Muxtar Dadaşov
Muxtar Dadaşov | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | (84 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
||
Fəaliyyəti | rejissor, operator | ||
Fəaliyyət illəri | 1929–1985 | ||
Mükafatları |
|
||
IMDb | ID1135790 |
Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur.[2] 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir.
7 may 1998-ci ildə vəfat etmişdir.[2]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır.[3] 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.[2]
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.[2]
Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır.[2]
Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış etmişdir. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə almışdır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.[2]
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Sovet Azərbaycanı", "Sovet Azərbaycanının 50 illiyi", "Arazın o tayında", "Sabir", "Kür", "Səadət yolu ilə" və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.[2]
Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə" bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır.[2]
Muxtar Dadaşovun "Bakıda küləklər əsir" filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə "Bakı döyüşür" adlı sənədli film çəkmişdi.[2]
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. "Nəriman Nərimanov" sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.[2]
Muxtar Dadaşov 50 ildən çox kinoya xidmət etmişdir.[2]
Muxtar Dadaşov 1977–1983-cü illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışmışdır.[3]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 dekabr 1976[4]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- Azərbaycan SSR Dövlət mükafatı — 1980 ("L. İ. Brejnev Bakıda" filminə görə)[5]
- "Şöhrət" ordeni[5]
- Azərbaycan Respublikasının Fəxri fərmanı — 18 sentyabr 1993[6]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 22 fevral 1998-ci ildən
- "Sovet Azərbaycanı" sənədli filminə görə Kannda keçirilən beynəlxalq kinofestivalda xüsusi mükafat — 1951[7]
- "Səadət yolu ilə" filminə görə ÜİKTS-in Qızıl medalı — 1956
- "Nəriman Nərimanov" filminə görə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-67" zona kinofestivalında tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film "Veçerniy Tbilisi" qəzetinin prizi — 1967
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Operator assistenti kimi
- 26 komissar (film, 1932) (tammetrajlı bədii film)
- Köçərilər (film, 1933) (tammetrajlı sənədli film)
Operator kimi
- Lökbatan (film, 1933) (qısametrajlı sənədli film)
- Neft simfoniyası (film, 1933) (qısametrajlı sənədli film)
- Rəqs edən bağalar (film, 1935) (qısametrajlı bədii film)
- Ordenli Azərbaycan (film, 1938) (tammetrajlı sənədli film)
- Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939) (qısametrajlı sənədli film)
- Kəndlilər (film, 1939) (tammetrajlı bədii film)
- Stalin adına Samur-Dəvəçi kanalı (film, 1939) (qısametrajlı sənədli film)
- Bakı hazırdır (film, 1940) (qısametrajlı sənədli film)
- Samur-Dəvəçi kanalı (film, 1940) (qısametrajlı sənədli film)
- Yeni horizont (film, 1940) (tammetrajlı bədii film)
- Vətən oğlu (film, 1941) (qısametrajlı bədii film)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943) (qısametrajlı sənədli film)
- Bakı döyüşür (film, 1944) (qısametrajlı sənədli film)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944) (qısametrajlı sənədli film)
- Arşın mal alan (film, 1945) (tammetrajlı bədii film)
- Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film)
- Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film)
- Topçubaşovun aparatı (film, 1946) (qısametrajlı sənədli film)
- Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film)
- Axşam konserti (film, 1948) (qısametrajlı sənədli film)
- Azərbaycan qurur (film, 1948) (qısametrajlı sənədli film)
- Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film)
- 25 il Leninsiz (film, 1949) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1949) (qısametrajlı sənədli film)
- Səhər nəğməsi (film, 1950) (qısametrajlı sənədli film)
- Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film)
- Arazın sahillərində (film, 1953) (qısametrajlı sənədli film)
- Həyata keçmiş arzular (film, 1954) (qısametrajlı sənədli film)
- Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film)
- Doğma torpaq, Azərbaycan (film, 1960) (tammetrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
Rejissor kimi
