Namiq Quliyev
Namiq Quliyev | |
---|---|
azərb. Namiq Quliyev | |
Ölkə | |
Doğum tarixi | 13 fevral 1974 (50 yaş) |
Doğum yeri | |
Titulu | Qrosmeyster (2005) |
Son reytinqi | 2578 (Noyabr 2016) |
Maksimal reytinqi | 2590 (Aprel 2007) |
FİDE nömrəsi | 13400363 |
Vikianbarda əlaqəli mediafayllar |
Namiq Quliyev (13 fevral 1974, Dünyamalılar, Jdanov rayonu) — Azərbaycan şahmatçısı, qrosmeyster (2005). Üç dəfə Azərbaycan yığmasının tərkibində şahmat olimpiadalarında iştirak edib(1994, 2006, 2016).
Həyatı
[redaktə | vikimətni redaktə et]1981–1989-cu illərdə Əlibala Şirinov adına Dünyamallar kənd orta məktəbi və Dünyamallar kənd 8-illik məktəbində, 1989–1991-ci illərdə isə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü 1 №-ли internat məktəbində (litsey) oxumuşdur. 1991–1996-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil almışdır.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetində riyaziyyat üzrə olimpiadaların qalibi olmuşdur.
1999–2001-ci illərdə Dünyamallar kəndində, 2001–2003-cü illərdə isə Bakıda şahmat məktəbində məşqçi müəllim işləmişdir.
2003 ildən Fransada professional şahmatçı və şahmat üzrə məşqçi işləyir.
Naliyyətləri
[redaktə | vikimətni redaktə et]2003-cü ildə Bischwiller-də keçirilən turnirdə birinci yeri tutub.
2005-ci ildə Béthune-də keçirilən turnirdə Oleg Korneev, Andrei Sokolov and Azər Mirzəyev ilə 1–4-cü yerləri bölüşüb.
2009-cu ildə Metz-də keçirilən turnirdə Friso Nijboer və Adam Horvath ilə 1–3-cü yerləri bölüşüb.
2010-cu ildə Malakoff-da keçirilən turnirdə Valentin Panbukchian və Vladimir Malaniuk ilə 1–3-cü yerləri bölüşüb.
2012-ci ilin yanvarında Cenevrədə keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Guliyev, Namig // FIDE Ratings and Statistics (ing.).
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Namig Guliyev. Chess-DB.com Arxivləşdirilib 2016-08-01 at the Wayback Machine (ing.)
- Namig Guliyev. fide.com (ing.)
- Namig Guliyev. chessgames.com (ing.)