Michael (albom)

Vikipediya, azad ensiklopediya
(Michael səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Michael
Albomun üz qabığı
Albomun üz qabığı
Maykl Cekson tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 10 dekabr, 2010
Yazılma tarixi 1998 – 2010
Janr ritm-n-blyuz, müasir R&B[d], pop musiqisi, soul, rok
Müddət 2.533 san.
Dil ingilis dili
Leybl Epic
Prodüser Maykl Cekson və başqaları
Maykl Cekson albomlarının xronologiyası
"This Is It"
(2009)
"Michael"
(2010)
"Immortal"
(2011)

MichaelMaykl Cekson ölümündən sonra yayımlanmış ilk studiya albomu.[1][2][3][4][5] Albom 14 dekabr 2010-cu ildə Epic Records tərəfindən ABŞ – da satışa çıxarılmışdır.[6] Albomda Maykl Cekson Akon, 50 Cent, Lenny KravitzDave Grohl ilə duetləri də daxil edilmişdir.[7]

Albodan çıxarılmış ilk sinql olan "Hold My Hand" mahnısı 15 noyabr 2010-cu ildə dinləyicilərə təqdim edilmişdir.[8][9] Mahnının klipi isə Mark Pellingtonun rejissorluğu ilə çəkilərək 9 dekabr 2010-cu ildə geniş ictimayətə təqdim edilmişdir.[10] Cümə günü, 10 dekabr 2010-cu ildə küçə elan tablolarında "Michael" albomunun üz qabığı sərgilənməyə başlandı. Həmin üz qabığı İngiltərədə hazırlanmış və ən böyük albom üz qabığı kimi Ginnesin rekordlar kitabına düşmüşdür.[11]

"Michael" 2010-cu ilin n çox satılan albomu olmuşdur. Albom 31 ölkədə üç milyon nüsxəylə satıldıqdan sonra beynəlxalq albom hit paradında birinci yerdə debüt etmişdir. Albom aralarında ABŞ, BK, Almaniya, Fransaİtaliya kimi ölkələrin də olduğu 14 ölkədə platinium dərəcəsi ilə sertifikatlaşdırılmışdır.

12 noyabr 2010-cu il tarixində rəsmi şəkildə alboma 10 mahnı daxil olduğu elan edilmişdir.[6] "Breaking News" mahnısı albomdan ictimayətə təqdim edilmiş ilk mahnı radio dalğalarında səslənməyə başlamışdır. Mahnı 2007-ci ildə Nyu-Cersidə Sony studiyasında yazılmışdır.[6][9] Digər mahnılar Las-VeqasLos-Ancelesdə müxtəlif studiyalarda lentə alınmışdır.

Ölümündən bir qədər əvvəl isə Maykl Cekson ifaçı-musiqi müəllifi Akon və prodüser RedOne kimi müasir musiqi istehsalçıları ilə birgə çalışması haqqında xəbər vermişdi.[12] İlk rəsmi sinql, Akonla duet şəklində ifa edilmiş "Hold My Hand" mahnısı 2008-ci ildə Las-Veqasda lentə alınmışdır.[13] Mahnının müəlliflərindən biri olan Claude Kelly "HitQuarters"ə verdiyi müsahibədə bildirir ki, mahnının mövzusu Maykl Ceksonunn özünün də həmişə qeyd etdiyi dostluq və birlikdəlik, həmrəylikdir.[13] Mahnı musiqisinin Ceksona məxsus not əlyazmasında isə məhz bu mahnının növbəti albomdan çıxarılamsı nəzərdə tutulan ilk sinql olması haqqında fikirləri də yer almışdır.[7] Lakin mahnı yarımçıq halda 2008-ci ilin iyulunda yayılmışdı. Mahnının çıxarılmasından sonra Akon qeyd etdi ki, mahnının son versiyasında ceksonun vokal ifasına daha çox yer verilmişdir. Mahnı qlobal səviyyədə 15 noyabr 2010-cu ildə 12:01 – də ictimayətə təqdim edilmişdir.[8][14]

