07°09′40″ şm. e. 134°22′34″ ş. u.HGYO

Meduza gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Meduza gölü
ing. Jellyfish Lake
Ümumi məlumatlar
Eni 0,16 km
Uzunluğu 0,46 km
Sahəsi
  • 5,7 ha
Həcmi 0,0017 km³
Dərin yeri 50 m
Orta dərinliyi 30 m
Tökülən çay yoxdur
Minerallaşma tipi şorsulu
Duzluluğu 28 – 32 
Yerləşməsi
07°09′40″ şm. e. 134°22′34″ ş. u.HGYO
Ölkə  Palau
Meduza gölü xəritədə
Meduza gölü
Meduza gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meduza adası (ing. Jellyfish Lake) — Qayalı adalar arxipelaqında yerləşən göl. Meduza gölü Eyl Malk adasının cənubunda yerləşir. Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Su səthinin sahəsi 0,057 km²-dir. Göl öz növbədində meromitik su tutarı azmaz şor suludur. Göl Sakit okeandan eni 200 metr olan ensiz quru xəttlə ayrılır. Dərinliyi 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır[1]

Göldə iki növ meduza vardır — qızılı (Mastigias papua) və ay (Aurelia). Göldə təbii düşmənlərinin olmaması səbəbindən sayı 2 mln başa çatmışdır. Meduzaların sayı turistləri özünə cəlb edir[2][3]. Eyl-Malk adasında onlarla kiçik göl vardır. Onların hamısında meduza vardır. Onlar Dünya okeanından tamamən təcriddir. Ancaq meduzalar arasında snorkelik ancaq burada bitmişdir[4]

Gölün xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Meduza gölü okeanla çatlar, tunellərlə ayrılır. Bu keçidlər miosen dövründə rifdən təşkil olunmuşdur. Ancaq bununla belə göl okeandan kifayət qədər təcriddir.

Gölün suyu iki təbəqədən ibarətdir. Birinci qatda oksigenin həcmi böyükdur. Alt qatda isə oksigenin həcmi azdır.

Mastigias papua növünün göl (sol) və okean tiplərinin morfologiyası

Göldə iki növ meduza vardır — Mastigias papuaAurelia sp.[5][6]

Qızılı meduza həm də qonşu laqunda yayılmışdır. Onlar simbioz həyat tərzi keçirən yosunlarla qidalanır (Symbiodinium). Bu populyasiya istər morfoloji, istər fizioloji baxımdan fərqlənir. Onların bədənlərində onlan piqmenlərin sayında azlıq müşahidə edilir. Bioloqlaerın bir qismi onları Mastigias cf. papua etpisoni yarımnövünə aid edirlər. Bəziləri isə bunu qəbul etməyərək ikili növlərə aid edirlər.e

Ay meduzası ilk əvvəl Aurelia aurita[7] olaraq bilinirdi. 1981-ci ildə aparılan araşdırmalar Aureliya cinsinə 3 deyil 6 növün daxil olduğu nüəyyən edir. Bu cinsə daxil olan üç növ Palau ərazisində yerləşən göllərdə yayılmışdır. O cümlədən Meduza gölündə[8]. 2010-cı ilə əsasən Aurelia cinsinə daxildir.

Meduzaların miqrasiyası

[redaktə | mənbəni redaktə et]

Qızılı meduzlar günlük horizantal və vertikal şəkildə hərəkət edirlər[7]:

  • Gecədən günorta saat 14:00 qədər qızılı meduzlar vertimal şəkildə gölün səthi ilə üzürlər.
  • Səhər tezdən 09.30 qədər meduzalar gölün mərkəzi qərb hissəsindən şərqə hərəkət edir.
  • 15.30-dan isə meduzalar gölün şərqindən qərb sahillərinə istiqamətlənirlər.
  • Qürub zamanı meduzlar qısa müddətli yürüşləri vamanı şərqdən qərbə istiqamətlənirlər və bütün gecəni burada qalırlar.

Ay meduzaları qızılı meduzalardan fərqli olaraq bu qədər təşkilatlanmamış formada üzmürlər. Gecələr onlar suyun səthində üzürlər[9].

Nəslin kəsilmə təhlükəsi və sayının bərpası

[redaktə | mənbəni redaktə et]

Meduza gölünda meduzalar 19981999-ci illər ekoloji fəlakəti zamanı tələf olmuşdur. Göldə tempetatur El-Ninyo hadisəsi zamanı artmışdır. Nəticədə yosunlar tələf olmuşdur. Bu isə öz növbəsində meduzaların populyasiyası demək olarki tam tələf olmuşdur. Ancaq 2000-ci illərin əvvəllərindən populyasiyanın sayı bərpa olunmuşdur[10][11].

  1. "Meduza gölü". 2010-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  2. "http://www.impalatravel.com/australia/mikronezia/respublika_palau". 2010-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  3. "Mikroneziya. Flora və Fauna". 2013-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  4. "Jellyfish Lake Information Sheet" (PDF). 2009-01-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  5. Dawson, Martin, Penland. "Jellyfish swarms, tourists, and the Christ-child". Hydrobiologia. 451. 2001: 131–144. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  6. Dawson, Michael N. "Five new subspecies of Mastigias (Scyphozoa: Rhizostomeae: Mastigiidae) from marine lakes, Palau, Micronesia (J. Mar. Biol. Ass. U.K. (2005), 85, 679–694)" (PDF). 2009-08-30. 2012-04-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  7. 1 2 Hamner, Hauri. "Long-distance horizontal migrations of zooplankton (Scyphomedusae: Mastigias) - Limnol. Oceanogr., 26(3), 1981, 414-423" (PDF). American Society of Limnology and Oceanography. 2009-08-30. 2012-04-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  8. Molecular Evidence for Cryptic Species of Aurelia aurita (Cnidaria, Scyphozoa) Biol. Bull. 200: 92-96. (February 2001), Michael N. Dawson, David K. Jacobs
  9. The physical, chemical, and biological characteristics of a stratified, saline, sulfide lake in Palau (page 901), W. M. Hamner, R. W. Gilmer, and P. P. Hamner, Limnol. Oceunogr., 27(S), 1982, 8964309
  10. "Marine Lakes experiments in ecology and evolution". U C Merced. 2012-04-22 tarixində arxivləşdirilib.
  11. Coral bleaching relative to elevated seawater temperature in the Andaman Sea (Indian Ocean) over the last 50 years, B. E. Brown , R. P. Dunne, et al., Coral Reefs Journal, Volume 15, Number 3 / September, 1996, Springer Berlin / Heidelberg publisher