45°28′01″ şm. e. 9°11′24″ ş. u.HGYO

Milan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milan
Milan
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
45°28′01″ şm. e. 9°11′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub təq. e.ə. 600
Sahəsi
  • 181,67 ± 0,01 km² (9 oktyabr 2011)[2]
Mərkəzin hündürlüyü 138 m[3]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.354.196 nəf. (1 yanvar 2023)[4]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 39 02
Poçt indeksi 20121, 20122, 20123, 20124, 20125, 20126, 20127, 20128, 20129, 20131, 20132, 20133, 20134, 20135, 20136, 20137, 20138, 20139, 20141, 20142, 20143, 20144, 20145, 20146, 20147, 20148, 20149, 20151, 20152, 20153, 20154, 20155, 20156, 20157, 20158, 20159, 20161, 20162
Nəqliyyat kodu MI
Digər
comune.milano.it
Xəritəni göstər/gizlə
Milan xəritədə
Milan
Milan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milan (it. Milano, lat. Mediolanum — "düzənliyin mərkəzi" və ya "çölün ortası", alm. Mailand‎) — İtaliyanın ikinci böyük şəhəri, Lombardiya regionunun paytaxtı.

Milan moda paytaxtı, yüksək incəsənət mərkəzidir. Burada Avropa qotikasının şedevri olan Duom kilsəsinin şpilləri göylərə ucalır. Milanda Leonardo Da Vinçinin qiymətli əsəri olan "Sirli şam yeməyi" saxlanılır.

Milan italyanları və xariciləri öz məşhur tədbirləri — moda nümayişləri, müxtəlif sərgilər, çoxsaylı idman və mədəni hadisələrlə cəlb edir. Duom kilsəsi, Viktor Emmanuil qalereyası və La Skala teatrı burada yerləşir. Milanın Duom meydanında bir neçə diqqətəlayiq abidə vardır — kilsə, Viktor Emmanuil abidəsi, Emmanuil qalereyası.

Duomo kilsəsi Milanın əsas görməli yeridir, o hər gün saat 9.00–12.00 və 14.30–18.00 kimi açıq olur. Kilsənin tikintisinə 1386-cı ildə başlansa da, o 1813-cü ildə başa çatdırılmışdır. Kilsə dünyada qotika üslublu ən böyük kilsələrdən biridir.

Erkole Roza tərəfindən inşa edilmiş Viktor Emmanuil abidəsi Duomo meydanının mərkəzi və turistlərin görüş yeridir.

Viktor Emmanuil qalereyası zəfər tağı motivli girişlə başlanır və getdikcə şüşəli küçələrlə davam edir. Bu gün bu qalereya şəhərin mədəni həyatının mərkəzi hesab olunur. Burada məşhur kitab mağazaları, kafe və restoranlar yerləşir. Qalereyanın mərkəzi günbəzinin altında isə mozaikalı öküzü görmək olar. Hesab edilir ki, əgər 3 dəfə saat əqrəbinin əksi istiqamətində onun başına dolansanız arzunuz yerinə yetəcək.

Tarixi və ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Milan ən böyük italyan regionu olan Lombardiyanın paytaxtıdır və ölkənin maliyyə-iqtisadi mərkəzidir. Şəhər dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Uzun müddət almanca "Maylənd" adlanan Milan sözünün mənası latın dilindən tərcümədə "düzənlikdə məskunlaşma" deməkdir. Milan eramızdan əvvəl 6–5-cı əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb. Uzun tarixi boyunca bütün Avropa işğalçıları Milanı idarə ediblər. Milan bir neçə dəfə Böyük Roma İmperiyasının paytaxtı olub. 1157-ci ildə Milan müstəqil olsa da, bu, uzun sürmədi. 1277-ci ildən 1500-cü ilə qədər növbə ilə Milanı Viskont və Sforts sülaləsi idarə edib. Elə bu dövrlərdə də şəhərdə bir sıra abidələr ucaldılıb.

Milan şəhəri Italiyanın şimalında, Padana düzündə (it. Pianura Padana), Olona və Lambro çaylarının əhatəsində yerləşmişdir.