Albomda Thriller dövrünə aid iki mahnı "Behind the Mask"[15] və "Much Too Soon"[16] mahnıları da yer almışdır. Həmçinin bu alboma daxil olan "(I Like) The Way You Love Me" mahnısı 2004-cü ildə "The Way You Love Me" adıyla demo versiyada "The Ultimate Collection" albomunda satışa çıxarılmışdır. "Michael" albomuna isə mahnının tamamlanmış və müəyyən vokal elementlər əlavə edilmiş versiyası daxil edilmişdir.[17] Alboma daxil olan "Best of Joy" mahnısı isə Ceksonun ən son işlərindən biri olmaqla 2009-cu ildə müğənninin ölümündən qısa müddət əvvəl tamamlanmışdır.[18][19]

Albomun üz qabığında Kupidlərin Ceksonun başına tac qoyması detalı

Albomun üz qabığındakı rəsm əsəri, 2009-cu ildə afro-amerikan rəssam Kadir Nelson tərəfindən çəkilib və əsərdə Ceksonun karyerası boyunca hazırlanmış bir çox təsvirlərindən fərqli olaraq müğənninin başına tacı mələklərin qoyması təsvir edilmişdir.[9] Nelson qeyd edir ki, Cekson bir neçə il əvvəl özü ona müraciət edərək həyatının və karyerasının müxtəlif dönəmlərini əks etdirən bir əsər işləməsini istəmişdi. Lakin layihə gecikmiş, yalnız John McClainin təkidindən sonra tamamlanmışdır.[12] "Maykl qızıldan hazrlanmış zireh xarakterli paltar geyinmişdir və iki kupidon tərəfindən onun başına tac qoyulur" deyə Nelson qeyd edir. "O, əlini ürəyinin üstünə qoyub və Ceksonun böyük ürəyinin və fanatları arasında olan möhkəm əlaqənin simvolu kimi görünür. Mayklın çiyinində isə elitarlıq simvolu kimi monarx kəpənəyi əyləşmişdir. Onun musiqi tarixi, heç vaxt onu keçmişdə qalmağa qoymayacaq" deyə rəssam vurğulayır.[12][20] Albomun üz qabığının Sony tərəfindən çıxarılmış orijinal təsvirində qabarcığın içində Prinsin simvolu təsvir edilmişdir. Bu isə alboma Prinsin mahnılarının da Maykl Cekson tərəfindən ifa edilmiş versiyalarının daxil edilməsi haqqında müzakirələrə səbəb olmuşdur. Lakin Prinsin mətbuat xidməti bu haqqda rəsmi məlumat yayaraq buna icazə verilməməsini bildirmişdir.[21] Bundan sonra isə simvol üz Sonynin rəsmi saytlarında yayılmış üz qabıqlarından çıxarılmışdır.[21]

