Maykl Adams

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maykl Adams
ing. Michael Adams
Ölkə
Doğum adı Maykl Adams
Doğum tarixi (52 yaş)
Doğum yeri

İngiltərə
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Titulu Qrosmeyster
Son reytinqi
  • 2.672 (iyun 2024)[1]
Maksimal reytinqi 2761 (sentyabr 2003)
FİDE nömrəsi 400041
michaeladamschess.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Adams (ing. Micheal Adams) (1971-ci il 17 noyabrda doğulub) Britaniyali qrosmeysterdir (1989). Onun ən yaxşı göstəricisi 20002002-ci illərdə müxtəlif vaxtlarda dünya reytinqində 4-cü yerə qədər yüksəlməsi olmuşdur. ən yüksək Elo reytinq xalı 2761-dir. O, Dünya Şahmat Çempionatı yarışlarında yaxşı nəticələr əldə etmişdir. Belə ki, 1997, 19992000-ci illərdə yarım-finala qədər yüksəlmiş, 2004-cü ildə FİDE Çempionatinda finala qədər yüksələrək yekunda Rüstəm Qasımcanova tay-breyk oyunlarında məğlub olmuşdur.

Kariyerasinin Başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Adams 17 noyabr 1971-ci ilde Truro,Cornvoll, Birləşmiş Krallıqda dünyaya gəlmişdir. 1980-ci ilə qədər artıq onun istedadı Britaniya Şahmat Federasiyası tərəfindən kəşf olunmuşdu və o, yerli şahmat çempionatının qalibi olan Maykl Prettejohn ilə yanaşı, keçmiş Avropa Gənclər Şahmat çempionu olan Shaun Taulbutdan yüksək səviyyəli dərslər almışdır. 1981-ci ildə 9 yaşlı Adams həmyaşıdları arasında keçirilən çempionata qatılır və qalib gəlir. Həmin ildə o, 13 yaşa, 15 yaşa və 18 yaşa qədər olanlar arasında keçirilmiş çempionatların da qalibi olur. Son 2 yarışma üst-üstə düşdüyündən o, bir-birindən 30 metr aralı olan iki müxtəlif otaqlarda keçirilən hər iki oyunda eyni vaxtda oynamaq məcburiyyətində qalır. 1987-ci ildə o, İnnsbruck’da 16 yaşa qədər olan uşaqlar arasında keçirilən Dünya Çempionatinda İslandiya oyunçusu Hannes Stefanssondan geri qalaraq gümüş medal qazandı. Həmin ildən sonra, 15 yaşında, o, dünyanın ən gənc Beynəlxalq Ustad şahmatçısı seçildi (İnternational Master=İM). Atası Bil Adams ilə birlikdə özünün erkən şahmatçı karyerasindan bəhs edən “Şahmatçının İnkişafı” (1991) və “Sürət Cığırında Şahmat” kitablarını yazaraq dərc etmişdir.

Adamsın ilkin cəhdləri artıq 1987-ci ildə Britaniya çempinatında öz bəhrəsini verdi və o, ən yaxşı gənc mükafatını alaraq özünün yekun Beynəlxalq Ustad dərəcəsini qazandı. 17 yaşlı bu gənc 1989-cu ildə çempion adını qazanmaqda davam edirdi. Nadir hallarda görünməsinə baxmayaraq, 1997-ci ildə yenidən qalib gəlir. Uzun sürən fasilədən sonra 2010-cu ildə Canterbury’də və 2011-ci ildə Sheffield’də qələbələrini sıralayır. Adams həmçinin 1995, 1996 və 1999-cu illərdə Britaniya Sürətli Şahmat Çempionatında qalib gəlmişdir.

Dünya Çempionatına Namizəd

[redaktə | mənbəni redaktə et]

