Miyon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Miyon
kor. 조미연
Ümumi məlumatlar
Doğum adı 조미연
Doğum tarixi 31 yanvar 1997(1997-01-31) (27 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa
Fəaliyyət illəri 2018-ci ildən
Janrlar K-pop, dans-pop
Albom şirkəti Cube Entertainment[d]
Üzvlüyü
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ço Miyon (kor. 조미연; 31 yanvar 1997, Sodemun rayonu[d]) və ya tanınan səhnə adı ilə Miyon (kor. 미연) – Cənubi Koreya müğənnisi və aktrisası. "(G)I-dle" qrupunun vokalistidir. "K/DA" virtual musiqi qrupunda "League of Legends" personajı olan Ahrini canlandırmışdır.

Ço Miyon 31 yanvar 1997-ci ildə doğulmuşdur. Ailədə tək uşaqdır. Atasından təsirlənərək musiqiyə maraq göstərmişdir. O, musiqi məktəblərinə getmiş, skripka, gitarapianoda ifa etməyi öyrənmişdir. Orta məktəbdə oxuyarkən "YG Entertainment"in seçimlərinə qatılmış və 5 il təcrübə keçmişdir. Lakin debütü baş tutmamış və o, şirkətdən ayrılmışdır.[1]

Miyon vokal bacarıqlarını inkişaf etdirmək üçün musiqi akademiyasına yazılmış, mahnı və musiqi bəstələməyəi öyrənmişdir. "(G)I-dle" qrupunda debüt edənə qədər 8 il təcrübəçi olmuşdur.[2]

Miyon 2017-ci ilin əvvəlində "Cube Entertainment"in təcrübəçisi olmuşdur.[3] 2 may 2018-ci ildə "(G)I-dle" qrupunun vokalisti kimi debüt etmiş, qrupun "Latata" mahnısını ifa etmişdir.[4] 2018-ci ildə "League of Legends" oyunu üçün "K/DA" virtual qrupunda Ahri personajını canlandırmış, 26 oktyabrda Dünya Çempionatının açılışında çıxış edəcəyi təsdiqlənmişdir.[5][6] 2020-ci ildə MBC-nin "Maska müğənnisinin kralı" verilişində iştirak etmişdir. Müsabiqə xarakterli bu verilişin birinci turunun qalibi olmuşdur.[7] Həmin il "K/DA" qrupunda Ahri rolunu növbəti dəfə canlandırmış, qrupun "The Baddest""More" mahnılarını ifa etmişdir.[8] Sentyabrda "Təkrar: An" veb-serialında çıxış edərək aktrisa kimi debüt etmişdir.[9] O, serial üçün "Dreaming About You""How To Love (with Neon Paprika)" mahnılarını buraxmışdır.[10]

2021-ci ilin fevralında "Boş dedi-qodu" radio verilişinin əsas aparıcısı olmuşdur.[11] Mayda "Krallıq: Əfsanəvi müharibə" verilişində peyda olmuşdur.[12][13] Həmin ilin noyabrında "Çatdırma" veb-serialında baş rolda çıxış etmişdir. O, serialında döyüş sənətində ustalaşmış kuryeni canlandırmışdır.[14] Həmin ay "Yetkin təcrübəçi" veb-serialında da baş rolda çıxış etmişdir.[15][16] 17 noyabrda repçi Kid Millinin "Kitty" mahnısında yer almışdır.[17]

6 dekabr 2022-ci ildə Miyonun solo debüt edəcəyi açıqlanmışdır.[18] 8 aprel 2022-ci ildə onun debüt minialbomu "My" və albomun əsas sinqlı "Drive" olacağı bildirilmişdir.[19] Miyon ilk musiqi verilişi mükafatını 3 mayda SBS MTV-nin verilişində qazanmışdır.[20]

Miyon 2022-ci ilin avqustunda Cənubi Koreyanın "Espoir" gözəllik brendinin səfiri olmuşdur.[21] Oktyabrda "Bewants" dəriyə qulluq brendinin muzası seçilmişdir.[22] 2023-cü ilin martında "City Breeze" dəb brendinin muzası olmuşdur.[23] Mayda "Jill Stuart Beauty" brendinin muzası seçilmişdir.[24] Avqustda "Jimmy Choo" brendinin dünya üzrə səfiri olduğu açıqlanmışdır.[25]

