Meydanda dükan (film, 1965)
Meydanda dükan | |
---|---|
slovak. Obchod na korze | |
Janr | dram filmi[1], müharibə filmi[2] |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Holokost |
İstehsalçı | Barrandov studiosu |
Distribütor | MOKEP[d], Netflix |
İlk baxış tarixi | 20 may 1965[3] |
Müddət | 128 dəq. |
Ölkə | |
Dil | Slovak dili |
Rəng | ağ-qara[d] |
IMDb | ID0059527 |
Mükafatları |
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi.
Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar.
1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü.
Məzmun
[redaktə | mənbəni redaktə et]İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər. Lakin o, həyat yoldaşının hirsli təbiətinə görə ona bunu izah etməkdən çəkinir və qarı Lautmanna izah edə bilmir ki, onun əmlakının sahibi indi özüdür.
Şəhərin yəhudi icması Tonoya kiçik bir maaş ödəməyi qərara alır ki, təki o, mağazadan imtina etməsin, çünki əks halda dükan daha qəddar birinə düşə bilər və yaşlı qadın küçələrdə qalar. Tono razılaşır və hər gün alış-veriş məkanına baş çəkməyə başlayır və idarə etmədə Lautmanna kömək edir. Arvadına mağazada hər şeyin yaxşı getdiyini söyləyir, o isə safcasına sürətlə zənginləşmələrinə inanır.
Bu uzun sürmür və tezliklə yəhudilərin xüsusi zonada yerləşdirilməsi ilə bağlı fərman verilir. Tono başa düşür ki, yəhudi icması artıq ona pul ödəyə bilməyəcək və xanımına dediyi bütün yalanların tezliklə üstü açılacaq. Tono təlaş içində əvvəlcə qarıyı gizlətməyə qərar verir, ancaq yaşlı xanım bunun səbəbinin nə olduğunu anlaya bilmir. Nəticədə Tono onu gizli kiçicik anbara atır, o da burada təsadüfən yıxılıb ölür. Baş verənləri görüb və hansı təhlükənin qarşısında olduğunu başa düşən Tono dükanı bağlayır və özünü asmaq qərarına gəlir.
Rollarda
[redaktə | mənbəni redaktə et]Actor | Role |
---|---|
Yozef Kroner (1924–1998) | Anton "Tóno" Brtko, dülgər |
İda Kaminska (1899–1980) | Rozália Lautmannová, düymə dükanının sahibi |
Hana Slivkova (1923–1984) | Evelína Brtková, Tononun həyat yoldaşı |
Martin Hollý Sr. (1904–1965) | Imrich Kuchár, mühasib və müqavimət hərəkatının üzvü |
Frantişek Zvarík (1921–2008) | Markuš Kolkotský, şəhər komandiri |
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1965 Qızıl Qlobus — "Ən yaxşı xarici dildə film"
- 1966 Oskar — "Ən yaxşı xarici dildə film"
- 1966 Kann Film Festivalının xüsusi mükafatı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.imdb.com/title/tt0059527/.
- ↑ Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ IMDb (ing.). 1990.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Meydanda dükan — Internet Movie Database saytında
- Meydanda dükan AllMovie saytında
- "Meydanda dükan" Arxivləşdirilib 2015-10-18 at the Wayback Machine Videoklip.
- Martin Votruba, "The Shop on Main Street." (Obchod na korze; "Магазин на площади") Arxivləşdirilib 2016-01-20 at the Wayback Machine Pittsburq Universitetinin slovakiyaşunaslıq proqramı