Adams bir çox Dünya Şahmat Çempionatı yarışlarında iştirak etmişdir. 1993-cü ildə o, 1995-ci ildə keçirələcək PCA Dünya Şahmat Çempionatına vəsiqə uğrunda keçirilən Groningen İnterzonal yarışında Vişvanatan Anand ilə birinciliyi əldə edir. Bu uğur onu Dünya Şahmat Namizədlər Turniri oyunlarına qatılmağa imkan verir və o, yalnız yarı-finalda Ananda məğlub olur. O həmçinin FİDE Dünya Şahmat Çempionatı 1996-da iştirak hüququ qazanaraq oyunlarında ilk raundunda Boris Gelfand-a məğlub olmuşdur. 1997-ci ildə o, möhtəşəm FİDE Dünya Çempionatında iştirak edir və qalıb olacağı təqdirdə son çempion Anatoli Karpov ilə qarşılaşacaqdır. Bu yarışa dünyanın ən yaxşı oyunçuları qatılmışdı və Adams Vişvanatan Anand ilə final oyununa qədər Tamaz Giorgadze, Sergei Tiviakov, Pyotr Svidler, Loek van Wely və Nigel Short kimi oyunçuları məğlub etmişdi. Anand ilə normal vaxt altında keçən 4 oyun heç-heçə ilə bitir və əvvəlki sürətli oyunda qazandığı qələbə sayəsinde Anand Adamsı məğlub etmiş sayıldı. 1999 FİDE Dünya Çempionatında da Adams Vladimir Akopiyan ilə yarım-finalda oynayaraq yekunda məğlub olur. 2000-ci ildə yeniden yarı-finala qədər yüksəlir və ən son qalib Anand ilə görüşdə məğlub olur. 2002-ci ildə isə eyni adlı turnirdə 1/16 –də Pyotr Svidlerə məğlub olur. Adams FİDE çempionu adına 2004-cü ildə ən yaxın olmuşdur, lakin burada finalda Rüstəm Qasımcanova məğlub olmuşdur.

AB çempionluği, Liverpul, 2008.

Digər Nəticələr

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin avqustunda o, 6 qələbə və 5 heç-heçə ilə 19-cu əsrin əfsanəvi İngilis şahmatçısı Hovard Stauntonun xatireəsine həsr olunmuş Howard Staunton Memorial turnirinde qalib gələrək 1000 funt sterlinqin sahibi olur. Bu turnirdən əvvəl isə Adams 4 Avqust tarixində uzun müddətdir sevgili olduğu aktrisa Tara MacGovran ilə ailə həyatı qurur. 2007-ci ilin sentyabrında Adams Birləşmiş KrallıqÇinarasında Liverpulda baş tutan oyunda keçmiş Dünya Çempionu adına namizəd GM Nigel Short ilə birlikdə Britaniya komandasında Çinə qarşı mübarizədə yer almışdı. Bu oyunda Britaniya yığması Çin üzərində 20-28 hesabı ilə məğlub oldu. Qeyd edək ki, Çin yığması Rusiya yığmasını Britaniya komandası ilə oyundan bir neçə həftə əvvəl məğlubiyyətə uğratmışdı. Adams 2008-ci il 4-13 apreldə Merida, İspaniyada təşkil olunan Ruy Lopez Masters turnirində 5½/7 nəticəsi göstərməklə Zhang Pengxiang-i yarım xal qabaqlayaraq qalib olur. Adams 2008-ci ilin Avqustunda ardı-arda qələbələrini sıraladı. Bunlar arasında 4-cü dəfə Liverpulda keçirilən Aİ Fərdi Şahmat Çempionatında 2-ci yeri tutmağı daxildir. 2010-cu ildə keçirilən Gibraltar şahmat turnirine uğurlu başlanğıcdan sonra, o, 2010-cu ildə Canterburyde keçirilən Britaniya Şahmat Çempionatında məğlubedilməz xal ilə (9.5/11)qalib gəlir və Çikaqo Open-də 2-ci yeri paylaşır. 2011-ci ildə növbəti uğurları olan Filadelfiya Dünya Çempionatında və Şeffildə keçirilən Britaniya Çempionatında 1-ci yeri qazanır. 2012-ci ildə o, Bunratty İnternationalda Nigel Short ilə birinciliyi paylaşır və ardınca London Chess Classic-də Hikaru Nakamura ilə bərabər üçüncülüyü paylaşmışdı (Vişvanatan AnandLevon Aronyandan irəlidə olmuşdu).

2013-cü ildə 20 Aprel və 1 May tarixi arasında keçirilmiş "Alyoxinin xatirə turniri"ni 4-cü olaraq bitirir. Həmin ilin iyul-avqust aylarında Adams 2925 retinq xalı ilə karyerasının ən yaxşı nəticəsini Dortmund Sparkassen Şahmat Görüşündə göstərmişdi. O, turniri 5 qələbə və 4 heç-heçə ilə bitirərək ortalama reytinq xali 2705 olan 9 qrosmeysteri Fabiano Kariana (2796) və Vladimir Kramnik (2784) qabaqlamışdı. Adams 7-12 oktyabr tarixlərində Bilbao-da 6-ci dəfə 4 oyunçu, Levon Aronyan, Maksim Vaşer-LaqravŞəhriyar Məmmədyarov ile keçirilən 2 qat raund turniri olan Grand Slam Chess Masters turnirində Aronyandan sonra 9 xalla 2-ci yeri tutur.

Şəxsi Həyatı

[redaktə | mənbəni redaktə et]

Adams aktrisa Tara MacGovran ilə Taunton, Somerset-də yaşayır.

  1. FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.