- Samur-Dəvəçi kanalı (film, 1940) (qısametrajlı sənədli film)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943) (qısametrajlı sənədli film)
- Bakı döyüşür (film, 1944) (qısametrajlı sənədli film)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944) (qısametrajlı sənədli film)
- Axşam konserti (film, 1948) (qısametrajlı sənədli film)
- Azərbaycan qurur (film, 1948) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1949) (qısametrajlı sənədli film)
- Səhər nəğməsi (film, 1950) (qısametrajlı sənədli film)
- Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film)
- Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film)
- Arazın sahillərində (film, 1953) (qısametrajlı sənədli film)
- Həyata keçmiş arzular (film, 1954) (qısametrajlı sənədli film)
- Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film)
- "Ağ qızıl" ustaları (film, 1958) (tammetrajlı sənədli film)
- Bizim Azərbaycan (film, 1959) (tammetrajlı sənədli film)
- Doğma torpaq, Azərbaycan (film, 1960) (tammetrajlı sənədli film)
- Sabir (film, 1962) (qısametrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
- Əbədi qardaşıq (film, 1965) (tammetrajlı sənədli film)
- Nəriman Nərimanov (film, 1966) (qısametrajlı sənədli film)
- Qanun naminə (film, 1968) (tammetrajlı bədii film)
- Sovet Azərbaycanının 50 illiyi (film, 1970) (tammetrajlı sənədli film)
- Respublikam haqqında həqiqət (film, 1972) (tammetrajlı sənədli film)
- Bakıda küləklər əsir (film, 1974) (tammetrajlı bədii film)
- Azərbaycan kinosunun 60 illiyi (film, 1976) (qısametrajlı sənədli film)
- L. İ. Brejnev Bakıda (film, 1979) (tammetrajlı sənədli film)
- Respublikaya üçüncü Lenin ordeni (film, 1983) (tammetrajlı sənədli film)
- Bakı-42 (film, 1985) (qısametrajlı sənədli film)
Ssenari müəllifi kimi
- Samur-Dəvəçi kanalı (film, 1940) (qısametrajlı sənədli film)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943) (qısametrajlı sənədli film)
- Bakı döyüşür (film, 1944) (qısametrajlı sənədli film)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944) (qısametrajlı sənədli film)
- Azərbaycan qurur (film, 1948) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1949) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1950) (qısametrajlı sənədli film)
- Həyata keçmiş arzular (film, 1954) (qısametrajlı sənədli film)
- Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film)
- "Ağ qızıl" ustaları (film, 1958) (tammetrajlı sənədli film)
- Bizim Azərbaycan (film, 1959) (tammetrajlı sənədli film)
- Doğma torpaq, Azərbaycan (film, 1960) (tammetrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
- Arşın mal alan (film, 1965) (tammetrajlı bədii film)
- Əbədi qardaşıq (film, 1965) (tammetrajlı sənədli film)
- Qanun naminə (film, 1968) (tammetrajlı bədii film)
- Sovet Azərbaycanının 50 illiyi (film, 1970) (tammetrajlı sənədli film)
- Respublikam haqqında həqiqət (film, 1972) (tammetrajlı sənədli film)
- Bakıda küləklər əsir (film, 1974) (tammetrajlı bədii film)
- Azərbaycan kinosunun 60 illiyi (film, 1976) (qısametrajlı sənədli film)
- L. İ. Brejnev Bakıda (film, 1979) (tammetrajlı sənədli film)
- Respublikaya üçüncü Lenin ordeni (film, 1983) (tammetrajlı sənədli film)
- Bakı-42 (film, 1985) (qısametrajlı sənədli film)
İkinci operator kimi
Haqqında çəkilən film
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Muxtar Dadaşov" (az.). Mədəniyyət. 12 sentyabr 2012. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ 1 2 "Görkəmli kinooperator və kinorejissor Muxtar Dadaşovun 100 illik yubileyi qeyd edilmişdir" (az.). Azər Tac. 28 iyun 2013. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ 1 2 M. MÜkərrəmoğlu. "Xatırlama". Xalq qəzeti (az.). ANL. 12 sentyabr 2009. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ "M. B. Dadaşovun Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 18 sentyabr 1993. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
- ↑ "Энциклопедия отечественного кино: МКФ в Каннах". 2014-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Tofiq Tağızadə. "İllər və arzular" //Ədəbiyyat və incəsənət.- 1964.- 25 yanvar.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 91–95.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1]
- Böyük Vətən müharibəsinin canlı kinoxronikası. Arxivləşdirilib 2007-10-10 at the Wayback Machine
- 11 sentyabrda doğulanlar
- 1913-cü ildə doğulanlar
- 84 yaşında vəfat edənlər
- 7 mayda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər
- SSRİ film rejissorları
- SSRİ kinooperatorları
- SSRİ ssenaristləri
- Azərbaycan film rejissorları
- Azərbaycan kinooperatorları
- Azərbaycan ssenaristləri