Masamune-kun's Revenge

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Masamune-kun's Revenge
Birinci cildin üzlüyü. Personaj: Aki Adaqaki.
政宗くんのリベンジ
(Masamune-kun no Ribenji)
azərb. Masamunenin qisası
Janr romantik komediya[1]
Manqa
YazıçıHazuki Takeoka
RəssamTiv
NəşriyyatIchijinsha
Tərcüməçi nəşriyyat
Seven Seas Entertainment
JurnalComic Rex
Demoqrafiyaşonen
Nəşr tarixi27 oktyabr 2012 – 27 iyun 2018
Cildlər9 (cild siyahısı)
Manqa
ManqakaHazuki Takeoka
RəssamTiv
NəşriyyatIchijinsha
Demoqrafiyakişilər
Nəşr tarixi20 dekabr 2013
Cildlər1 (cild siyahısı)
Anime
RejissorMiray Minato
ProdüsserŞinobu Yoşinuma
Takaşi Okada
Hiroyuki Sayta
Mika Şimizu
Yohey Kisara
Şunsuke Matsumura
Fukuda Cun
Şioya Yoşiyuki
İto Yukihiro
SsenaristMiçiko Yokote
Kento Şimoyama
StudiyaSilver Link
Digər lisenziyalar
KanalTokyo MX, KBS, SUN, AT-X, BS Fuji, Sun TV, KBS Kyoto
Buraxılış tarixi5 yanvar 201723 mart 2017
Seriyalar12 1 OVA (seriya siyahısı)
Manqa
Masamune-kun no Revenge after school
YazıçıHazuki Takeoka
RəssamTiv
NəşriyyatIchijinsha
JurnalComic Rex
Demoqrafiyaşonen
Nəşr tarixi27 sentyabr 2018 – planlaşdırılır
  Anime və manqa portalı

Masamune-kun's Revenge və ya Yaponiyada tanınan adı ilə Masamune-kun no Revenge (政宗くんのリベンジ, Masamune-kun no Ribenji?, azərb. Masamunenin qisası‎) — Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən yazılmış manqa seriyası. 2012-ci ildən 2018-ci ilə kimi Monthly Comic Rex jurnalında nəşr olunmuş və 9 cildi buraxılmışdır. Manqa seriyası Yaponiyada Ichijinsha tərəfindən, ABŞ-də Seven Seas Entertainment tərəfindən nəşr olunur. Silver Link studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2017-ci ilin yanvarından martına kimi yayımlanmışdır.

Hadisələrin diqqət mərkəzində Masamune Makabe adlı narsist şəxsiyyətə malik yaraşıqlı oğlandır. Makabe balaca uşaq ikən çox kök olduğundan Aki Adaqaki adlı qız onu "donuz" adlandırmışdı. Babasının köməyi ilə arıqlayan Makabe böyüyəndən sonra babasının soyadını qəbul edərək şəxsiyyətini gizlədir və Akidən qisas almaq üçün planlar qurmağa başlayır.

Akinin xidmətçisi Yoşino Koyvayın köməyi ilə Makabe Aki ilə münasibət qurur və onun qəlbini sındırmaq üçün fürsət gözləyir. Lakin Aki ilə aralarında dostluq münasibətləri cücərir və Makabe məqsədlərini sorğulamaya başlayır.

