Maykl Bond
Maykl Bond(ing. Sir Michael Bond, 13 yanvar 1926 – 27 iyun 2017)—ingilis yazıçısı, ssenaristi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Maykl Bond 13 yanvar 1926-cı ildə Böyük Britaniyanın cənub-şərqində, Nyuberidə, Berkşir qəsəbəsində anadan olmuşdur. "Ayı balası Paddinqton" haqqında məşhur kitablar seriyasının müəllifidir.
M. Bond 1945-ci ildə yazıçılığa başlayır. 1958-ci ildə artıq bir çox pyeslərin və hekayələrin müəllifi olan yazıçı, Paddinqton haqqında ilk hekayəsini nəşr etdirir. BBC-də çalışan M. Bond 1965-ci ildə artıq bu balaca ayı haqqında hekayələr seriyasını dərc etdirir. Bundan sonra radiodan işdən çıxan yazıçı özünü bütünlüklə yaradıcılığa həsr edir. Yazıçı 1997-ci ildə Britaniya imperiyası ordeni ilə təltif edilmişdir. Hal-hazırda Londonda yaşayır. 2007-ci ildə Redinq universitetinin ədəbiyyat üzrə doktoru seçilmişdir.
Başqa əsərləri
[redaktə | mənbəni redaktə et]- 1966 — Here Comes Thursday
- 1968 — Thursday Rides Again
- 1969 — Thursday Ahoy!
- 1971 — Thursday in Paris
- 1971 — Michael Bond's Book of Bears (Editor)
- 1972 — The Day the Animals Went on Strike
- 1975 — Windmill
- 1975 — How to Make Flying Things (nonfiction)
- 1975 — Mr. Cram's Magic Bubbles
- 1980 — Picnic on the River
- 1980 — J. D. Polson and the Liberty Head Dime
- 1981 — J. D. Polson and the Dillogate Affair
- 1983 — The Caravan Puppets
- 1986 — (With Paul Parnes) Oliver the Greedy Elephant
- 1987 — (And photographer) The Pleasures of Paris (guidebook)
- 1988 — A Mouse Called Thursday (omnibus)
- 1992 — A Day by the Sea
- 1992 — Something Nasty in the Kitchen
- 1996 — Bears and Forebears: A Life So Far (autobiography)