Mleççha
Naviqasiyaya keç
Axtarışa keç
Mleççha (sanskr. म्लेच्छ) — qədim Hindistanda digər dinlərin və mədəniyyətlərin nümayəndələrini təsvir etmək üçün istifadə olunan termin . Qədim Hindistanda "mleççha" termini qədim Yunanıstan və Romadakı "barbar" sözü ilə oxşar məna daşıyırdı. Əcnəbilər veda dininə əməl etmədikləri üçün arilər bütün əcnəbiləri mleççha adlandırırdılar. Onlar qədim Hindistan cəmiyyətinin dörd varnının heç birinə aid deyildilər və buna görə də son dərəcə aşağı sosial statusa malik idilər.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Под ред. Е. М. Жукова. Млеччха // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. 1973—1982. // Советская историческая энциклопедия / под ред. Е. М. Жукова. М.: Советская энциклопедия, 1973—1982.