Mollacəlilli məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mollacəlilli məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir İ. Məmmədov küçəsi 5.
Tikilmə tarixi 1815
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti qəzalı
İstinad nöm.3892
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Mollacəlilli məscidi və ya Sünnilər məscidiAzərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mollacəlilli məscidi Gəncənin Mollacəlilli məhəlləsində tikilib.[1] Məscidinin tikilməsi ilə bağlı məlumatlar fərqlidir. Mənbələrin birinə görə məscid 1815-ci ildə tikilib. Digər mənbəyə görə isə məscid 1916-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və yerli camaatın köməkliyi ilə tikilib.[2] Məsciddən sünni məzhəbindən olan müsəlmanlar istifadə etdikləri üçün bəzən "Sünnilər" məscidi də adlandırılıb.[3] Məscid Gəncəyə xas olan üslubda qızmızı kərpicdən inşa edilib və günbəzsizdir.[2]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[4] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[4][5] Mollacəlilli məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından əvvəlcə utilizasiya idarəsi kimi daha sonra isə Gənc Texniklər Stansiyası kimi istifadə olunub.[1]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]

Hazırda məscid fəaliyyətsizdir.[7]

  1. 1 2 "Gəncənin Mollacəlilli məscidi". gencexeber.az (az.). 2023-12-26. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  2. 1 2 Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 177. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  3. Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 71. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  4. 1 2 3 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  5. Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  7. "Gəncə məscidlərinin acınacaqlı taleyi". sirat.az. 2022-04-18. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.