Nəzəri mexanika
Nəzəri mexanika — mexaniki hərəkətlər haqqında ümumi qanunları və cisimlərin qarşılıqlı təsirini öyrənən elmdir. Fizikanın bir bölməsi olmuş nəzəri mexanika özünə aksiomlar şəklində fundamental əsas yaradaraq ayrıca elmsahəsi kimi inkişaf etmişdir. O texnikada tətbiqi xarakter daşıdığından geniş tətbiq olunur.
Nyutona görə "nəzəri mexanika istənilən qüvvə ilə yaradılmış hərəkətlər haqqında və istənilən hərəkəti yaratmaq üçün tələb olunan isbat olunmuş qüvvələr haqqında elmdir".
Nəzəri mexanika aksiomalara əsaslanan bir qanunlara əsaslanır. Bu aksiomlar tətbiqi mexanikanın həqiqəti haqqında induktiv xarakter daşıyır. Nəzəri mexanika deduktiv xarakterə malikdir. Təcrübələrdən əldə edilmiş aksiomalara əsaslanan nəzəri mexanika qanunları sərt riyazi asılılıqlar əsasında təsvir olunurlar.
Nəzəri mexanika təbiət elmlərinin bir hissəsinə olub hissələr yox onların modelləri ilə işləyən riyazi üsullardan istifiadə edir. Belə modellərə aşağıdaklar aiddirlər:
- materiya nöqtəsi və materiya nöqtələr çoxluğu,
- mütləq bərk cism və bərk cismlər sistemi,
- bütöv mühitin deformasiyası.
Adətən nəzəri mexanikada aşağıdakı bölmələri vardır:
Nəzəri mexanikada istifadə olunan riyazi üsullar:
- vektor hesabatı v. diferensial həndəsə,
- riyazi analiz,
- diferensial tənliklər,
- variasiya hesabatları.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Məmmədov Həbib. Nəzəri mexanika. Ali texniki məktəblər üçün dərs vəsaiti. Bakı, 1966. Səh.288.
- István Szabó: Einführung in die Technische Mechanik, 8. neu bearbeitete Auflage 1975, Nachdruck 2003 ISBN 3-540-44248-0
- Wriggers/Nackenhorst/Beuermann/Spiess/Löhnert: Technische Mechanik kompakt, 2. Auflage, Teubner-Verlag, Stuttgart, 2006, ISBN 978-3-8351-0087-9