Mikrosporidilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mikrosporidilər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Mikrosporidilər
Beynəlxalq elmi adı
Microspora

Bu tipin nümayəndələri həm onurğalıların, həm də onurğasızların orqanizmlərində parazitlik edir. 1500-dən çox növü məlum olan mikrosporidilər hüceyrədaxili parazit həyat sürür. Ən geniş yayılmış mikrosporidilər bal arılarında ağ diareya yaradan Nosema apis və Nosema bombycis-dir.

Spor daxilində bir iki ədəd rüşeym və unikal orqanel kompleksi olan ekstruziya aparatı yerləşir. Bu aparat sahibin hüceyrəsinin xarici qişasını dəlib onu yoluxdurmaq, rüşeymləri bilavasitə sitoplazmaya yeritmək üçündür. Hüceyrədə mikrosporidi proliferativ siklə (meroqon) məruz qalır. Sonda spor yaranır (sporoqon).[1]

ilk öncə balıq parazitin sporlarını udur. İlk infeksiya zədələnməsi mədə-bağırsaq traktının yuxarı hissəsinə təsadüf edir. Ona görə də ilk ksenomlar bağırsağın ilk şöbələrinə təsadüf edir. Parazitin sonrakı yayılması (böyrəklər, dalaq, yumurtalıq, göz, dərialtı birləşdirici toxumalar, üzmə qovuqcuğunun divarları və s.) immun sisteminin hüceyrələri vasitəsilə həyata keçir. Ksemonlar məhz bu yerlərdə yaranır.

Ksenom – parazitin təsirilə sahib orqanizminin daxilində baş vermiş proliferasiya nəticəsində öz strukturunu tamamilə dəyişmiş sahib orqanizminin hüceyrəsidir. Bu zaman hər iki komponent morfoloji və fizioloji cəhətdən sıx birləşərək sahibin orqanizmində müstəqil inkişaf edən unikal vəhdət yaradırlar. Makroskopik ksenomlar uzunluğu 1 mm-ə çatan ağ oval düyünlərə bənzəyib düyün topaları yaradır.

İnsan və heyvanların həyatında rolu

[redaktə | mənbəni redaktə et]

Bəzi mikrosporidilər (Multivalvulida, Bivalvulida) balıqların təhlükəli xəstəlik törədiciləridir. Balıqlar 150-dən çox mikrosporidinin (14 cins) sabibi qismində çıxış edir. Hüceyrədaxili obliqat parazitliyi şərtləndirən əsas səbəb onlarda mitoxondrinin və digər orqanellərin olmamasıdır. Ona görə də mikrosporidilər sahib hüceyrəsindən kənarda yalnız spor şəklində ola bilir. uğumayaqlılar və balıqlar arasında ən geniş yayılmış mikrosporidilərdən biri də Glugea anomala və Nucleospora secunda parazitləridir.[2]

Glugea anomala (Moniez, 1887) üçiynəli (Gasterosteus aculeatus) və doqquziynəli tikanbalıqlarının (Pungitius pungitius) parazitləridir. Onlar həmçinin Nothobranchius eggersi, N. korthausae kimi notobranxiusları və s. balıq növlərini, bir sıra akvarium balıqlarını zədələyir.

İlk öncə balıq parazitin sporlarını udur. İlk infeksiya zədələnməsi mədə-bağırsaq traktının yuxarı hissəsinə təsadüf edir. Ona görə də ilk ksenomlar bağırsağın ilk şöbələrinə təsadüf edir. Parazitin sonrakı yayılması (böyrəklər, dalaq, yumurtalıq, göz, dərialtı birləşdirici toxumalar, üzmə qovuqcuğunun divarları və s.) immun sisteminin hüceyrələri vasitəsilə həyata keçir. Ksemonlar məhz bu yerlərdə yaranır. Mikrosporidilər ipəkqurdu və arı təsərrüfatlarına ciddi ziyan vurur. Belə ki onlar bal arılarında (Apis mellifera) və tut ipəkqurdunda (Bombyx mori) nozematoz epizootiyası yaradır, midiya (Mytilus edulus) və s. kimi bir sıra faydalı onurğasızların və bir sıra sənaye əhəmiyyətli balıqların kütləvi məhvinə səbəb olur.

İnsan mikrosporidiozu xüsusilə təhlükəlidir. Adətən o, immun çatışmazlığı fonunda ağır və sürətlə inkişaf edən opportunistik xəstəliklər yaradır. Encephalitozoon, Enterocytozoon, Nosema, Pleistophora, Trachipleistophora, Vittaforma və s. nümayəndələr insan üçün patogen sayılan mikrosporidilərdir. VİÇ-infeksiyası dövrü Enterocytozoon bieneusi, Encephalitozoonintestinalis, Encephalitozoon hellem, Trachipleistophora hominis və Trachipleistophora anthropophtera kimi insan mikrosporidiozu törədiciləri təsvir edilmişdir. Sübut edilmişdir ki, dovşanlarda parazitlik edən Encephalitozoon cuniculimikrosporidisi normal immunkompetent insanları yoluxdurur. Yoluxmanın ən geniş yayılmış simptomu diareyadır.

Zərərverici həşəratlarda parazitlik edən mikrosporidilər kənd təsərrüfatı, tibb və veterianriyada effektiv bioloji mübarizə agentləridir. Bəzi ağcaqanad mikrosporidilərinin növləri onların sürfələrini öldürür, dişi fərdlərin nəslverməsini kəskin azaldır, malyariya plazmodilərinin inkişafını dayandırır. İlkin fazadaT. hominissporu öz daxilini zülal quruluşlu qütb borucuğu vasitəsilə sahib hüceyrəyə yeridir (inyeksiya edir). Bu birnüvəli sporoplazm sahib hüceyrənin yoluxmasının ilkin fazası hesab edilir. İnyeksiyadan sonra parazit (meront) böyüyür və sahib hüceyrənin daxilində proliferasiya edir. Meroqoniya parazitin həyat siklinin ikinci fazası sayılır. Sporların formalaşması (sporoqoniya) zamanı mikrosporidilərin sporlarının divarları yığılır və T. hominisproliferasiyanınnövbəti mərhələsinə keçir. Sonda yetkin sporlar sahib hüceyrənin daxilində formalaşır (5-ci mərhələ). Bu sporlar öz növbəsində öz qütb borucuqlarını sahib hüceyrədən çıxarır və qonşu hüceyrəni yoluxdurur.

Xəzər dənizində Glugea, Pleistephora cinslərinə aid 8 ixtioparazit mikrosporidia növü təyin edilmişdir İbrahimov Ş., 2012. Yeni təsnifatlarda bu tip göbələklər aləminə aid edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]