Mustafa Sübhi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mustafa Sübhi
osman. محمد مصطفی صبحی
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1882(1882-08-04)
Doğum yeri
Vəfat tarixi 29 yanvar 1921(1921-01-29) (39 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Sübhi (4 avqust 1882, Giresun29 yanvar 1921, Qara dəniz) — türk inqilabçısı və kommunisti.

Sübhi 1883-cü ildə Osmanlı imperiyasının Giresun vilayətində anadan olub. Qalatasaray Liseyinə getməzdən əvvəl Qüds, Dəməşq və Ərzurumda təhsil alıb. O, Parisdə siyasi elmlər üzrə təhsil alıb, eyni zamanda "Tanin" qəzetinin müxbiri olub. 1910-cu ildə Türkiyəyə qayıdıb, burada "İfham" qəzetində redaktorluq edib. O, hüquq və iqtisadiyyatdan da mühazirələr oxuyub. 1913-cü ildə Mahmud Şövkət Paşaın qətlində əli olmaqda günahlandırılaraq Sinopda on beş il sürgünə məhkum edilib. Orada "İctiha" və "Hak" qəzetlərində qərb fəlsəfəsi haqqında məqalələr yazıb. Lakin 1914-cü ildə Sinopdan Rusiyaya qaçıb və burada Birinci Dünya müharibəsinin başlamasından sonra Rusiya hakimiyyəti onu hərbi əsir kimi qiymətləndirərək Ural bölgəsinə sürgünə göndərib.

Kommunist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1915-ci ildə Uralda olub və orada bolşevik partiyasına daxil olub. 1918-ci ilin iyulunda Moskvada keçirilən türk sol sosialistlərinin qurultayının təşkilinə kömək edib, noyabrda isə Muskomda iştirak edib. O, həmçinin Narkomnatsın Ümumrusiya Müsəlman Fəhlələri bölməsinin Mərkəzi Komitəsinin üzvü seçilib. O, burada həmçinin Mirseyid Sultanqaliyevin katibi vəzifəsində çalışıb.[1] 1918-ci ildə Moskvada "Yeni Dünya" qəzetini təsis edib və ondan elmi sosializmin əsaslarını türk əsirlərinə təbliğ etmək üçün istifadə edib.[2][3] O, Şərq Təbliğat Bürosunun Türkiyə Bölməsinin sədri olub, 1919-cu ildə Üçüncü İnternasionalın I Konqresində Türkiyə nümayəndəsi kimi iştirak edib.

1920-ci il sentyabrın 10-da Bakıda keçirilən Türkiyə Kommunist Partiyasının I qurultayında partiyanın sədri seçilərək Anadoluya gedib.[4] O, Türkiyə İstiqlaliyyət müharibəsinə qatılmaq üçün Türkiyəyə gedən 15 kommunistdən biri olub. Ərzurumda düşmənçiliklə qarşılaşan kommunistlər Bakıya qayıtmağa cəhd edib, lakin 1921-ci il yanvarın 28-dən 29-na keçən gecə 14 yoldaşı ilə birlikdə Trabzondan SSRİ-yə getmək üçün mindirdikləri qayıqda Yəhya Kahya tərəfindən öldürüblər.

  1. Left Wing of the Turkish Communist Party by Enternasyonalist Komunist Sol, October 2008
  2. Mirsaid Sultan-Galiev, "Mustafa Subkhi i ego rabota," Zhizn natsionalnostei, no. 14 (112), 16 August 1921.
  3. Adeeb Khalid. "Central Asia between the Ottoman and the Soviet Worlds". Kritika: Explorations in Russian and Eurasian History. 12 (2). Spring 2011: 455–456. doi:10.1353/kri.2011.0028.
  4. Özgür Mutlu Ulus. The Army and the Radical Left in Turkey: Military Coups, Socialist Revolution and Kemalism. I.B.Tauris. 2011. 134. ISBN 9781848854840.