində bir neçə adsız ada vardır. Gölə 20-dən çox qolu axır: Sara, İşnya, Kuçebeş, Mazixa, Varus, Çuçerka, Unita, Sula. Veksa çayı göldən başlayır. Keçmişdə gölə Ustye çayı tökülürdü.
Balıqçılıq: çapaq, çay xanısı, durnabalığı və s.
Neron gölün sahilində Rostov şəhəri (qərb sahilində), şəhər tipli Poreçye-Rıbnoe qəsəbəsi, Uqodiçi, Vorja, Lvov kəndləri var.
Paleocoğrafiya
[redaktə | vikimətni redaktə et]Göl orta pleystosenin sonunda Moskva buzlaşmasının deqradasiyası zamanı yaranıb və bütün Rostov ovalığını işğal edən qədim böyük periqlasial hövzənin qalığıdır[2]. Bu Rusiyanın mərkəzi hissəsindəki buzlaqdan əvvəlki bir neçə göldən biridir. Mikulin buzlaqlararası (eləcə də Holosen optimumunda) spora-polen analizinə əsasən burada enliyarpaqlı və iynəyarpaqlı-enliyarpaqlı meşələr inkişaf etmişdir[3]. Valday dövründə periqlasial tundra şəraiti üstünlük təşkil edirdi. Göl epoxanın əvvəlində, Son buzlaşmanın maksimumu zamanı maksimum ölçüsü 750 km²-ə çatır. Orta Valday dövründə (mərhələnin əvvəlində və sonunda) geriləmələr gölün güclü dayazlaşmasına və ya hətta bataqlığın yaranmasına səbəb olur[4], hövzə qalın çöküntü paketləri ilə dolur. Pleniqlasial dövründə göl reqressiya vəziyyətində idi [5][6]. Erkən Holosendə (əvvəlki məlumatlara görə, orta hesabla göl də xeyli azalır və yalnız mərkəzi hövzəni tutur, dibinin çox hissəsi bataqlıq olur[7].
Tarix
[redaktə | vikimətni redaktə et]İlk insanlar göl ətrafında eramızdan əvvəl 4 min il əvvəl məskunlaşıblar. Göl hövzəsində Fatyanovo mədəniyyətinin məzarlıqları tapılıb: Sarski, Voroninski, Pujbolski, Karaşski, Osokinski, Qoluzinovski, Xaldeyevski. Bir sıra tədqiqatçıların fikrincə, gölün cənub sahilində Sarsk yaşayış məntəqəsində Merya tayfasının mərkəzi olub. 9-cu əsrdə Şərqi slavyanlar gölün yaxınlığında məskunlaşırlar. Gölü Rostov şəhərinin şərəfinə Rostov adlandırırlar.
1172-ci il mayın 8-də xalq şurasının məhkəməsinin qərarı ilə Rostov yepiskopu II Feodor Rostov gölündə boğulmaqla edam edilir, onu salnamələr “yalançı yepiskop, zorlayıcı və Rostov taxtını oğurlayan yırtıcı” adlandırır. Tarixdə qanlı əməlləri ilə tanınıb. Edam şəhər meydanının sonradan təchiz olunduğu "Qoxulu bataqlıq" adlanan yerdə həyata keçirilib. Böyük Pyotr özünün ilk donanmasını burada qurmağı planlaşdırırmışdı, lakin sonradan bu ideyadan vaz keçir, çünki gölün dərinliyi dayaz idi, nəticədə ilk qayıq Pleşçeyevo gölündə tikilir.
İlk paroxod "Emelyan" 1883-cü ildə göldə peyda olu
Etimologiya
[redaktə | vikimətni redaktə et]Nero adının etimologiyası qədim göl-çay ner- termininə gedib çıxır, Nerl çayı da eyni kökdən adlanırr[8]..
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ Алёшинская З. В., Гунова В. С. Плейстоценовые озера Ростовской котловины и её окрестностей // История плейстоценовых озер Восточно-Европейской равнины. — СПб.: Наука, 1998. — С. 345—350. — 406 с. — ISBN 5-02-024848-7.
- ↑ Гунова В. С., Лефлат О. Н. Голоценовое и современной состояние экосистемы озера Неро // Вестник Московского университета. Серия 5: География. — 1997. — № 4. — С. 42–45.
- ↑ Istorii︠a︡ pleĭstot︠s︡enovykh ozer Vostochno-Evropeĭskoĭ ravniny / Румянцев В.А.. — Sankt-Peterburg: "Nauka", 1998. — 403 с. — ISBN 5-02-024848-7.
- ↑ Borisova O., Konstantinov E., Utkina A., Baranov D., Panin A. On the existence of a large proglacial lake in the Rostov‐Kostroma lowland, north‐central European Russia (англ.) // Journal of Quaternary Science. — 2022-11. — Vol. 37, iss. 8, no. 8. — P. 1442–1459. — doi:10.1002/jqs.3454.
- ↑ Wohlfarth B., Tarasov P., Bennike O., Lacourse, T., Subetto D., Torssander P., Romanenko F. Late Glacial and Holocene Palaeoenvironmental Changes in the Rostov-Yaroslavl’ Area, West Central Russia (англ.) // Journal of Paleolimnology. — 2006-04-01. — Vol. 35, iss. 3. — P. 543–569. — doi:10.1007/s10933-005-3240-4
- ↑ Алёшинская З. В., Гунова В. С. Новейшие отложения и палеогеография озера Неро // Вестник Московского университета. Серия 5: География. — 1997. — № 1. — С. 49—52.
- ↑ Поспелов Е. М. Неро // Географические названия мира. Топонимический словарь: Ок. 5000 единиц / отв. ред. Р. А. Агеева. — М.: Русские словари, 1998. — С. 287. — 503 с. — 3000 экз. — ISBN 5-89216-029-7.