Masamune Makabe (真壁 政宗, Makabe Masamune?)
Səsləndirən: Natsuki Hanae[3]
Baş qəhrəmandır və narsist şəxsiyyətə malikdir. Makabe balaca uşaq ikən çox kök idi və buna görə də Aki onu "donuz" adlandırmışdı. Daha sonra məşq edərək arıqlayan Makabe şəxsiyyətini gizlədərək Akidən qisas almağa çalışır.
Aki Adaqaki (安達垣 愛姫, Adagaki Aki?)
Səsləndirən: Ayaka Ohaşi[3]
Məktəbin populyar və varlı qızıdır. Oğlanlara qarşı amansız davranışlarına görə "Qəddar şahzadə" ləqəbi ilə tanınır. Makabenin qisas almaq istədiyi şəxsdir.
Yoşino Koyvay (小岩井 吉乃, Koiwai Yoshino?)
Səsləndirən: İnori Minase[3]
Adaqakinin xidmətçisidir və çox əfəldir. Həmişə Akinin ətrafında gəzir və onun ayaq işlərini görür. Buna görə də Makabe Yoşinonu "Sinderella" adlandırır.
Neko Fucinomiya (藤ノ宮 寧子, Fujinomiya Neko?)
Səsləndirən: Suzuko Mimori[3]
Məktəbə yeni gəlmiş şirin və gülərüz qızdır. Makabeyə qarşı xüsusi marağı var.
Tae Futaba (双葉 妙, Futaba Tae?)
Səsləndirən: Azusa Todokoro[3]
Kocuuro Şuri (朱里 小十郎, Shuri Kojūrō?)
Səsləndirən: Saori Hayami[3]
Kinue Hayase
Səsləndirən: Yui Oqura[4]
Masamunenin gənc qız kimi görünən, lakin əslində 42 yaşında olan anasıdır. Həmişə Masamunenin çox arıq olacağından narahatdır.
Çinatsu Hayase
Səsləndirən: Asuka Oqame[4]
Masamunenin kiçik bacısıdır. Qardaşını çox sevir.
Sonoka Kaneko
Səsləndirən: Mariya İse[4]
Akinin fanatlarından biridir.
Kikune Kiba
Səsləndirən: Kanae İto[4]
Akinin fanatlarından biridir.
Mari Mizuno
Səsləndirən: Satomi Sato[4]
Akinin fanatlarından biridir.

Yazıçı Hazuki Takeoka və koreyalı qadın rəssam Tiv tərəfindən hazırlanan manqa Ichijinsha nəşriyyatının "Comic Rex" jurnalının 27 oktyabr 2012-ci ildə çıxan 2012-ci il dekabr sayında serializasiya olunmağa başlamışdır.[1][5] 27 iyun 2018-ci ildə manqanın sonuncu fəsli nəşr olunmuşdur.[6] Ümumilikdə 9 cildi buraxılmışdır. Seven Seas Entertainment 4 sentyabr 2015-ci ildə manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.[1][7]

Takeoka və Tiv "Monthly Comic Rex" jurnalında 27 sentyabr 2018-ci ildən spin-off manqasını nəşr etdirəcəklər. "Masamune-kun no Revenge after school" adlı manqa personajların məktəbdən sonrakı həyatlarından bəhs edəcək.[8]

Cild siyahısı

[redaktə | mənbəni redaktə et]
Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 27 aprel 2013[9]ISBN 978-4-7580-6372-214 iyun 2016[10]ISBN 978-1-626922-2-59
2 27 iyul 2013[11]ISBN 978-4-7580-6403-313 sentyabr 2016[10]ISBN 978-1-626923-28-7
3 27 mart 2014[12]ISBN 978-4-7580-6432-36 dekabr 2016[10]ISBN 978-1-626923-66-9
4 27 sentyabr 2014[13]ISBN 978-4-7580-6471-27 mart 2017[10]ISBN 978-1-626924-38-3
5 27 aprel 2015[14]ISBN 978-4-7580-6497-213 iyul 2017[10]ISBN 978-1-626924-93-2
6 27 noyabr 2015[15]ISBN 978-4-7580-6552-83 oktyabr 2017[10]ISBN 978-1-626925-61-8
7 27 iyun 2016[16]ISBN 978-4-7580-6590-023 yanvar 2018[17]ISBN 978-1-626926-73-8
8 27 yanvar 2017[18]ISBN 978-4-7580-6641-9
9

Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən ranobe adaptasiyası hazırlanmışdır. Ichijinsha tərəfindən 20 dekabr 2013-cü ildə bir cildi buraxılmışdır.[19]

Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 20 dekabr 2013[19]ISBN 978-4-7580-4509-414 iyun 2016[20]ISBN 978-1-62-692225-9

23 iyun 2016-cı ildə Ichijinsha nəşriyyatı manqa əsasında anime serialının çəkiləcəyini anons etmişdir.[21][22] Anime serialı Silver Link studiyası tərəfindən çəkilmişdir. Rejissoru Miray Minato, ssenaristləri Miçiko Yokote və Kento Şimoyama, personaj dizayneri Yuki Savayri, səs rejissoru Toşiki Kameyamadır. 5 yanvar 2017-ci ildən 23 mart 2017-ci ilə kimi Tokyo MX, KBS, SUN, AT-X və BS Fuji kanalları vasitəsilə yayımlanmışdır.[3] Animenin hər seriyasından sonra "Honmono no Ojō-sama wa Dare da?! Ojō-sama Kakuzuke Check" adlı veriliş yayımlanmışdır[4] 27 iyul 2018-ci ildə buraxılmış OVA seriyası[23] manqadan sonrakı hekayədən bəhs edir.[6]

Açılış mahnısı Ayaka Ohaşi tərəfindən ifa olunan "Wagamama Mirror Heart" (ワガママMIRROR HEART?, "Özünübəyənən Güzgü Ürəyi"), bağlanış mahnısı ChouCho tərəfindən ifa olunan "Elemental World" mahnısıdır.[4] Funimation animeni Şimali Amerikada lisenziyalaşdırılmışdır.[24]

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Azərbaycanca adı
Yaponca adı
Yayım tarixi
1 "Donuz ayağı adlı oğlan"
"Tonsoku to yoba reta otoko" (豚足と呼ばれた男) 
5 yanvar 2017
2 "Sinderella gülümsəmir"
"Shinderera wa warawanai" (シンデレラは笑わない) 
12 yanvar 2017
3 "Yoşinonun sehr şousu"
"Yoshino no majikkushō" (吉乃のマジックショー) 
19 yanvar 2017
4 "Müəyyən və mövcud təhlükə"
"Ima soko ni aru kiki" (今そこにある危機) 
26 yanvar 2017
5 "Sirli pişik"
"Misuteriasu kyatto" (ミステリアス・キャット) 
2 fevral 2017
6 "Hücum! Ev ziyarətləri döyüşü"
"Totsugeki! Otaku hōmon-sen" (突撃!お宅訪問戦) 
9 fevral 2017
7 "Tsunade adası insidenti"
"Tsunade-jima jiken" (綱手島事件) 
16 fevral 2017
8 "Sən deyilsən"
"Kimi janai nda" (君じゃないんだ) 
23 fevral 2017
9 "Bu, sevgi və şəvqət adlanırdı"
"Ai tomo koi tomo iukeredo" (愛とも恋ともいうけれど) 
2 mart 2017
10 "Şübhələrlə dolu yeni məktəb termini"
"Giwaku no shin gakki" (疑惑の新学期) 
9 mart 2017
11 "Yasaka festivalının Ağ bənizi"
"Yasaka sai no shirayukihime" (八坂祭の白雪姫) 
16 mart 2017
12 "Ölsən belə, mikrofonu əldən vermə"
"Shindemo maiku o tebanasu na" (死んでもマイクを手放すな) 
23 mart 2017
OVA "Ancaq bizim anamız üçün"  27 iyul 2018

Birinci cildi qiymətləndirən tənqidçi Rebekka Silverman (Anime News Network) cildə B reytinqi vermiş və qisas komediyası ilə romantikanın kombinasiyasının "hələ də işlədiyini" qeyd etmişdir. Rebekka Yoşinonun ən maraqlı personaj olduğunu düşünmüş, lakin Masamunedən, xüsusilə onun "düşdüyü hər vəziyyətdən çıxmaq üçün düzgün bir şey fikirləşməli olmasından" zövq aldığını bildirmişdir. O, Akini "tamamilə iyrənc" adlandırmışdır. Rebekka sənətin diqqət çəkən olduğunu, lakin qadın rəsmlərinin anatomik cəhətdən düzgün olmadığını yazmışdır.[25]