"Breaking News" albomdan ictimayətə təqdim edilən ilk mahnı olmuşdur. 5 noyabrda mahnının video reklamı Ceksonun rəsmi veb saytında yayımlanmağa başlandı. Videoda müxtəlif məşhur teleaparıcıların mahnının giriş musiqisi fonunda Cekson haqqında xəbərlər verməsi təsvir edilmişdir.[22] Jurnalistlərin verdikləri xəbərlər Cekson haqqında yayılmış şaiyələr və həqiqətən də ölümündən əvvəl Ceksonun həyatında baş vermiş müxtəlif hadisələr haqqında idi.[23] 8 noyabr 2010-cu ildə isə mahnının tam versiyası təqdim edildi[24] və bir həftə ərzində Ceksonun rəsmi veb saytında yayımlandı.[9] Albomdan çıxarılmış ilk rəsmi sinql "Hold My Hand" mahnısı isə 15 noyabr 2010-cu ildə ictimayətə təqdim edildi.[8][9] Mahnının klip çəkilişləri 20 noyabrda Kaliforniyanın Tustin şəhərində başladı. Klipin seçim obraz seçiminə elan müğənninin rəsmi saytında elan edildi və bildirildi ki, "klipdə çəkilmək istəyən bütün yaşlarda olan fanatlar müraciət edə bilərlər".[25] 30 noyabr 2010-cu ildə "Much Too Soon" mahnısı ictimayətə təqdim edilərək bir həftə ərzində iTunes Pingdə yayımlanacağı bildirildi.[26] 3 dekabr 2010 – cu ildə aparıcı və komediyaçı Ellen DeGeneres özünün təqdim etdiyi "The Ellen DeGeneres Show" şousunda "Hollywood Tonight" mahnısını ilk dəfə olaraq ictimayətə təqdim etdi.[27] 6 dekabr 2010-cu ildə Oprah Winfrey öz şousunda "Keep Your Head Up" və "Monster" mahnılarını ilk dəfə ictimayətə təqdim etdi.[28] 7 dekabr 2010-cu ildən etibarən isə "(I Can't Make It) Another Day" mahnısı bir həftə ərzində iTunes Ping vasitəsiylə yayımlanmağa başladı.[29]

8 dekabr 2010-cu iləd isə albom tam şəkildə Ceksonun rəsmi saytında yayımlanmağa başlandı.[30] Sony Music 13 dekabrda Ceksonun yeni musiqilərinin dinlənilməsi üçün parti təşkil etdi. Fanatlara giriş pulsuz olsa da, biletlər də satıldı.[31] 10 dekabr 2010-cu ildə albomun üz qabığı küçə elanı lövhələrində yayımlandı. Küçədə yayımlanması üçün İngiltərədə istehsal edilmiş həmin üz qabığı ən böyük albom qapağı kimi Ginnesin rekordlar kitabına düşdü. Bu Maykl Ceksonla bağlı rekordlar kitabına düşən üçüncü hadisə olsa da, ölümündən sonra rekordlar kitabına düşən ilk hadisə idi. Həmin üz qabığı bir ton ağırlığında olmuşdur və mühəndislərin onu quraşdırması üç saatdan artıq vaxt almışdır.[11]

Mahnının orijinallığı, yəni həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsi Ketrin Cekson, Mayklın iki böyük övladı,[32] həmçinin Ceksonun bacısı La Toya,[33] onun övladları T. J., Taj və Taryll,[34] eləcə də bir çox fanatlar tərəfindən şübhə altına alınmışdır.[35][36] Bundan sonra AFP mahnındakı səsin həqiqətənmi ulduza aid olmamasının dumanlı görünməsi haqqında məqalə yayımladı.[37] Ardınca Reuters "mahnıdakı səsin Thrillerin "ölmüş ifaçısına" aid olması məsələsinin yeni mübahisə mövzusu olması" ilə bağlı informasiya yaydı.[38]

Sony Music Groupun verdiyi bəyanatda isə bildirilir ki, "aparılan araşdırmalar və Ceksonun mahnını yazması zamanı studiada olmuş şəxslərin şahidliyi əsasında dəqiqlik və tam əminliklə demək mümkündür ki, mahnı Maykl Cekson özü tərəfindən ifa edilmişdir."[39]

11 noyabr 2010-cu ildə Michael Jackson Estate tərəfindən verilmiş açıqlamada bildirildi ki, "vaxtilə Maykl Ceksonla işləmiş altı prodüser, həmçinin son 30 ildə onunla birgə işləmiş bütün işçiləri – Brüs Sviden, Mett Forger, Stüart Brouli, Maykl Prins, Dr. Friz və Tedi Rili təsdiq edirlər ki, mahnıdakı səs Maykl Ceksona məxsusudur." Daha sonra Jackson Estate and Epic tərəfindən tutulmuş iki muzdlu musiqi tədqiqatçısı mahnını "dalğa analizi"ndən keçirdilər. Ceyson Malaxi əldə edilmiş nəticə barədə açıqlamasında qeyd etdi ki, "bir çoxlarının səsini Mayklın səsindən çox çətinliklə ayırdığı gənc ifaçı özü də qeyd edir ki, o, mahnının yazılmasında iştirak etməyib."[40]

