Mehmet Şükrü Paşa
Mehmet Şükrü Paşa | |
---|---|
türk. Mehmet Şükrü Paşa | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1857 və ya 1856 |
Doğum yeri | |
Vəfat tarixi | 1916 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Türk |
Xidmət illəri | 1878-1914 |
Rütbəsi | General |
Döyüşlər | Osmanlı-Yunan müharibəsi (1897), Birinci Balkan müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, İstanbul) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.[2] İlk hərbi təhsilini Ərzincan Hərbi Məktəbində almış, daha sonra isə İstanbul Sütlücə Artilleriya Məktəbində davam etdirmişdir. 1879-cu ildə bu məktəbi bitirmişdir.[2] Təhsil aldığı müddətdə riyaziyyat fənnindən müvəffəqiyyəti ilə fərqlənirdi. Bu səbəbdən daha da təkmilləşdirmək üçün Almaniyaya göndərildi. Potsdam Qarnizonında dörd ildən çox müddətdir təhsil almışdır. 1880-ci ildə o, yüksək vəzifəli zabitə rütbəsinə yüksəldi və 1883-cü ildə baş kapitan təyin edildi.
İstanbula geri döndükdən sonra bir sıra təşkilatlarda və məktəblərdə hərbi təlimlər keçməyə başladı. Daha sonra isə 1887-ci ildə mayor rütbəsinə yüksəldi. Zəfər Rabiya xanım ilə ailə həyatı qurdu; bu nikahdan 9 övladı dünyaya gəldi, onlardan yalnız dördü həyatda qaldı. Yeddi nəvəsi vardı.
Alman, ingilis və fransız dillərində sərbəst danışa bilən Mehmet Şükrü Paşa hərbi fəaliyyətləri ilə yanaşı riyaziyyat fənnini də tədris edirdi. Məşhur riyaziyyatçı Saleh Zəki onun tələbələrindən biri olmuşdur.
Rütbələri
[redaktə | mənbəni redaktə et]1888-ci ildə əyalət valisi olmuş, 1889-cı ildə isə polkovnik, 1893-cü ildə 36 yaşı olarkən isə general-mayor rütbəsinə yüksəlmişdir. Ədirnədə general-mayor rütbəsindən general rütbəsinədək yüksəldi. 1905-ci ildə Salonikiyə göndərildi. Bu dövrdə hərbi həyatında həddindən artıq nizam-intizam nümayiş etdirdiyi üçün "Dəli Şükrü Paşa" kimi tanındı.
Ədirnənin müdafiəsi
[redaktə | mənbəni redaktə et]24 sentyabr 1912-ci ildə Osmanlı dövlətinin Sofiyadakı səfirliyi İstanbula göndərdiyi bir teleqrafla xəbərdarlıq edərək təhlükənin yaxınlaşdığını bildirmişdir: "Bolqarıstanın ilk məqsədi Osmanlı imperiyasının zəif Kırklareli bölgəsidir. Ədirnəyə hücum etməyi planlaşdırırlar. Ədirnə istehkam mövqeyi möhkəmləndirilməli və xidmət müddəti bitən əsgərlər tərxis edilməməlidir".
Ədirnə komandirliyinə gətirilən Mehmet Şükrü Paşa şəhər mühasirəyə alınmazdan bir həftə əvvəl şəhərə çata bildi. Şükrü Paşaya mühasirə zamanı şəhəri 50 gün müdafiə etmək tapşırıldı. Bu müddət ərzində bolqar ordusunun geri çəkiləcəyi, əks halda, İstanbuldan kömək göndəriləcəyi bildirilmişdi. Lakin Mehmet Şükrü Paşa silahdaşları Kazım Qarabəkir, Rəmzi və Fuad Bəylə birlikdə İstanbuldan dəstək almamasına baxmayaraq 5 ay 5 gün Bolqarıstan və Serb ordusunun hücumlarını müdafiə etdi. Bu tarixi hadisə idi.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Ədirnəni mühasirəyə alan Bolqarıstan artilleriyası.
-
Ədirnə mühasirəsini dəstəkləyən serb ordusuna məxsus bir artilleriya.
-
Mehmet Şükrü Paşanın Ədirnədəki abidəsi.
-
Mehmet Şükrü Paşanın vəsiyyətnaməsi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
- ↑ 1 2 Edirne Müdafii Mehmet Şükrü Paşa, Akintarih.com sitesi, Erişim tarihi:09.04.2011[ölü keçid]