Neqeri Sembilan
Malayziyanın ştatı | |
Negeri Sembilan | |
---|---|
malay Negeri Sembilan | |
3°20′ şm. e. 101°30′ ş. u.HGYO |
|
Ölkə | Malayziya |
İnzibati mərkəz | Seremban |
Tarixi və coğrafiyası | |
Sahəsi | 6.686 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1,098,400 nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | MY-05 |
Telefon kodu | 06 |
Poçt indeksi | 70000–73999 |
Avtomobil nömrəsi | N |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır. Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır.
Tarix
[redaktə | mənbəni redaktə et]Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar.
Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir. Dərin vadilərdə düyü əkinçiliyinə əsaslanır. Meyvə və kauçuk istehsalı də məşhurdur. Şəhərlərdə yaşayanların əksəriyyətini Çinlilər və Hind təşkil edir. Əhalinin böyük hissəsini müsəlmanlar təşkil edir. Əsas şəhərləri əyalət mərkəzi Serembanla Kuala Pilah və Port Dicksondur .