Nazikəda Qadınəfəndi
Nazikəda Qadınəfəndi | |
---|---|
سيدة لطيفة | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Yeni Məscid |
Atası | Arzaxan bəy Çanba |
Anası | Əsma Qılıc |
Həyat yoldaşı | II Əbdülhəmid |
Uşağı | Ülviyyə Sultan |
Dini | Sünni, İslam |
Nazikəda Qadınəfəndi (d. 1850 — ö. 11 aprel 1895) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı və qızı Ülviyyə Sultanın anası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Çərkəz əsilli zadəgan ailəsində dünyaya gəlmişdir. Atası Arzaxan bəy Çanba, anası isə Əsma Qılıc idi. Kiçik yaşlarında İstanbula gətirilərək Cəmilə Sultanın sarayına təslim edilmiş, burada saray təhsili almışdır. Piano və rəsmə güclü meyli vardı. Hündür boyu, uzun qara saçları və qəhvəyi gözləri ilə qısa zamanda sarayda tanındı. 1863-cü ildə Dolmabağça sarayında Şahzadə Əbdülhəmidlə evləndirilmişdir. 1868-ci ildə yeganə övladı olan Ülviyyə Sultanı dünyaya gətirdi. Şahzadə Əbdülhəmidin ilk və ən sevimli övladı olan Ülviyyə Sultan 7 yaşında ikən sarayda baş verən qəzayla yanaraq ölmüş, bundan sonra övladı olmayan Nazikəda xanım sarayda yaşamağa davam etdi. Şahzadə Əbdülhəmid taxta çıxdıqdan sonra Başqadınəfəndi olaraq Ulduz sarayına gəldi. 10 aprel 1895-ci ildə vəfat etdi və Yeni məsciddə dəfn edildi.
Övladları
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 489