 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
Allmusic 2.5 5 dən ulduz2.5 5 dən ulduz2.5 5 dən ulduz2.5 5 dən ulduz2.5 5 dən ulduz
The Boston Globe (əlverişli) [41]
Chicago Tribune 2 4 dən ulduz2 4 dən ulduz2 4 dən ulduz2 4 dən ulduz [42]
Entertainment Weekly (B) [43]
The Guardian 2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz [44]
Los Angeles Times 2.5 4 dən ulduz2.5 4 dən ulduz2.5 4 dən ulduz2.5 4 dən ulduz [45]
NME (5/10)[46]
Rolling Stone 3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz[5]
Slant Magazine 3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz[47]
Spin (6/10) [48]

Satış göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Satışa çıxarıldığı ilk həftədə albom 85.000 nüsxəylə satılaraq Almaniyada birinci yerə yüksəlmişdir.[49] Həmçinin Avstriya, İtaliya, Niderlandİsveçdə də albom satışa çıxarıldığı həftədə birinci yeri ələ almışdır.[49] ABŞ – da satışa çıxarıldığı ilk həftədə albom 228.000 nüsxəylə satılaraq "Billboard 200" – də üçüncü yerdə debüt etmişdir.[50] Birləşmiş Krallıqda isə, ilk həftədə 113.000 nüsxəylə satılan albom dördüncü yerdə debüt etmişdir.[49] Fransada 26, 689 nüxsə satışla beşinci[51] , Danimarkada isə 4, 936 nüsxə satışla dördüncü yerdə debüt etmişdir.[52] Albomun Birləşmiş Krallıqda 19 dekabrda 113.000 nüsxə satışla dördüncü yerə yüksəlməsi krallıq ərazisində "Dangerous" albomunun satışa çıxarıldığı 20 il ərzində Maykl Cekson göstərdiyi ən yaxşı nəticə olmuşdur.[53]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

"Michael" albomu tənqidçilər tərəfindən orta və ya qarışıq rəylər almışdır. 100 tənqidçinin mövqeyini nəzərdən keçirən "Metacritic"in gəldiyi nəticəyə görə albom 57 balla qiymətləndirilmiş, rəyi soruşulanların əksəri isə albom haqqında "orta və qarışıq fikirlər" söyləmişlər.[54] Media nümayəndələrinin şübhəli yanaşmaları və Ceksonlar ailəsi nümayəndələri arasında albomla bağlı yaranmış fərqli fikirlərə baxmayaraq, ümumilikdə albom geniş kütlə tərəfindən gözlənildiyindən də yaxşı qarşılanmış və böyük uğur qazanmışdır.[55] "Huffington Post"dan Joe Vogel qeyd edir ki, "bu məsələdə alt xətt var: "Michael" bir neçə yeni təsiredici əsərdən ibarətdir""onun adətləri, fikirləri, çox yönlülüyü və dahiliyi hər əsərdə özünü büruzə verir. Başqa kim, sosial himn xarakterli mahnıları, insanı özünü göylərdə hiss etməyə məcbur edən hip hop və rok musiqini və insanı kədərləndirən melodik balladaları onun kimi ifa edə bilərdi?"[56]

