Nadejda Udaltsova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nadejda Udaltsova
rus. Надежда Андреевна Удальцова
Doğum adı Надежда Андреевна Прудковская
Doğum tarixi 29 dekabr 1885 (10 yanvar 1886)[1]
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1961(1961-01-25)[2][1] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam, boyakar[d], incəsənət xadimi
Stil suprematizm
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aleksandr Drevinin çəkdiyi portret

Nadejda Andreyevna Udaltsova (rus. Наде́жда Андре́евна Удальцо́ва; 29 dekabr 1885 (10 yanvar 1886)[1], Oryol25 yanvar 1961[2][1], Moskva[3]) — rus avanqard rəssam (suprematist, kubist).

Nadejda Udaltsova 1886-cı ildə Rusiyanın Oryol şəhərində anadan olub. O, Andre Seqonzak altında Parisdə, daha sonra Moskvada xüsusi sənət studiyalarında təhsil alıb.

Rusiyaya qayıtdıqdan sonra Vladimir Tatlinin studiyasında işləyib. 1910-1914-cü illərdə Rəssamlar İttifaqının üzvü olub.

Nadejda Udaltsova 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lyubov Popova, İvan Puni, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu Supremus qrupuna qoşulub və digər suprematist rəssamlar ilə Verbovka Xalq Mərkəzində işləyib.

1920-ci ildə əri və görkəmli avanqard rəssam Aleksandr Drevinin təsiri ilə bədii sənətə dönüb. Onların oğlu görkəmli rus heykəltaraş Andrey Drevin (1921-1996) idi.

1929-1932-ci illərdə onlar Altay dağlarına səyahət ediblər və 1933-1935-ci illərdə Ermənistanda işləyiblər. 1938-ci ildə Aleksandr Drevin həbs olunub və NKVD tərəfindən güllələnib.

Nadejda Udaltsova 1961-ci ildə Moskvada vəfat edib.

  1. 1 2 3 4 The Fine Art Archive. 2003.
  2. 1 2 RKDartists (nid.).
  3. 1 2 Union List of Artist Names (ing.). 2018.