Murad Həşimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Murad Həşimov
Murad Əhməd oğlu Həşimov
Doğum tarixi (36 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 2
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Azərbaycan Mədəniyyət və İncəsənət Universiti

Murad Həşimov (3 iyun 1988, Şəki, Azərbaycan SSR) —azərbaycanlı aparıcı.

Həyat və karyerası

[redaktə | mənbəni redaktə et]

Murad Əhməd oğlu Həşimov 3 iyun 1988-ci ildə Şəki şəhərində anadan olub. İbtidai və orta təhsili Şəkidə 18 saylı məktəbdə alıb.

2008-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitini bakalavr diplomu ilə bitirib. Elə həmin ildən televiziya və radio sahəsində fəaliyyətə başlayıb.

2008–2009-cu illərdə "Kanal S" televiziyasında aparıcı işləyib.

2009-cu ildə Türkiyədə "Maltepe Universiteti"ndə televiziya sahəsində təhsil alıb. İstanbulun bir sıra televiziyalarında təcrübələr keçib.

2009–2010-cu illərdə bir müddət "TQDK"da məsləhətçi olaraq fəaliyyət göstərib.

2010-cu ildə "GRBS Şirkətlər Qrupu"nun PR manager-i və mətbuat katibi olub. Elə həmin ildə "AZTV"də aparıcı olaraq fəaliyyətə başlayıb.

2011-ci ildə "Mədəniyyət TV" açılandan etibarən telekanalın xəbər aparıcısı olub.

2012-də televiziyadan ayrılaraq radio fəaliyyətinə başlayıb. Araz 103.3 FM radiosunda həmin dövrdə uzun müddət reytinq cədvəllərində zirvədə olan "Üçü birində" səhər şousunu təqdim edib.

2013-cü ildə radio ilə bərabər Rusiyadan yayımlanan televiziya olan "İnterAz"da "Xeyirli Sabahlar" səhər xəbərləri proqramını təqdim edib. Həmin ilin payızında həm "Araz FM"i həm də "İnterAz TV"ni tərk edərək "Azərbaycan Regional Televiziyaları" şəbəkəsində fəaliyyətə başlayıb.

2013-cü ildə eyni zamanda "TX Group Media Mərkəzi"nin yaradılmasında iştirak edib. Mərkəzin nəzdində olan "Tezxəbər İnformasiya Portalı-www.tezxeber.az"ın məsul redaktoru olaraq xəbər portalında fəaliyyətə başlayıb. "TX Group"un nəzdində hal-hazırda Azərbaycan səsləndirmə bazarında önəmli paya sahib olan və özünün də əsas səsləndiricilərindən olduğu səs bankını yaradıb. 2014-cü ildə "Region TV" yaradılan andan "Yaşamaq Gözəldir" ailə-sağlamlıq proqramının aparıcısı olub. Murad Həşimov "TX Group Media Mərkəzi"ndə və "Region TV"də fəaliyyətini davam etdirir.

Ailəlidir. 2 övladı var.