Natiq Əliyev (general-mayor)
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Natiq Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əmirxeyir, Krasnoselo rayonu, Ermənistan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | farmakoloq, hərbi qulluqçu |
Uşaqları | Türkər Əliyeva, Namiq Əlizadə |
Rütbəsi | general-mayor |
Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — General-mayor.
Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit
Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.
"Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.
2012–2020-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Bas Idarəsinin rəisi işləyib. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilmişdir. 2020-ci ilin iyun ayından Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Mükafatları və fəxri adı
[redaktə | mənbəni redaktə et]- 2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı.
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı.
- Beynəlxalq Hərbi İdman Şurasının Ali zabit ordeni.
- Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "- Müdafiə Nazirliyi general Natiq Əliyevin vəzifəsindən azad edilməsini təsdiqləyib". 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.