Matteuccia struthiopteris
Matteuccia struthiopteris | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Matteuccia struthiopteris |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Matteuccia struthiopteris (lat. Matteuccia struthiopteris) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin onocleaceae fəsiləsinin matteuccia cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 40-130 sm olan, yeraltı zoğları yaxşı inkişaf etmiş iri bitkidir. Artıb törəyən yarpaqları artmayanlardan qısadır, novşəkilli qalın saplaqlıdır, lələkvari, xətvari sıx seqmentlidir,qonurdur. Artmayan yarpaqları yaşıldır, ayası enli, ikiqat-lələkvari-bölünmüşdür; birinci sıranın seqmentləri xətvari-neştərvaridir, sivriləşmişdir, ikinci sıranın seqmentləri oturaqdır, tamkənarlıdır, çəpinə əyilmişdir və 30 cütə yaxındır. Saplağı şırımlı-qanadlıdır. Sorusları dəyirmidir. Çoxillikdir. Avqust-sentyabr aylarında sporlayır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]BQ qərb, BQ şərq, Lənk. oval. Ovalıqdan, yüksək dağ qurşağına qədər.
Yaşayış mühüti
[redaktə | mənbəni redaktə et]Rütubətli qaranlıq meşələrdə rasr gəlinir.
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Kökümsovları xalq təbabətində qurdqovucu vasitə kimi istifadə olunur.