Maykl Konnelli
Maykl Konnelli | |
---|---|
ing. Michael Connelly | |
Doğum tarixi | 21 iyul 1956[1][2][…] (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, detektiv yazıçısı[d], salnaməçi, ssenarist, aktyor, film prodüseri, romançı, televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 1992-ci ildən |
Əsərlərinin dili | ingilis dili, amerikan ingiliscəsi |
michaelconnelly.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Maykl Konnelli (ing. Michael Connelly; 21 iyul 1956[1][2][…], Filadelfiya, Pensilvaniya[3][4][…]) — müasir dövrün ən tanınmış Amerika cinayət romanları yazıçılarından biri. O, əsasən cinayət və dedektiv janrında yazdığı kitablarla məşhurdur.[5] Əsərləri dünya üzrə milyonlarla nüsxə satılıb və bir çox dillərə tərcümə edilib. Konnellinin yaratdığı obrazlar, xüsusilə Herri Boş (ing. Harry Bosch) və Miki Holler, həm oxucuların, həm də ekran istehsalçılarının diqqətini çəkmişdir.[6]
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Maykl Konnelli 21 iyul 1956-cı ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olmuşdur. Uşaq yaşlarından filmlərə və kitablara maraq göstərib. Xüsusilə Reymond Çandlerin detektiv romanları onu yazarlıq istiqamətində ruhlandırıb. Florida Universitetində jurnalistika və yaradıcı yazıçılıq üzrə təhsil almışdır.[7] Universitetdə təhsil alarkən cinayət mövzusunda filmlərə və kitablara xüsusi maraq göstərmişdir. Təhsilini bitirdikdən sonra Maykl Konnelli jurnalist kimi işləməyə başlayıb. İlk illərində Floridada kiçik qəzetlərdə kriminal xəbərlər yazıb.[8] Bu işlər ona cinayət dünyası və hüquq-mühafizə sistemini yaxından öyrənmək imkanı verib. Daha sonra Los Angeles Times qəzetində cinayət müxbiri kimi çalışıb. Los-Ancelesdəki işi, sonralar onun romanlarında quraşdırdığı şəhər atmosferini daha real təsvir etməsinə kömək edib.[9]
Ədəbiyyata ilk addımları
[redaktə | mənbəni redaktə et]İlk romanı, "The Black Echo" (Qara Rezonans), 1992-ci ildə çap olunub. Bu kitab Herri Boş seriyasının başlanğıcı olmuşdur və ədəbiyyatda Edqar Allan Po mükafatına layiq görülmüşdür.[10] Daha sonra Herri Boş seriyasını davam etdirən kitablar yazmağa başladı. Boş obrazı, Los-Anceles Polis Departamentində (LAPD) işləyən,[11] mürəkkəb xarakterə malik olan və hüquqla bağlı çətin sualları sorğulayan bir detektivdir. Bu seriya çox məşhur olmuşdur və Amazon tərəfindən uğurlu bir seriala çevrilmişdir: "Bosch". Maykl Konnelli təkcə Herri Boş obrazı ilə tanınmır.[12] O, 2005-ci ildə "The Lincoln Lawyer" (Linkoln vəkili) kitabında vəkil Miki Holler obrazını təqdim etdi. Miki Holler, Los-Ancelesdə vəkillik edən, öz avtomobilində işləyən bir vəkildir. Bu kitabın əsasında eyni adlı film çəkilmişdir (baş rolda Metyu Makkonaxi).[13]
Üslubu
[redaktə | mənbəni redaktə et]Konnellinin yazılarında əsas diqqət cinayətlərin detallı təsviri,[14] hüquq sisteminin mürəkkəbliyi və insan təbiətinin araşdırılmasına yönəlib. O, reallığa mümkün qədər yaxınlaşmağa çalışır və jurnalistika təcrübəsi ona bunu uğurla etməyə imkan yaradır. Los-Anceles şəhəri onun əsərlərində mühüm rol oynayır və demək olar ki, ayrı bir personaj kimi təsvir olunur.[15]
Əsas əsərləri
[redaktə | mənbəni redaktə et]Herri Boş Seriyası | Miki Holler Seriyası | Stand-Alone Romanları |
---|---|---|
The Black Echo (1992) | The Lincoln Lawyer (2005) | The Poet (1996) |
The Concrete Blonde (1994) | The Brass Verdict (2008) | Blood Work (1998) |
Angels Flight (1999) | The Reversal (2010) | |
The Night Fire (2019) |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ 1 2 Babelio (fr.). 2007.
- ↑ "Official website". Michaelconnelly.com. 1956-07-21. 2011-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
- ↑ "Michael Connelly". Famousauthors.org.
- ↑ "High Tower Court: What it's Like to Live in the Famous Hollywood Landmark from the Long Goodbye". 21 July 2011.
- ↑ "Barnes and Nobles: Michael Connelly". Barnesandnoble.com. 2012-02-24. March 14, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
- ↑ "Michael Connelly". Notable Biographies. İstifadə tarixi: 2012-03-08.
- ↑ "Michael Connelly: King of crime brings City of Angels to life". 28 November 2020.
- ↑ Connelly, Michael. Crime Beat. Little, Brown and Company. May 2006. səh. copyright. ISBN 978-0-316-15377-5.
Originally published as Crime Beat: Selected Journalism 1984—1992 in hardcover by Steven C. Vascik Publications, 2004
- ↑ "For author Michael Connelly, crime pays". St. Petersburg Times. October 25, 2007.
- ↑ "Final Deadline: Interview for The Scarecrow". Bookpage.com. June 2009. İstifadə tarixi: 2016-03-05.
- ↑ "January magazine profile". Januarymagazine.com. İstifadə tarixi: 2012-03-08.
- ↑ "Michael Connelly; The Gold Standard: How the movies - past and present - changed our lives". Variety. January 4, 2007.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Michael Connelly's Official Web Site
- "Newspaper Noir", The Washington Post, June 22, 2009.
- Connelly Interview by identitytheory.com
- Interview on The Next Track podcast about music in the Harry Bosch novels
- Maykl Konnelli — IMDb səhifəsi
- Interview with Michael Connelly, Speaking of Mysteries TV Series (2001)