"NME"-dən Dan Martin albomu "müxtəlif zövq çeşidləri" adlandırır, lakin qeyd edir ki, "əgər insanlar alboma təkrarən çox qulaq asarlarsa oradakı mahnılarda çirkin qüsurlar tapamağa başlayacaqlar."[46] "The Daily Telegraph" qəzetindən Neil McCormick albomu "gözəl albom" adlandırır və qeyd edir ki, "Bu alboma əlbəttə ki, insanların gözlədiklərindən daha çox əziyyət çəkilməsi və əmək sərf edilməsi aydındır."[57] Rolling Stone jurnalından Jody Rosen isə qeyd edir ki, albom "Maykl Ceksonun albomu ola bilməz" və Cekson "indiyə kimi heç vaxt belə zəif bir toplu istehsal etməzdi", lakin "bunu insanın öz xarizması ilə apardığı təcrübə kimi də dəyərləndirmək olar."[5] "Entertainment Weekly"dən Leah Greenblatt qeyd edir ki, "bu albom əlbəttə ki, onun adını gücləndirmir"[43], eyni zamanda "The New York Times" xəbər verir ki, Ceksonlar ailəsi "kolleksiyanı ilham verici, sevimli, qızğın və paranoid" kimi dəyərləndirir.[55]

Alboma daxil olan mahnılar

[redaktə | mənbəni redaktə et]
BaşlıqYazar(lar)Producer(s)Müddət
1."Hold My Hand" (featuring Akon)Aliaune Thiam, Giorgio Tuinfort, Claude KellyMichael Jackson*, Akon, Tuinfort3:32
2."Hollywood Tonight"Jackson, Brad Buxer; spoken bridge written by Teddy RileyJackson, Riley, Theron "Neff-U" Feemster*4:49
3."Keep Your Head Up"Jackson, Eddie Cascio, James PorteJackson, C "Tricky" Stewart, Angelikson5:10
4."(I Like) The Way You Love Me"JacksonJackson, Feemster4:33
5."Monster" (featuring 50 Cent)Jackson, Cascio, Porte; rap written by Curtis JacksonJackson, Riley, Angelikson5:04
6."Best of Joy"JacksonJackson, Feemster, Brad Buxer*3:02
7."Breaking News"Jackson, Cascio, PorteJackson, Cascio, Riley4:14
8."(I Can't Make It) Another Day" (featuring Lenny Kravitz)Lenny KravitzJackson*, Kravitz3:54
9."Behind the Mask"Jackson, Chris Mosdell, Ryuichi SakamotoJackson, John McClain5:03
10."Much Too Soon"JacksonJackson, McClain2:48

(*) yardımçı prodüser

Hit parad və sertifikatlar

[redaktə | mənbəni redaktə et]