Minialbomlar
  • "My" (2022)
Sinqllar
  • "You Were My Breath" (2021)
  • "Drive" (2022)
  • "Side Effect" (2021)
  • "Blue Moon" (2021)
  • "Kitty" (2021)
  1. (여자)아이들((G)-I-DLE) - 나의 이름은。미연(MIYEON). YouTube. United CUBE(CUBE Entertainment Official YouTube Channel). April 26, 2018. April 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 7, 2020.
  2. [텐스타] '10 Star 커버스토리' WE ARE (여자)아이들텐아시아. 텐아시아 (koreya). June 26, 2018. September 4, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 29, 2018.
  3. "独家专访(G)I-DLE:中韩泰三国语爆笑对话". iQiyi. July 31, 2018. August 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
  4. POP, 헤럴드. '데뷔' (여자)아이들, 타이틀곡 'LATATA' MV 티저 영상 공개 (koreya). May 2, 2018. May 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 29, 2018.
  5. [롤드컵] 결승전 오프닝, K-POP 아이돌도 무대 오른다 - 게임톡 (koreya). June 22, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 29, 2018.
  6. Lee, Julia. "K/DA, Riot Games' pop girl group, explained". Polygon. November 5, 2018. April 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2019.
  7. Ji Yeon-joo. '복면가왕' 주전자=리듬파워 보이비·안선영·승국이·정모 아쉽게 1R 탈락(종합). Newsen (koreya). February 23, 2020. June 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2020.
  8. Park Seo-hyun. (여자)아이들 미연&소연 참여 'K/DA', 신곡 'THE BADDEST'로 전격 컴백 [(G)I-dle, Miyeon & Soyeon Participation'K/DA', comeback with new song'THE BADDEST']. The Korea Economic Daily. August 28, 2020. April 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 2, 2020.
  9. Lee Seung-Hoon. [단독] (여자)아이들 미연∙SF9 휘영∙김민철, 밴드 청춘물 웹드 '리:플레이' 출격(종합) [[Exclusive] (G)I-dle Miyeon·SF9 Hwiyoung·Kim Mincheol, band youth web drama 'Replay' (general)]. Osen. September 24, 2020. December 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2020.
  10. Lee, Seung-Hoon. '리플레이' OST 앨범 발매..(여자)아이들 미연 미공개곡 스페셜 트랙 수록 [공식] ['Replay' OST album released.. (G)Idle unreleased songs special track included [Official]]. Osen. February 23, 2021. March 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2021.
  11. Choi, Ji-eun. '소문의 아이들' (여자)아이들 미연, 성공적인 단독 호스트 데뷔 ['Children of rumors' (G)I-dle Miyeon, successful solo host debut]. TopDaily. February 10, 2021. July 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2021.
  12. Park, Soo-in. [이슈IS] (여자)아이들 미연, 비주얼 메보의 솔로 출격 ['Kingdom' side "Black Pink Lisa and (G)I-dle Miyeon unannounced? Please check through the broadcast" (Official entry)]. Newsen. May 11, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
  13. Hwang, Hye-jin. '국악→재즈' 한계없는 비투비, 장르 파괴자 저력이란[TV와치] ['Korean Traditional Music → Jazz' What is BTOB without limits, genre destroyer potential [TV Watch]]. Newsen. May 28, 2021. June 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2021.
  14. Bae, Soo-ah. (여자)아이들 미연-배우 이태빈, '배달특급' 홍보 웹드라마 캐스팅 [(G)I-DLE Miyeon-Actor Lee Tae-bin, cast for 'Delivery Express' promotion web drama]. Maeil Business Newspaper (koreya). August 26, 2021. February 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2021.
  15. Hong, Se-young. 류의현→김민기 '빨간맛 성장', 11월 첫방 (어른연습생) [Ryu Ui-hyun → Kim Min-ki 'Red Flavor Growth', first aired in November (adult trainee)]. The Dong-a Ilbo (koreya). October 13, 2021. October 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2021.
  16. Seo, Sang-hyun. '어른연습생' 류의현X미연, 조유정X려운, 권영은X김민기 메인 포스터 공개 ['Adult Trainee' Ryu Ui-hyeon X Mi-yeon, Jo Yu-jeong X Rye-woon, Kwon Young-eun X Kim Min-ki main poster released]. TopDaily (koreya). October 19, 2021. October 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2021.
  17. "드레스X키드밀리, 오늘(17일) 신곡 'Kitty' 발매". Naver (koreya). November 17, 2021. November 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2021.
  18. "(여자)아이들 미연, 이달 말 솔로 출격..4년만 솔로 데뷔". Naver (koreya). April 6, 2022. December 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2022.
  19. "[공식] (여자)아이들 미연, 27일 'MY' 발매확정...4년만 첫 솔로". Naver (koreya). April 8, 2022. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2022.
  20. "'더쇼' (여자)아이들 미연, 컴백 동시에 1위 "행복 선사할 것"[★밤TView]" (koreya). May 3, 2022. May 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2022.
  21. (여자)아이들 미연, 색조 브랜드 앰버서더 발탁...무결점 미모 [(G)I-DLE Miyeon selected as color brand ambassador... flawless beauty]. The Chosun Ilbo (koreya). August 25, 2022. March 3, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2024.
  22. Kim, Kyung-min. HK이노엔 '비원츠', 새 뮤즈로 여자아이들 '미연' 발탁 [HK Innoen's 'B-Onez' selects girls' 'Miyeon' as new muse]. NewsPim (koreya). October 5, 2022. March 3, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2024.
  23. Yong, Won-jung. (여자)아이들 미연, 시티브리즈 뮤즈 발탁...'스타일 퀸' 인증 [(G)I-DLE Miyeon selected as City Breeze muse...'Style Queen' certification]. Single List (koreya). March 10, 2023. March 3, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2024.
  24. Jeong, Yunji. 공주님 강림, 질스튜어트 뷰티와 미연의 만남 [Princess Advent, Jill Stuart Beauty and Miyeon meet]. Elle Korea (koreya). May 23, 2023. April 12, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2024.
  25. Ziwei, Puah. "(G)I-DLE's Miyeon is Jimmy Choo's newest global brand ambassador". NME. August 2, 2023. December 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2023.