43°57′01″ şm. e. 19°25′38″ ş. u.HGYO

Mramorye

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mramorye
43°57′01″ şm. e. 19°25′38″ ş. u.HGYO
Yer qeydləri
Mramorye xəritədə
Mramorye
Mramorye
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mramorye (serb-kiril. Мраморје) və ya Baqruşa (Багруша) ― Serbiyanın Peruçats kəndində yerləşən orta əsr nekropolu və bölgənin ən yaxşı qorunan nekropollarından biri.[1] Nekropol 14-cü əsrdə tikilib və Drina çayı ilə yaşayış məntəqəsinin girişində çay boyunca uzanan əsas yol arasında yerləşir. Ərazi "müstəsna əhəmiyyətə malik bir mədəniyyət abidəsi" olaraq Serbiya Respublikası tərəfindən qorunur. Lakin ərazi yenə də bir tərəfdən Drina çayı, digər tərəfdən Peruçats qəsəbəsinin genişlənməsinin davam etməsi ilə təhdid olunur.[1]

2016-cı ildə Mramoryenin də daxil oldduğu Serbiyadakı 3 nekropol UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[2]

Möhkəm əhəng daşından düzəldilmiş təxminən 200 qəbir daşına sahib olan nekropol XIV əsrdə qurulmuşdur. Nekropol keçmiş Yuqoslaviya ölkələrinin orta əsr cənazə memarlığına xas olan steçki tipli abidələri ehtiva edir. Nekropolda tapılan ən böyük məzar daşları nümunələrinin uzunluğu 2 metr (6.6 ft), eni və hündürlüyü isə təxminən 1 metr (3.3 ft) olmuşdur.[1] Əvvəlki mənbələrdə nekropolda 122 abidənin olduğu qeyd olunsa da, son məlumatlara görə onların sayı 93-dür.

Zaman keçdikcə məzar daşlarının bir hissəsi köçürülmüş, bir hissəsi yerə batmış, bir neçəsi isə muzeylərə verilmişdir. [1]

Nekropoldakı məzar daşları müntəzəm sıralarla düzülmüşdür və eyni zamanda şərq-qərb istiqamətinə meyllidirlər. Qəbir daşlarında heç bir kitabə oxunmasa da, bunların bir neçəsi incə işlənmiş və çox azı bəzədilmişdir. Daşlara üzərində bir neçə qeydə alınmış motiv (çevrələr, ay, qılınc və qalxan dizaynları da daxil olmaqla) vardır.[3]

  1. 1 2 3 4 "Monuments of Culture in Serbia: Некропола стећака". SANU. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.
  2. "Stećci Medieval Tombstone Graveyards - UNESCO World Heritage Centre". 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.
  3. "Kamp Perućac". Kamp Perućac (serb). srbijacentar. 16 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2010.