38°54′ şm. e. 46°14′ ş. u.HGYO

Meğri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Meğri
38°54′ şm. e. 46°14′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 906
Sahəsi
  • 3 km²
Mərkəzin hündürlüyü 650 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.580 nəf. (2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 374 (286)
Poçt indeksi 3401–3402
Digər
meghri.am
Xəritəni göstər/gizlə
Meğri xəritədə
Meğri
Meğri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir.

Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün[1] fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir.

Şəhərin adı mənbələrdə Mığrı[2] formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib. 1984-cü ildə Meğriyə şəhər statusu verilmişdir. Şəhər rayonun yerli kənd təsərrüfatı məhsulları əsasında inkişaf etmişdir.[3]

  1. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.382
  2. Mir Mehdi Xəzani. Kitabi-tarixi — Qarabağ, "Qarabağ- namələr", II kitab, Bakı, "Yazıçı", 1991. s. 187
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2