Naibə Məmmədova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naibə Məmmədova
Naibə Aydın qızı Məmmədova
Doğum tarixi (65 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili Naxçıvan Dövlət Universiteti

Naibə Məmmədova — Azərbaycan kimyaçı alimi, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi.

Naibə Məmmədova 1959-cu il iyulun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Nax. DU) kimya ixtisası üzrə təbiyyat-coğrafiya fakultəsinə qəbul olunmuşdur. İlk elmi işlərini kimyaçı alim Y. Babayevin rəhbərliyi altında T. E. C.- xətti ilə həyata keçirmiş və fəxri fərmanlarla təltif edilmişdir. Naibə Məmmədova akademik Y. Məmmədəli-yev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu 1981-ci ildə bitirmişdir. 2004–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin "Kimya" kafedrasının dissertantı olmuşdur. O, qalay (IV) sulfid əsasında üçlü birləşmələrin alınması sahəsində tədqiqat işləri aparmışdır. 29 aprel 2011-ci il tarixində AMEA-nın akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda fəaliyyət göstərən D 01.021 Dissertasiya Şurasının iclasında "Qeyri-üzvi kimya" ixtisası üzrə "Metal (Ag , Tl , Cu , Pb2 , Cu2 , Cd2 , Fe2 , Co2 , Ni2 ) – SnS2-H2O sistemlərindən tiostannatların alınması və fiziki-kimyəvi xassələri" mövzusunda dissertasiya müdafiə etmiş, 2012-ci il 15 fevral tarixində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə dosent elmi adını almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1981–2002-ci illərdə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun filialı Naxçıvan Regional Elm Mərkəzində laborant, baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 2002–2009-cu illərdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 2009–2012-ci illərdə AMEA akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun "Nadir elementlər kimyası" laboratoriyasında elmi işçi vəzifəsində çalışmışdır. 2011-ci ilin 29 aprel tarixində AMEA-nın akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda fəaliyyət göstərən D 01.021 Dissertasiya Şurasının iclasında "Qeyri-üzvi kimya" ixtisası üzrə "Metal (Ag , Tl , Cu , Pb2 , Cu2 , Cd2 , Fe2 , Co2 , Ni2 ) – SnS2-H2O sistemlərindən tiostannatların alınması və fiziki-kimyəvi xassələri" mövzusunda dissertasiya müdafiə etmişdir. 2012-ci ildən hal-hazıradək KQüKİ-nun "Funksional materialların komponentlərinin sintezi" laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Naibə Məmmədova 32 elmi əsərin (onlardan 4 xarici ölkələrdə) müəllifidir.

Elmi məqaləri

[redaktə | mənbəni redaktə et]

N. Məmmədovanın son illərdə Beynəlxalq bazalarda çap olunan məqalələrin bir qismi aşağıdakılardır:

  • Рагимов С.С., Садыгов Ф.М., Алиев И.И., Мамедова Н.А. Получения и физико-химические исследования тиостанната никеля (ЫЫ) в системе НиЪл2-СнС2-Щ2О. //Журнал Неорганической химии, Том 57, № 2, 2012, Москва, Изд. "Наука" с. 201–203.
  • Гарайев Я.М., Məmmədova N. A. Сб2Се3-АэНО3-Щ2О систе-миндян Эцмцш селен сцрмянин су мцщитиндя алынма шяраитинин юйрянилмяси. //АМЕА-сы "Мярузяляр", 2012, № 2, ЛХВЫЫЫ ъилд, с. 34–39, Бакы, "Елм" няшриййаты.
  • Qarayev Ə. M., Quliyev R. Y., Məmmədova N. A. CuSbSe2 birləşməsinin solvotermal üsulla sintezi. //Akad. M. F. Nağıyevin 105 illiyinə həsr olunmuş elmi konfransın materialları, II cild-Bakı, 2013, səh. 277–279 Təşkilatçılar AMEA Kimya Problemləri İnstitutu.
  • Rzayev B. Z., Qarayev Ə. M., Məmmədova N. A. Hidrotermal metodla Sb2S3 birləşməsinin nanokristallarının alınması. //Azərb.kimya jurnalı 2013, № 4, səh. 62–66.
  • Əliyev İ. İ., Yaqubov N. İ., Məmmədova N. A. Ca3İn-CaSe sisteminin fiziki-kimyəvi tədqiqi. // Kimya problemləri jurnalı, 2013, № 4, səh. 432–436.
  • Ягубов Н.И., Алиев И.И., Бадалли И.Ф., Мамедова Н.А. Фазовые равновесие в системе GaSe-CaSe. //Международный журнал прикладных и фундаментальных исследований, 2015,
  • № 3, часть 1, с. 18–21.
  • Qarayev Ə. M., Məmmədova N. A. Hidrotermal sintezlə qalay (II) selenidin alınması və morfologiyası. //Azərbaycan Texniki Universiteti. Elmi əsərlər. cild 2, № 2, 2015, s. 145–150.
  • Məmmədova N. A. Etilenqlukol mühitində Tl2SO4-Na2SnS3 sistemindən Tl2SnS3 birləşməsinin alınması. //Kimya Problemləri jurnalı, 2016, № 2, s.
  • Hüseynov Q. M., Məmmədova N. A., İmanov H. Ə.. Tioasetamid və stibium (III) xlorid əsasında nanoölçülü Sb2S3 birləşməsinin alınması. //Kimya Problemləri jurnalı, № 3, 2017. s.
  • Мамедова Г.А, Мамедова Н.А. Исследование катионзамещенных природных цеолитов Нахчывана методом ИК-спектроскопии. //Международный симпозиум "Перспективные материалы и технологии" посвящен Году науки. 22–26 мая 2017. Материалы симпозиума. Часть 1, Витебск, Беларусь, 2017.
  • Mamedova G. A., Mamedova N. A. Physico chemical sturies of natural zeolito of Nakhchivan. //Məruzələr AMEA, № 3, 2017. (çapda)
  • Guseynov Q. M., Mamedova N. A., Imanov H. A.. Preparation of compound CuSbS2 and Cu3SbS3 hydrotermal metod/ // Məruzələr AMEA, № 3 və ya 4, 2017. (çapda)

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

O, 2017-ci ildə Belorusiyanın Butebsk şəhərində elmi məruzəçi kimi bilavasitə iştirak etmişdir.

Elmi-ekspertiza və konsaltinq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi redaktə işləri, rəyçi və məsləhətçi olduğu əsərlər

[redaktə | mənbəni redaktə et]

1. Arsenin ikili və mis, gümüş, talliumla üçlü halkogenidlərinin su və üzvi mühitdə yeni alınma metodlarının işlənməsi. 2017 il. 2. Aliyə Rzayeva. "Naxçıvan kimyaçıları". "Əcəmi" nəşriyyatı, 2017 il, 160c.