Mixail Loris-Məlikov
Mixail Loris-Məlikov | |
---|---|
erm. Միքաէլ Տարիելի Լորիս-Մելիքով gürc. მიხეილ ლორის-მელიქიშვილი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 oktyabr (2 noyabr) 1824[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 1888[3][4] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu, dövlət xadimi, yazıçı, siyasətçi |
Dini | Erməni Həvari kilsəsi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | Rusiya İmperator Ordusu |
Döyüşlər | |
Rütbəsi | tam süvari generalı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Mixail Tarıyeloviç Loris-Məlikov (erm. Միքայել Տարիելի Լոռիս-Մելիքով, Միքայել Լոռու Մելիքյան, rus. граф Михаил Тариелович Лорис-Меликов; 21 oktyabr (2 noyabr) 1824[1][2], Tiflis, Gürcüstan quberniyası[5] – 24 dekabr 1888[3][4], Nitsa) — 20 yanvar 1879-cu ildən 7 aprel 1879-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru, 6 avqust 1880-ci ildən 4 may 1881-ci ilədək Rusiyanın daxili işlər naziri, Rusiya hərbçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mixail Tarıyeloviç Loris-Məlikov 5 noyabr 1824-cü ildə Rusiya imperiyasının Tiflis şəhərində doğulmuşdu.
O, vaxtı ikən Rusiya çarının etimadını qazanmağı bacarıb. Uzun illər Krım, Qafqaz, Türkiyə müharibələrində çox aktiv döyüşüb, xüsusilə, Qafqaza könüllü surətdə can atıb. O, döyüşlərdə fəallığına görə imperator tərəfindən dövlət mükafatlarına layiq görülüb. 1854-cü ildə Krım müharibəsi dövründə Qafqazın Türkiyə sərhəddində erməni, gürcü, kürd millətindən olan dəstə yaratmağa nail olur. Türklərin qanına susayan erməni qraf M. Loris-Məlikov 1877–1878-ci illərdə Rus-Türk müharibəsində təcavüzkar fəaliyyəti ilə xüsusi seçilir. Qarsı alandan sonra 17 min türk əsir götürülür. Ərzurumu mühasirəyə alarkən M. Loris-Məlikova orda yaşayan ermənilər hər cür yardım göstərirlər. General türklərə qarşı mübarizədə iştirak etmək üçün yerli ermənilərə Rusiyanın rublu ilə kreditə pul verir. Türk xalqına qarşı məkrli, namərd planlar amansızlıqla həyata keçirilir. Mixail Loris-Məlikova Rusiya dövlətinin verdiyi hər bir orden və medal türklərin qanına bulaşmışdır. Mixail Loris-Məlikovun portretini görmək istəsəniz öz erməni millətindən olan rəssam İvan Ayvazovski onu general geyimində gələcək nəsillər üçün çəkmişdir.
II Aleksandrın dövründə 6 avqust 1880-ci ildə yeni dövlət strukturu-Daxili İşlər Nazirliyi yaradılır. Nazirliyə rəhbərlik general-adyutant Mixail Loris-Məlikova həvalə edilir. Onun hazırladığı liberal konstitusiyanın təsdiq edilib imzalanması ərəfəsində 1881-ci il martın 1-də II Aleksandra qarşı xalqçılar hərəkatının nümayəndəsi anarxist Rısakov sui-qəsd edir. M. Loris-Məlikov nazir olduğu qısa bir müddətdə özünü doğrulda bilmir. Rus xalqı öz çarını itirir və bu hadisəni kədərlə, göz yaşı ilə qarşılayır.
Müharibələrdə öz "qəhrəmanlığı" ilə seçilən, Krımda, Qafqazda, Türkiyədə aparılan müharibələrdə iştirak edən Mixail Loris-Məlikov öz çarının təhlükəsizliyini isə qorumaqda acizlik göstərir. Çünki radikal inqilabçılar öz siyasi məqsədinə çatmaq üçün Türkiyədəki emənilər kimi nə pula satılan, nə də millətçi şüarlarına qapılan qüvvələr deyildi. Bu cəhətdən anarxist inqilabçıları əqidəsindən çəkindirmək, terrorçu hücumlarının qarşısını almaq çətin bir vəzifə idi. Loris-Melikov kimilər, ancaq satqınlığın, xəyanətin dilini yaxşı bilirdilər. O, özgə torpaqlarda yaşayan ermənilərə arxa olmaqda daha mahir idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 tombstone.
- ↑ 1 2 https://armeniansite.ru/vydayushchiesya-armyane/222-m-t-loris-melikov.html.
- ↑ 1 2 Loris-Melikov, Mikhail Tarīelovich, graf, 1825-1888 // Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ 1 2 ЛОРИС-МЕЛИКОВ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- 2 noyabrda doğulanlar
- 1824-cü ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 24 dekabrda vəfat edənlər
- 1888-ci ildə vəfat edənlər
- 64 yaşında vəfat edənlər
- Nitsada vəfat edənlər
- Tbilisidə dəfn olunanlar
- Lazarev Şərq Dilləri İnstitutunun məzunları
- Nikolayev Süvari Məktəbinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Rusiya hərbçiləri