Monqolustan musiqisi
Monqolustan musiqisi — Monqolustan ərazisində formalaşmış musiqi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim ənənəyə malik Monqolustan musiqisi pentatonikaya əsaslanır. Mahnı, epik dastan və instrumental musiqiyə ayrılır. Mahnılar zəngin ornamentli, geniş diapazonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duu-çi (solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunur. Musiqi alətləri: limba (fleyta növü), morinxur və xuçir, şanz (simli), yooçin (simbal növü) və s. Monqolustanda bir müğənninin eyni zamanda ikisəsli oxumasının xüsusi növü mövcuddur. Monqolustanda professional musiqi sənəti 1924-cü ildə Monqolustan Xalq Respublikası qurulduqdan sonra yaranmış və inkişaf etmişdir. İlk musiqili dramlar dastançıların mahnı dialoqları əsasında yazılmışdır. Bəstəkarlardan S. Qonçiksumla, B. Damdinsuren, D. Luvsanşarav, L. Murdorj və başqa kantata, opera, balet, kamera və simfonik əsərlər müəllifi kimi tanınmışlar. Monqolustanda opera və balet teatrı, filarmoniya, simfonik orkestr, xalq mahnı və rəqs ansamblı və s. musiqi kollektivləri fəaliyyət göstərir. Niyazi və Rəşid Behbudov kimi bir sıra Azərbaycan musiqi xadimləri dəfələrlə Monqolustanda qastrolda olmuş, eləcə də peşəkar musiqiçilərin hazırlanmasına kömək etmişlər.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Монголустан Халг Республикасы. Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 49.Монголустан Халг Республикасы. Мусиги&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000004-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000008-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000000D-QINU`"'С. 49&rft.pub='"`UNIQ--templatestyles-00000009-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1983&rfr_id=info:sid/az.wikipedia.org:Monqolustan musiqisi" class="Z3988">
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Pegg, Carole. "Mongolian Music, Dance, and Oral Narrative: Performing Diverse Identities". 2001. University of Washington Press. Book & CD. ISBN 0-295-98112-1
- Pegg, Carole. "Sixty Horses in My Herd". 2000. In Broughton, Simon and Ellingham, Mark with McConnachie, James and Duane, Orla (Ed.), World Music, Vol. 2: Latin & North America, Caribbean, India, Asia and Pacific, pp 189–197. Rough Guides Ltd, Penguin Books. ISBN 1-85828-636-0
- Central Asia in Words and Pictures: Mongolia
- Marsh, Peter, Mongolia Sings its Own Song, Mongoluls.net Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine
- Marsh, Peter, Mongolian Rock and Pop Book: Mongolia Sings its Own Song. 1999. Press Institute of Mongolia/UNDP Mongolia Communications Office.[1] ISBN 99929-5-018-8
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Monqolustan musiqisi ilə əlaqəli mediafayllar var.