Muzey Mərkəzi (Bakı)
(Muzey Mərkəzi səhifəsindən yönləndirilmişdir)
Muzey Mərkəzi | |
---|---|
| |
Keçmiş adları | Lenin muzeyi |
Alternativ adları | Milli Qalereya |
Ümumi məlumatlar | |
Status | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
Növü | muzey |
Yerləşmə | Neftçilər prospekti, 49 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Koordinatlar | 40°22′11″ şm. e. 49°50′33″ ş. u.HGYO |
Təməlatma | 1952 |
Açılma | 1957 |
Sahibi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi |
Dizayn və konstruksiya | |
Memar | Həsən Məcidov |
Veb-sayt | |
museumcenter.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır.[1]
Binası
[redaktə | vikimətni redaktə et]Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. Bu binada aşağıdakı muzeylər yerləşir:
- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
- C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
- Azərbaycan İstiqlal Muzeyi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Lider TV. "Muzey Mərkəzinin açılışından 55 il ötür" (az.). Youtube.com. 30.11.2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Vikianbarda Muzey Mərkəzi ilə əlaqəli mediafayllar var.
- museumcenter.az — Rəsmi saytı