Çıxış tarixi

[redaktə | mənbəni redaktə et]
Ölkələr üzrə çıxış tarixi və leyblı
Ölkə Tarix Leybl Format
Avstraliya[91] 10 dekabr, 2010 Sony Music Entertainment CD
Avstriya
Belçika[92]
Argentina[93]
İsveç[94]
Birləşmiş Krallıq[95] 13 dekabr, 2010
Filippin[96] 14 dekabr, 2010
Tayvan[97]
ABŞ[98] Epic Records CD, digital download
Kolumbiya[99] CD
Brazilya[100] Sony Music Entertainment
Yaponiya[101] 15 dekabr, 2010 Sony Music Japan
Çin[102] 24 dekabr, 2010 Sony Music Çin
  1. "Akon refuses to release unfinished Michael Jackson tracks". Guardian.co.uk. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.
  2. "New Michael Jackson songs are 'fakes', says his mother". Guardian.co.uk. 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.
  3. "New Michael Jackson Song 'Breaking News' Hits Web, Controversy Ensues". The Epoch Times. 2011-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.
  4. "New Michael Jackson Album Pits Sony Music Against Jackson Clan". ABC News. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.
  5. 1 2 3 Rosen, Jody. "Michael by Michael Jackson – Rolling Stone Music – Music Review". Rolling Stone. December 10, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 6, 2010.
  6. 1 2 3 "Michael Jackson's New Album Out Dec. 14". Billboard. 2012-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  7. 1 2 Lipshutz, Jason; Mitchell, Gail; Graff, Gary. "Michael Jackson's 'Michael' Track-By-Track". Billboard. December 8, 2010. December 15, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2010.
  8. 1 2 3 ""Michael" Single Announcement and Tracklisting". MichaelJackson.com. 2010-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-12.
  9. 1 2 3 4 5 "Much Anticipated New Album from the King of Pop Michael to be Released December 14". Sony Music. 2010-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  10. "Hold My Hand casting call". MJ. 2010. 2012-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-10.
  11. 1 2 "Michael Jackson Poster breaks records". 2010-12-10. 2010-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-08.
  12. 1 2 3 "New Michael Jackson album gets December release". Reuters. 2011-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  13. 1 2 "Interview with Claude Kelly". HitQuarters. 24 May 2010. 19 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Nov 2010.
  14. Jillian Mapes. "Michael Jackson's 'Hold My Hand' Single, 'Michael' Album Tracklist Announced". Billboard. 2012-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-12.
  15. Halstead, Craig; Cadman, Chris. Michael Jackson: For The Record. Bedfordshire: Authors OnLine Ltd. 2007. 31–32. ISBN 0-7552-0267-8.
  16. "New Michael Jackson Song "Much Too Soon" Makes Debut Exclusively In iTunes Ping". 2010-11-30. 2010-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-05.
  17. Joe Pareles. "After Death, the Remix". nytimes.com. December 9, 2010. November 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2010.
  18. "Is Michael Really Michael? A Review of the King of Pop's New Album". Huffington Post. 2010. 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
  19. "MICHAEL: The Story Behind The Album". Fanpop, Inc. 2010. 2012-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-12.
  20. "Michael Jackson's New Album Cover Decoded". Gil Kaufman, MTV. 2010-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-07.
  21. 1 2 "Prince Symbol On Michael Jackson's New Album Cover". HipHop-N-More. November 6, 2010. 2010-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
  22. Wilkening, Matthew. "Michael Jackson, 'Michael' – 2010 New Album Preview". AOL Radio Blog. 5 November 2010. 25 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2010.
  23. Vick, Megan. "Michael Jackson 'Breaking News' Teaser Video Premieres". Billboard. Nielsen Business Media, Inc. 2010-11-05. 2010-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-06.
  24. "New Michael Jackson Song 'Breaking' At Radio". Billboard. 2012-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  25. "Hold My Hand casting call". MJ. 2010. 2010-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-10.
  26. "News | The Official Michael Jackson Site". Michaeljackson.com. 2011-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
  27. "Ellen Debuts New Michael Jackson Song "Hollywood Tonight". SoulCulture. December 4, 2010. 2010-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
  28. "Jackson album made for fans: Cascio". Edmonton Sun. December 6, 2010. 2010-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
  29. "News | The Official Michael Jackson Site". Michaeljackson.com. 2012-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
  30. "Listen To The Entire Michael Album". 2010-12-08. 2011-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
  31. Friedman, Roger. "Michael Jackson Free Fan Event Planned for Monday in New York". Showbiz 411. September 7, 2010. December 7, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2010.
  32. "Michael Jackson News – Yahoo! Music". New.music.yahoo.com. 2010-11-03. 2010-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-09.
