Meyv Binçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Meyv Binçi
Maeve Binchy
Meyv Binçi
Meyv Binçi
Doğum tarixi
Doğum yeri Dublin, İrlandiya İrlandiya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Dublin, İrlandiya İrlandiya
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı İrlandiya İrlandiya
Milliyyəti irland
Həyat yoldaşı Qordon Snell
Təhsili
Fəaliyyəti ədəbiyyat
Əsərlərinin dili irland
Janrlar roman, qısa hekayə
maevebinchy.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meyv Binçi (d. 28 may 1940, Dublin - ö. 30 iyul 2012, Dublin) — İrlandiya jurnalisti, yazıçısı. Roman və qısa hekayə janrlarına üstünlük vermişdir.

Meyv Binçi 1940-cı ildə İrlandiyanın paytaxtı Dublinin yaxınlığında yerləşən Dalkey kəndində anadan oldu. Killineydəki Holi Çayld Konvent katolik qız məktəbinə getdikdən sonra Kollec Universitetindən məzun oldu və müəllim kimi fəaliyyət aparmağa başaldı.

1963-cü ildə Qüdsdəki İsa peyğəmbərin son şam yeməyini yediyi mağarada olduqdan sonra ateist oldu. Daha sonra Kibbutzda işləmək üçün İsrailə köçdü. İsraildə olarkən hər həftə atasına yaşadığı torpaqlarda gedən müharibələrdən və həyatından bəhs edən məktublar yazırdı. Atası bu məktublardan birini Dublinin "Irish Times" qəzetinə 18 funta satdığa dövrdə Meyv Binçinin müəllimlik maaşı 16 sterlinq idi.

Hekayə tərzində yazılan bu məktublar onun "Irish Times" qəzetində 1969-cu ildən işləməyə kömək etdi. Beləcə həftədə iki dəfə yazan Meyv İrlandiya feminist hərəkatının ilk qadın redaktoru oldu. Londona köçən Binçi burada daha sonra uşaq kitabları yazacaq BBC kanalının işçisi Qordon Snell ilə tanış oldu.

Həyat yoldaşının təkidi ilə yazıçı olan Binçi romanla yanaşı ona Praqa Film Festivalında mükafat qazandıran film ssenarisi yazdı. Onun məşhur əsəri "Evening Class"-dır.

Meyv Binçi 2012-ci ilin 30 iyulunda Dublində vəfat etmişdir.

  • Praqa Film festivalı (Ən yaxşı senari): 1976
  • Yakob mükafatı: 1976
  • Britaniya Kitab mükafatı : 1999
  • WHSmith Kitab mükafatı: 2001
  1. 1 2 Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 92.