Mariyə əl-Qibtiyyə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mariyə əl-Qibtiyyə
ərəb. مارية القبطية
Doğum tarixi bilinmir
Doğum yeri
Vəfat tarixi 16 fevral 637(0637-02-16)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti qul[d], konkubina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariyə əl-Qibtiyyə (ərəb. مارية القبطية‎; bilinmir, Bizans imperiyası16 fevral 637, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. 628-ci ildə Misir hökmdarı Mukaukis tərəfindən bacısı ilə birlikdə ona cariyə kimi təqdim edilən İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşı. İbn Hişam və İbn İshaq kimi bioqraflar Məhəmməd peyğəmbərin zövcələri siyahısında onun adı çəkilmir. Bir çox mənbələr onun yalnız cariyə olduğunu güman edir[1][2]. Mariyə Məhəmməd peyğəmbərin körpə ikən ölən oğlu İbrahimi dünyaya gətirmiş qadındır. Mariyə Məhəmməd peyğəmbərin vəfatından beş il sonra vəfat etmişdir.

Mariyənin atasının adı Şamun adlı nüfuzlu qibti xristianlarından biri idi. Anası isə Roma əsilli olmuşdur. Hicrətin 6-cı ilində (627-628) Məhəmməd peyğəmbər Yaxın Şərqin hökmdarlarına məktublar göndərir, bu məktublarda onları yeni bir inancın yaranmasından xəbərdar edir və onları özünə qoşulmağa dəvət edir. Məktubu Xətib ibn Əbu Balta Misir hökmdarı Mukaukisə çatdırır. Mukaukis məktuba cavab olaraq iki qul qadın (Mariyə və Sirin), Məbur adlı bir qul kişi, minlərlə miskal qızıl, iyirmi atlaz paltar, Daldal adlı bir qatır və Yağfur adlı eşşək də daxil olmaqla hədiyyələr göndərir. Xətib ibn Əbu Balta Mədinəyə gedərkən qullarla söhbət edir. Hər iki qadın İslamı qəbul edərək müsəlman olaraq Mədinəyə daxil olur.

Mədinəyə gələn Xətib xəbəri və hədiyyələri Məhəmməd peyğəmbərə çatdırır. Onlar şərəflə qarşılanır. Mariyə Mədinəyə yaxın ərazidə “əl-Aliya” (indiki əl-Əvali) adlanan ərazidə məskunlaşır. Mariyənin bacısı Sirin ənsar şairi kimi tanınan Həssən ibn Sabitlə evlənmişdir. Sirin və Həsən xoşbəxt həyat sürmüş və atasının şairlik yolunu davam etdirən Əbdürrəhman ibn Həsən adlı bir oğulları olmuşdur.

Mariyə əl-Qibtiyyə 637-ci ildə ağır xəstəlikdən dünyasını dəyişir. Xəlifə Ömər ibn Xəttab və Mədinə sakinləri onun cənazə namazını qılmışdır. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir.

Hicrətin 8-ci ilində (630-ci ilin oktyabrı) Mariyə əl-Qibtiyyədən dünyaya gələn Məhəmmədin oğlunun adını İbrahim qoymuşlar. İbrahimin hansı yaşda vəfat etdiyi müzakirə mövzusu olsa da, ortaq fikir onun iki yaşından əvvəl vəfat etməsidir.

  1. Exegesis (Tafsir) of Quran by ibn Kathir for Chapter 66, verses 1-5 of Quran
  2. Zaad al-Ma’aad, 1/103