  33. "La Toya Jackson: That's Not Michael's Voice on 'Breaking News'". TMZ.com. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-09.
  34. "Controversial Michael Jackson single debuts". Seattle Times. 2010-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-9.
  35. "Fans, Family Say Michael Jackson Isn't Singing On Controversial New Single "Breaking News"". All Headline News. İstifadə tarixi: 2010-11-9.[ölü keçid]
  36. "New Song: Michael Jackson, 'Breaking News'". MTV. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-9.
  37. "Michael Jackson single goes online, but is it him?". AFP via Google News. 2010-11-08. 2013-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-15.
  38. Jill Serjeant. "New Michael Jackson single prompts more controversy". Reuters. 2010-11-09. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  39. "Michael Jackson 'Breaking News' Song Debuts Online, Stirs Controversy". Billboard. Nielsen Business Media, Inc. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-09.
  40. "'Breaking News': Lawyer Says It's Michael Jackson's Voice". Arts Beat. NYTimes.com. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-11.
  41. "'Michael' unfinished, but not unfamiliar – The Boston Globe". Boston.com. 2010-12-12. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28.
  42. "Turn It Up: Album review: Michael Jackson, 'Michael'". Leisureblogs.chicagotribune.com. 2010-12-09. 2011-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28.
  43. 1 2 Leah Greenblatt. "Music Review: Michael". Entertainment Weekly. December 8, 2010. September 19, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2010.
  44. Alexis Petridis. "Michael Jackson: Michael – review | Music". The Guardian. 2013-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28.
  45. December 14, 2010 . "Album review: Michael Jackson's 'Michael' | Pop & Hiss | Los Angeles Times". Latimesblogs.latimes.com. 2010-12-14. 2010-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28.
  46. 1 2 Martin, Dan. "Album review: Michael Jackson – 'Michael' (Epic)". NME. December 4, 2010. June 28, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2010.
  47. Huw Jones. "Music Review: Michael Jackson: Michael". Slant Magazine. December 9, 2010. May 11, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2010.
  48. Barry Walters. "Michael Jackson, 'Michael' (Epic)". June 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2010.
  49. 1 2 3 Dean Goodman. "Michael Jackson album fails to top pop chart". Reuters. December 22, 2010. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-22.
  50. 1 2 "Swift Back at No. 1 on Billboard 200, 'Michael' Bows at No. 3 | Billboard.com". Billboard. Nielsen Business Media, Inc. 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-12.
  51. Marolle, Emmanuel. "Albums : Mylène Farmer atomise les ventes" (French). Le Parisien. 14 December 2010. 17 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2010.
  52. Treo, Thomas. "Ekstra Bladet – Jackson-album er en fuser" (Danish). Ekstra Bladet. 17 December 2010. 23 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2010.
  53. Wednesday, December 22 2010, 16:19 GMT. "Music – News – Jackson album is top global seller". Digital Spy. 2010-12-22. 2010-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28.
  54. Michael Reviews, Ratings, Credits and More Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Metacritic.
  55. 1 2 Serjeant, Jill. "Critics say Michael Jackson album better than feared". December 9, 2010. December 24, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2010.
  56. Joe Vogel: Is Michael Really Michael? A Review of the King of Pop's New Album Arxivləşdirilib 2016-05-30 at the Wayback Machine. Huffingtonpost.com (2010–12-04). Retrieved on 2010–12-11.
  57. McCormick, Neil. "Michael Jackson from beyond the grave". Telegraph. December 8, 2010. December 10, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2010.
  58. "australian-charts.com – Michael Jackson – Michael". ARIA Charts. Hung Medien. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2010.
  59. "Michael Jackson – Michael – austriancharts.at". Ö3 Austria Top 40 (German). Hung Medien. 6 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2010.
  60. "ultratop.be – Michael Jackson – Michael". Ultratop (Dutch). ULTRATOP & Hung Medien / hitparade.ch. 5 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2010.
  61. "ultratop.be – Michael Jackson – Michael". Ultratop (French). ULTRATOP & Hung Medien / hitparade.ch. 26 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2010.
  62. "Michael Jackson Album & Song Chart History". Canadian Albums Chart for Maykl Cekson. Nielsen Business Media. 20 October 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2010.
  63. "IFPI ČR – Hitparáda – TOP50 Prodejní" (Czech). IFPI Czech Republic. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2010.
  64. "danishcharts.com – Michael Jackson – Michael". IFPI Denmark. Hung Medien. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 December 2010. (#apostrophe_markup)
  65. "dutchcharts.nl – Michael Jackson – Michael". MegaCharts (Dutch). Hung Medien / hitparade.ch. 22 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2010.
