Mariya Fyodorovna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mariya Fyodorovna
13 mart 1881 – 1 noyabr 1894
Şəxsi məlumatlar
Doğum adı Marie Sophie Frederikke Dagmar
Doğum tarixi 26 noyabr 1847(1847-11-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1928(1928-10-13)[2][3] (80 yaşında)
Dəfn yeri
Fəaliyyəti consort[d], əsilzadə, rəssam, tibb bacısı
Atası IX Kristian (Danimarka kralı)[1]
Həyat yoldaşı
Uşaqları
Dini şərqi ortodoks xristianlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Fyodorovna (rus. Мария Фёдоровна; 26 noyabr 1847[1][2][…], Kopenhagen[6]13 oktyabr 1928[2][3]) — Rusiya imperatoru III Aleksandrın həyat yoldaşı, imperator II Nikolayın anası, imperatriça.

Danimarka şahzadəsi Daqmara

Mariya Sofiya Frederika Daqmar (Daqmara) 14 oktyabr 1847-ci ildə Qlyuksburq şahzadəsi Kristian (sonradan Danimarka kralı IX Kristian) və Luiza Karolina Hessen-Kasselin dördüncü övladı olaraq dünayaya gəlir. İlk olaraq Daqmara çar II Aleksandrın böyük oğlu Nikolay Aleksandroviçlə nişanlansada bu izdivac baş tutmur. Belə ki, Romanovlar taxt-tacının vəliəhdi 1865-ci ildə 21 yaşında İtaliya səfərində vərəm xəstəliyindən vəfat edir. Qəfil ölüm sülalə üzvlərini sarsıldır. Bu zamanlarda Daqmara və çarın ikinci oğlu Aleksandr arasında yaxınlaşma olur. Aleksandr xatirələrində bu haqda yazır:

" Mən onunla bir neçə dəfə danışmaq istəsəm də, ancaq qərar verə bilmirdim. Halbuki bir neçə dəfə ikilikdə qalmışdıq. Biz fotoalboma baxan zaman, mənim fikrim şəkillərdə yox, ancaq ona necə istəyimi açmaqda idi. Nəhayət mən qərar verib sözümü bitirməmiş Minni (Daqmara) boynuma atılaraq ağlamağa başladı. Əlbəttə, mən də göz yaşlarımı saxlaya bilmədim. Mən ona dedim ki, əziz "Niks"(Nikolay Aleksandroviç) bizim üçün dualar edir və bu dəqiələrdə bizimlə birlikdə sevinir. Göz yaşları məndən elə axırdı. Mən ondan soruşdum ki, əziz Niksdən başqa birdə kimisə sevə bilərmi? Cavab verdiki, onun qardaşından başqa heç kimi və biz qucaqlaşdıq. Çoxlu danışdıq, "Niksi", onun Nitsadakı son günlərini, ölümünü xatırladıq. Daha sonra kraliça, kral və qardaşlar gəldi. Hamısı bizi qucaqladı və təbrik etdilər. Hamının gözləri yaşarmışdı. "
İmperatriça Mariya Fyodorovna
III Aleksandr, Mariya Fyodorovna və uşaqları

17 iyun 1866-cı ildə yeni cütlük Kopenhagendə nişanlanır. Həmin ilin 12 oktyabrında Qış sarayının kafedral kilsəsində provaslavlığı qəbul edən Daqmara növbəti gün Mariya Fyodorovna adını qəbul edir. 28 oktyabrda Aleksandr və Mariya Qış sarayının Böyük kilsəsində evlənirlər. Bu evlilikdən 6 övlad dünyaya gəlir.

1881-ci ildə II Aleksandrın ölümündən sonra ikinci oğlu III Aleksandr adı ilə taxta çıxır. Beləliklə Mariya Ümumirusiya imperatriçası titulunu sahib olur.

Mariya Fyodorovna incəsənətə himayədarlıq edir, uşaq evlərinin, tədris müəssisələrinin yaradılmasına səy göstərirdi.

1894-cü ildə III Aleksandr vəfat edir. Hakimiyyətə isə böyük oğlu Nikolay gəlir.

Birinci dünya müharibəsinin gedişində oğlu Nikolayın rus ordusunun ali baş komandanı vəzifəsinə gəlməsinə mane ola bilmir və 1916-cı ildə Petroqradı tərk edərək Kiyevə köçür.