  1. 1 2 3 "Seven Seas Adds Masamune-kun's Revenge Manga". Anime News Network. September 4, 2015. October 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2016.
  2. "Crunchyroll Announces Winter 2017 Anime Lineup". Crunchyroll. January 20, 2017. 2017-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
  3. 1 2 3 4 5 6 7 "Masamune-kun's Revenge Anime's Main Cast, Song Artists, January 5 Premiere Revealed". ANN (ingiliscə). 23 oktyabr 2016. 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2016.
  4. 1 2 3 4 5 6 7 "Masamune-kun's Revenge Anime Casts Yui Ogura, Asuka Ōgame". Anime News Network (ingiliscə). 21 noyabr 2016. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2016. (#apostrophe_markup)
  5. "TivのREX新連載、イケメンに生まれ変わり復讐する男を描く" [Tiv's New Series in Rex Depicts a Man who has Been Reborn Handsome to Take Revenge]. Natalie. October 28, 2012. June 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2016.
  6. 1 2 Pineda, Rafael Antonio. "Masamune-kun's Revenge Manga Ends in 3 Chapters". Anime News Network. 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2018.
  7. Green, Scott. "Seven Seas Goes Licenses "I Was Abducted by an Elite All-Girls School as a Sample Commoner" and More Manga". Crunchyroll. September 4, 2015. April 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2016.
  8. Hodgkins, Crystalyn. "Masamune-kun's Revenge Manga Gets New Spinoff Series in September". Anime News Network. August 27, 2018. April 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2018.
  9. "政宗くんのリベンジ(1)" [Masamune-kun's Revenge (1)]. Ichijinsha (Japanese). 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  10. 1 2 3 4 5 6 "Masamune-kun's Revenge". Seven Seas Entertainment. 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  11. "政宗くんのリベンジ(2)" [Masamune-kun's Revenge (2)]. Ichijinsha (Japanese). 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  12. "政宗くんのリベンジ(3)" [Masamune-kun's Revenge (3)]. Ichijinsha (Japanese). 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  13. "政宗くんのリベンジ(4)" [Masamune-kun's Revenge (4)]. Ichijinsha (Japanese). 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  14. "政宗くんのリベンジ (5)" [Masamune-kun's Revenge (5)]. Ichijinsha (Japanese). 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  15. "政宗くんのリベンジ (6)" [Masamune-kun's Revenge (6)]. Ichijinsha (Japanese). 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  16. "政宗くんのリベンジ (7)" [Masamune-kun's Revenge (7)]. Ichijinsha (Japanese). 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust, 2016.
  17. "Masamune-kun's Revenge Vol. 7". Seven Seas. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
  18. "完全版 政宗くんのリベンジ NOVEL (REXコミックス)". Amazon.com. 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
  19. 1 2 "政宗くんのリベンジ" (Japanese). Ichijinsha. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2016.
  20. "Masamune-kun's Revenge Vol. 1". Seven Seas. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
  21. "Masamune-kun's Revenge Manga Gets TV Anime Adaptation". Anime News Network. June 23, 2016. 2016-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2016.
  22. Luster, Joseph. ""Masamune-kun's Revenge" Anime Announced Along with Teaser Visual". Crunchyroll. June 23, 2016. June 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2016.
  23. ""Masamune-kun's Revenge" Anime Gets New OVA - Anime Herald". Anime Herald (ingilis). 2018-02-24. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-18.
  24. "Crunchyroll, Funimation to Stream Saga of Tanya the Evil, Miss Kobayashi's Dragon Maid, Hand Shakers, More". Anime News Network. January 3, 2016. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
  25. Silverman, Rebecca. "Masamune-kun's Revenge GN 1". Anime News Network. June 12, 2016. June 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]