Milan üçün aylıq orta temperatur və yağıntı
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Max. Temperatur (°C) 4,6 8,2 13,2 17,5 21,9 26,1 28,9 27,7 24,3 18,8 10,2 5,4 Ø 17,2
Min. Temperatur (°C) −1,9 0,1 3,3 7,0 11,2 15,0 17,3 16,7 13,5 8,4 3,6 −0,9 Ø 7,8
Yağıntı (mm) 64,3 62,6 81,6 82,2 96,5 65,4 68,0 93,0 68,5 99,7 101 60,4 Σ 943,2
Yağışlı günlər (g) 7,2 6,7 7,9 8,3 8,1 7,6 5,8 7,1 5,2 6,8 8,5 6,3 Σ 85,5
T
e
m
p
e
r
a
t
u
r
4,6
−1,9
8,2
0,1
13,2
3,3
17,5
7,0
21,9
11,2
26,1
15,0
28,9
17,3
27,7
16,7
24,3
13,5
18,8
8,4
10,2
3,6
5,4
−0,9
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
64,3
62,6
81,6
82,2
96,5
65,4
68,0
93,0
68,5
99,7
101
60,4
  Yan Fev Mar Apr May İyn İyl Avq Sep Okt Noy Dek


Mənbə: Milanın iqlimi 1961 - 1990

Milanın əhalisi 1,3 milyon nəfərdir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Milanın Memarlıq abidələri

[redaktə | mənbəni redaktə et]

Milan müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

Bugünkü Milan İtaliyanın işgüzar və sənaye mərkəzidir. Şəhərdə iri monopoliyalar, banklar, birjalar fəaliyyət göstərir. Milanda il ərzində dünyanın sənaye sərgiləri təşkil olunur. Milanda ən böyük beynəlxalq hava limanı — Malpens yerləşir. Həmçinin ölkədə ən yaxşı metro və dəmiryolu kommunikasiyası da buradadır. Milan əsl moda mərkəzidir. Dəbdəbəli Milan Armani və Versaçi kimi dünya şöhrətli dizaynerlərin vətənidir. Buradakı iri moda evləri, mağazalar, outletlər bütün Avropadan şəhərə alıcı cəlb edir. Moda həvəskarları buraya ildə iki dəfə — yayda və qışda gəlirlər. Şəhərdə bankomatlar çoxdur, amma bir dəfəyə 250 avrodan çox pul çıxarmaq olmur. Bankların işləmə vaxtı hər banka görə fərqlidir.

Malpensa Hava Limanının görnüşü

Milan adətən İtalyanın ən böyük avtomobil magistralı qovşağı sayılır. Belə ki, A1 (RomaNeapol), A4 (TurinTriest), A7 (Genua), A8/A9 (İsveçrə) və dairəvi A50(qərb)/A51(şərq)/A52(şimal) avtomobil magistralları məhz burada kəsişirlər.

Hava nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Milan iki Malpensa və Linate beynəlxalq hava limanına malikdir. Milandan bir qədər aralı Varezdə yerləşən Malpensa Beynəlxalq Hava Limanı eyni zamanda tranzit uçuşlar üçün bir qovşaqdır. Şəhərlə intensiv dəmir yol bağlantısı (Malpensa express) vardır. Linate Hava Limanı şəhər çərçivəsində yerləşmiş xüsusən avropadaxili və yerli uçuşlara, "Orio al Serio bei Bergamo" isə daha kiçik hava limanı olub əsasən ucuz, çarter uçuşlara və yök daşımalara xidmət göstərir. Milanın hava limanları ildə 30 million sərnişin daşıma gücünə malikdir.

Dəmir yol nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Milan (it. Milano Centrale) — 1931 ci ildə tikilmiş, Avropanın ən böyük dəmir yol vağzallarından sayılır. Vağzal Art Deco üslubunda inşa edilmişdir. Kümbəzinin uzunluğu 341 m, sahəsi 66.500 m², binanın fasadı 200 m, hündürlüyü 72 m dir. 24 platformaya və gündəlik 330 000 nəfər sərnişin dövriyyəsinə malikdir. "S" (Suburban Railway Service) dəmir yol xidməti 8 xəttə malik olub əsasən şəhərətrafı, şəhərlərarası və "R" regional sərnişin daşımalarını əhatə edir.

İctimai nəqliyyat

[redaktə | mənbəni redaktə et]
Milan traleybusu

Avropada böyük tramvay və traleybus şəbəkəsinə malikdir.

Traleybus xətti

  • 90: Dairəvi saat əqrəbi istiqamətində
  • 91: Dairəvi saat əqrəbi əksi istiqamətində
  • 92: viale Isonzo – Bovisa FN
  • 93: viale Omero – piazzale Loreto


Metro

Xəttlər İstiqamət Tikilmə tarixi Uzunluğu Dayanacaqların sayı
Sesto I Maggio ↔ Rho Fiera / Bisceglie 1964–2005 ci illər 24,9 km 36
Abbiategrasso ↔ Cologno Nord / Gessate 1969–2005 ci illər 34,7 km 33
San Donato ↔ Comasina 1990–2011 cü illər 16,7 km 21

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}, Birminhem

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]

Milanda gəzməli-görməli yerlər

Milan şəhər bələdçisi