1917-ci il Fevral inqilabı nəticəsində II Nikolayın hakimiyyətdən imtina etməsini elə bu şəhərdə bilir. İmperiyanın süqutundan sonra o 1919-cu ildə ailə üzvləri ilə birgə Krıma gedir. Buradan da İngiltərəyə və daha sonra Danimarkaya gəlir.

Mariya Fyodorovna Böyük Britaniyaya gedən "Malboro" gəmisində

Həyatının qalan hissəsini burada keçirən Mariya Fyodorovna 1928-ci il 13 oktyabrda vəfat edir və yandırılır. İmperatriçanın külü uzun müddət Roskill şəhərindəki Kafedral kilsəsində saxlanılır. Yalnız 2006-cı ildə ikitərəfli danışıqlardan sonra kül olan tabut Danimarka kraliçası II Marqaret, krallıq ailəsi, hökumət nümayəndələri, rus kilsəsinin üzvləri və imperatriçanın nəslindən olan yaxınlarının iştirak etdiyi mərasimdən sinra Sankt-Peterburqdakı Pyotr və Pavel kafedralına gətirilir.[7] Burda da şəhər meri Valentina Matvienko, Danimarka şahzadəsi Fridrix, hər iki ölkənin rəsmiləri, arxiyepiskop Konstantin, Romanovlar sülaləsinin üzvləri və başqalarının iştirakı ilə Mariya Fyodorovnanın xatirəsi anılır. İmperatriça vəsiyyətinə uyğun olaraq həyat yoldaşı II Aleksandrın yanında dəfn edilir.

  • Finlandiyanın Ekenes şəhərində 1887-ci ildə qurulmuş abidə.
  • Ust-Sarapulka kəndində qurulmuş 4,6 metrlik obelisk.[8]
  • Liqovada (Sankt-Peterburq) 24 iyun 1901-ci ildə qurulmuş obelisk.[8]
  • 5 sentyabr 1911-ci ildə İqnalino dəmiryolu stansiyasında (müasir Litva) qurulmuş obelisk.[9]
  • 1997-ci ildə Kopenhagendə Aleksandr Nevski kilsəsinin önəndə qoyulmuş imperatriçanın bürünc büstü.
  • 26 sentyabr 2006-cı ildə Peterqof (Sank-Peterburq), Aleksandriya parkında qoyulmuş bürünc büst.
  • 27 sentyabr 2006-cı ildə Sank-Peterburqda, "Marşal" mehmanxanası önündə açılmış bürünc büst (Peterqof heykəlinin sürəti).
  • "Nikolay və Aleksandra" (1971)
  • "Sibir bərbəri" (1998)
  • "Stolıpin…Öyrənilməmiş dərslər" (2006)
  • "İmperiyanın ulduzu" (2007)
  • "Rasputin" (2011)
  • "Matilda" (2017)
  • İmperatriça Mariya Fyodorovnanın gündəliyi (1914–1920 və 1923-cü illər), Y. Kudrinanın elmi redaksiyası — Вагриус, 2005. — ISBN 5-98264-016-6
  • A. Boxanov, Y. Kudrina İmperator III Aleksandr və imperatriça Mariya Fyodorovna: Yazışma 1884–1894-cü illər. — 4-cü c.: Рус. слово — РС, 2011. — 352 s., Seriya "Simalarda tarix", ISBN 978-5-9932-0808-4
  1. 1 2 3 4 5 Мария Феодоровна (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIIа. С. 639.
  2. 1 2 3 4 Lundy D. R. Marie Sophie Frederikke Dagmar zu Schleswig-Holstein-Sonderburg-Glücksburg, Princess of Denmark // The Peerage (ing.).
  3. 1 2 Dagmar // Dansk Biografisk Lexikon (dan.).
  4. 1 2 Александр III (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 411–413.
  5. Николай II (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXI. С. 124–128.
  6. 1 2 Deutsche Nationalbibliothek Record #119102757 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  7. Прах императрицы Марии Фёдоровны доставлен в Санкт-Петербург, Lenta. Ru, 26.09.2006 10:57, http://lenta.ru/news/2006/09/26/maria/ Arxivləşdirilib 2021-01-27 at the Wayback Machine
  8. 1 2 1917-ci ildən sonra abidə haqqında məlumat yoxdur.
  9. 1915-ci ildən sonra abidə haqqında məlumat yoxdur.