  66. "Lataa täältä Suomen virallinen lista – Albumit 51/2010". Finland's Official List (Finnish). IFPI Finland. 19 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2010.
  67. "lescharts.com – Michael Jackson – Michael". SNEP (French). Hung Medien. 15 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2010. (#apostrophe_markup)
  68. "Der "King of Pop" schnappt sich die Krone der Charts – media control" (German). Media Control GfK International. 21 December 2010. 15 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010.
  69. "greekcharts.com – Michael Jackson – Michael". IFPI Greece. Hung Medien. 13 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2010.
  70. "MAHASZ – Magyar Hanglemezkiadók Szövetsége". mahasz.hu. 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-23.
  71. "Chart Track". Irish Albums Chart. GfK. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 December 2010.
  72. "italiancharts.com – Michael Jackson – Michael". FIMI. Hung Medien. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010. (#apostrophe_markup)
  73. "charts.org.nz – Michael Jackson – Michael". RIANZ. Hung Medien. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010. (#apostrophe_markup)
  74. "norwegiancharts.com – Michael Jackson – Michael". VG-lista. Hung Medien. 10 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
  75. "portuguesecharts.com – Michael Jackson – Michael". AFP. Hung Medien. 2 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2010. (#apostrophe_markup)
  76. "spanishcharts.com – Michael Jackson – Michael". PROMUSICAE. Hung Medien. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2010. (#apostrophe_markup)
  77. "swedishcharts.com – Michael Jackson – Michael". Sverigetopplistan. Hung Medien. 5 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010.
  78. "Michael Jackson – Michael – hitparade.ch". Swiss Music Charts (German). Hung Medien. 26 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010.
  79. "Taiwan G-Music International Chart Top 20 (Week 50, 2010)". Taiwan International Chart. 21 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010.
  80. "Taiwan Five Music Western Chart Top 20". Taiwan International Chart. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010.
  81. "Taiwan books.com.tw Western Chart Top 20 (Week 49 & 50, 2010)". Taiwan International Chart. 15 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2010.
  82. "Archive Chart". UK Albums Chart. The Official Charts Company. 2011-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2010.
  83. "Michael – Michael Jackson". Top R&B/Hip-Hop Albums. Billboard. 20 October 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2010.
  84. "ARIA Top 50 Albums Chart – Australian Record Industry Association". Australian Recording Industry Association. 20 December 2010. 20 March 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 December 2010.
  85. "Hitlisten.NU – Album Top-40". Danish Albums Chart (Danish). IFPI Denmark. 24 December 2010. 28 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2010.
  86. "Arany- és platinalemezek 2010" (Hungarian). Mahasz. 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-30.
  87. "Latest Gold / Platinum Albums – RadioScope New Zealand". Radioscope.net.nz. 2008-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-05.
  88. "Top 100 Albums". PROMUSICAE. 20 December 2010. 19 May 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010.
  89. "www.sverigetopplistan.se – Veckolista Album – Vecka 50, 17 december 2010". Sverigetopplistan. Swedish Recording Industry Association. 14 December 2010. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2010.
  90. "Arxivlənmiş surət". 2017-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-12.
  91. "Much Anticipated New Album From The King Of Pop Michael To Be Released In Australia On Friday December 10". 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  92. "Michael Jackson : son nouvel album disponible dès demain". 2015-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-09.
  93. "MICHAEL – Michael Jackson (Argentina release date)". (#cite_web_url); (#accessdate_missing_url)
  94. "MICHAEL – Michael Jackson (Sweden release date)". (#cite_web_url); (#accessdate_missing_url)
  95. "MUCH ANTICIPATED NEW ALBUM FROM THE KING OF POP MICHAEL TO BE RELEASED DECEMBER 13". 2010-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  96. "SONY MUSIC ENTERTAINMENT PHILIPPINES – "MICHAEL" album release". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  97. "流行樂之王麥可傑克森世紀矚目最新專輯《麥可》12月14日全球震撼發行". 2010-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  98. "Pre-order from the official website". 2011-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  99. "Michael Jackson – Michael". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-29.
  100. "MICHAEL – Michael Jackson (Brazil release date)". 2020-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-03.
  101. "ニュー・アルバム『MICHAEL』、12月15日発売決定". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  102. "MICHAEL/迈克尔 – Sony Music China". Sony Music China. İstifadə tarixi: 2010-12-17.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]