Murtuz Quliyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Murtuz Quliyev | |
---|---|
Azərbaycan SSR hərbi komissarı | |
Azərbaycan SSR Ali Sovetinin deputatı | |
Rütbəsi | general-mayor |
Murtuz Quliyev (tam adı: Murtuz Heydər oğlu Quliyev) — Azərbaycan general-mayoru, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Murtuz Heydər oğlu Quliyev 1920-ci il fevralın 6-da Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, orta təhsildən sonra 1937-ci ildə Xarkov Hərbi Rabitə Məktəbinə daxil olmuşdur. Həmin Məktəbi bitirəndən sonra 1939-cu ilin dekabrında 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsinə təyin edilmişdir.
Murtuz Quliyev Hərbi Məktəbi bitirəndən sonra 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsində işləyidi dövrdə 1939–40-cı illərdə Sovet-Fin müharibəsində ilk dəfə real döyüşlərdə iştirak etmişdir.
İxtisaslı hərbçi leytenant olan M. Quliyev 1941–45-ci illər Böyük Vətən Müharibəsi başlananda 18-ci Tank Diviziyasının 2-ci taborunun (batalyonunun) İdarəetmə bölüyünün komandiri kimi müharibədə iştirak etmiş, sonra xidmətini Qərb cəbhəsində tank taborunun rabitə rəisi vəzifəsində davam etdirmişdi.
Sovet Ordusunda verilən xasiyyətnaməyə əsasən onun rəhbərliyi altında rabitə bölmələrinin Döyüş şəraitində rolu xeyli artırmış, müharibənin əvvəllindən etibarən sərəncamında olan rabitə vasitələrinin döyüş vəziyyətində etibarlı və səmərəli idarə edilməsi təmin olunmuşdur. Belə ki, qeyd olunan vasitələrin sayı məhdud, istehsal texnologiyası isə düşmənin istifadə etdiyi texnika ilə müqayisədə, mənəvi köhnəlməyə məruz qalmışdır. Misal üçün, radio cihazlarının məftilləri qırılanda qoşunları effektiv yönəltmək mümkün olmurmuş. Bu şəraitdə rabitə rəisi MQuliyev yüksək peşəkarlıqla yanaşı, fövqəladə sücaət nümayiş etdirmiş, qoşnların idarə edilməsini bərpa etmişdir. Ona verilən 1942-ci il tarixli döyüş xasiyyətnaməsində yazılıb: "18-ci Tank Diviziyasının 2-ci Taborunun sonra isə 127-ci Tank Briqadasının rabitə rəisi olan leytenant Quliyev döyüş şəraitində rabitəni elə qurmuşdu ki, vuruşan taborun mükəmməl idarəetməsi daim təmin olunmuş və bunun sayəsində tabor öz alay və briqada komandanlığının əmrlərini adətən yerinə yetirirdi".
M. Quliyev eyni zamanda İkinci Dünya müharibəsi gedişində mühüm dönüş nöqtəsi olan Moskva uğrunda döyüşün iştirak etmiş, bununla bağlı onun döyüş xasiyyətnaməsində yazılmışdır: "Leytenant Quliyevhücumlarda həmişə şəxsən iştirak etmiş, özünü cəsur və fədakar komandir kimi göstərmişdir. O dəfələrlə öz təşəbbüsü ilə hərbi bölmələri uğurla irəli aparır, bununla da bölük komandirlərinə radio vasitəsilə hissələri necə idarə etmək lazım olduğunu öyrədirdi". Moskva ətrafındakı döyüşlərdə yaralanan M. Quliyev müalicə olunmaq üçün hospitala göndərilmişdir.
Rabitə texnologiyalarının işkişafı nəzərə alınaraq, Murtuz Quliyev hospitalda müalicəsini başa vurandan sonra Moskvaya, "Komanda Heyətini Təkmilləşdmə Kursları"na göndərilmişdir.
"Komanda Heyətini Təkmilləşdmə Kursları"na təlimi bitirən M. Quliyevin 1942-ci ilin avqustunda həmin Kurslarda rabitə müəllimi vəzifəsinə təyin olunub və 1942-ci ilin dekabrınadək həmin vəzifədə işləmişdir. 1942-ci ilin dekabrından isə o Güney Qafqaz cəbhəsində fəaliyyət göstərən 15-ci Süvari Korpusun rabitə rəisinin köməkçisi, daha sonra 4-cü Ordunun rabitə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmişdir.
İkinci Dünya müharibəsinin qələbə günlərində kapitan M. Quliyev artıq 4-cü Ordunun 15-ci Süvari Korpusu 19-cu Əlahiddə Rabitə Divizionunun komandiri idi.
Müharibədən sonra orduda xidmətini davam etdirən M. Quliyev biliklərinin artırılması məqsədilə 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, 1954-cü ildə Sovet Ordusu Rabitə Akademiyasını qiyabi surətdə bitirərək, ali təhsilli rabitəçi zabit diplomunu almışdır. Təcrübəli zabit podpolkovnik Murtuz Quliyev Sovet Ordusunda məsul vəzifələr tuturdu.
M. Quliyevə 1968-ci ildə ona general-mayor rütbəsi verilmiş, 1969-cu ildə isə o Azərbaycan SSR Hərbi Komissarı təyin olunmuşdur.
O Azərbaycan SSR Ali Sovetinin 7–9-cu çağırış sessiyalarının deputatı olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Qırmızı Ulduz ordenini (1942) — "Taborda mükəmməl rabitə quraraq onun yaxşı idarə edilib hücumlarda birbaşa iştirakına imkan yaratdığına görə";
- 2-ci dərəcəli "Vətən Müharibəsi" Ordeni;
- "Şərəf Nişanı" Ordeni;
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan generalları" Kataloq. — Bakı, "Elm", 2005, səh. 151–153
- "Bir kəndin məşhurları" — Ağdamın Abdal-Gülablı kəndinin tanınmışları — RUBRİKA
- Qarabağın işığı Ağdamdan gedir…