32°31′44″ şm. e. 115°43′23″ ş. u.HGYO

Mandurah

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mandurah

32°31′44″ şm. e. 115°43′23″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 106,6 km²
Hündürlük
2 m
Rəqəmsal identifikatorlar
Poçt indeksi 6210
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mandurah (/ˈmændʒərə/) — Avstraliyanın Qərbi Avstraliya bölgəsinin cənubunda yerləşən sahil şəhəri.

Şəhərin adı nunqar[2] sözündən əmələ gəlir və “görüş yeri” və ya “ticarət yeri” mənasını verir.

Mandurah şəhərciyi 1831-ci ildə, Suon çayının[3] ətrafında olan Suon-River koloniyasının qurulmasından iki il sonra salınıb. 1950-1960-cı illərdə şəhərcik kiçik bir balıqçılıq kəndi kimi tanınırdı. Sonrakı illərdə Manduranın qayıqla gəzinti və balıqçılıq yeri kimi tanınması, şəhərin cənubunda kanalların inkişafı da daxil olmaqla bir çox təqaüdçünün diqqətini cəlb etdi.

2007-ci ilin dekabrında Pert-Mandurah dəmir yolu xətti açıldı.

Cəmi 10 ilə Mandurah təcrid olunmuş kiçik bir şəhərcikdən böyük bir regional şəhərə çevrildi.

Pil və Harvey körfəzlərinin suları (Avstraliyanın ən böyük suqəbuledici sistemlərindən biri) Mandurahın mərkəzini təşkil edir. Şəhər Hind okeanına axan bu şirin su sisteminin içərisində və ətrafında yerləşir. Şəhər və şəhərətrafı ərazilərdə kilometrlərlə okean sahili var, onların əksəriyyəti qumlu çimərliklərdir.

Mandurah bir sıra florafaunayla zəngin olan Yalgorap Milli Parkına[4] ən yaxın şəhərdir. Şəhərin daxili əraziləri evkalipt meşələriylə zəngindir.[5]

Mandurahın isti quraq yayı və mülayim rütubətli qışı olan tipik Aralıq dənizi iqlimi var. Şəhərin okeana yaxınlığı gündəlik temperaturu bir qədər mülayimləşdirir. Mandurahda həmçinin ildə təxminən 850 mm yağıntı olur, lakin son tendensiyalar bir vaxtlar etibarlı olan bu yağıntı miqdarının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan əlavə, qışda yağan yağışların çoxu adətən güclü küləklərfırtınalarla müşayiət olunur ki, bu da geniş dağıntılara səbəb ola bilər və Manduranı Avstraliyanın ən küləkli şəhərlərindən birinə çevirir. Bu şərtlər tornadoların əmələ gəlməsinə səbəb olur və Mandurahın iqlimi dünyada tornadoların ən yüksək sıxlıqlarından birini meydana gətirməsi ilə diqqət çəkir.[6]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Manduranın iqtisadiyyatının çox hissəsi tikinti, turizm, elmi, peşəkar və texniki xidmətlər, ticarət və daha az dərəcədə mədənçıxarma və kənd təsərrüfatına əsaslanır.

Əhalinin milli tərkibi 70% avstraliyalılar, 11.9% ingilislər, 2,2% yeni zelandiyalılar, 1.3% şotlandlar, 0.7% cənubi afrikalılar, 0.7% hollandlardır.[7] Xaricdə doğulmuş sakinlərin sayı 21,9 % təşkil edir. Şəhərdə əsas ünsiyyət dili (90,5%) ingilis dilidir. Dini tərkibinə görə: anqlikanların payı 28,4%, ateistlər - 23,7%, katoliklər - 18,5%, Birləşmiş kilsənin üzvləri - 4,2% təşkil edir.[7]

Mandurahda uşaqlı ailələrin sayı 38,2%, uşaqsız ailələrin 47,2%, ən azı bir valideyni olan ailələrin sayı 13,8% təşkil edir.

Mandurah, Halls Head adlı Suyun Yenidən İstifadəsi Layihəsi kimi tanınan suyun təkrar emalı layihəsinin mərkəzində yerləşir. Mandurahda yerləşən şirkət 2009-cu ildə suyun təmizlənməsi və təkrar emalı üzrə Qərbi Avstraliya Su Korporasiyası mükafatına layiq görülüb. Su qatı ərazidəki tullantı sularını süzmək üçün istifadə olunur, yerli parkların, bağların suvarılması üçün təhlükəsiz, keyfiyyətli su təmin edir.[8]

  1. 1 2 http://quickstats.censusdata.abs.gov.au/census_services/getproduct/census/2016/quickstat/SSC50881.
  2. "Arxivlənmiş surət". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  3. "Arxivlənmiş surət". 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  4. "Arxivlənmiş surət". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  5. "Southwestern coast of Australia | Ecoregions | WWF". Worldwildlife.org. 10 oktyabr 2001. 30 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2013.
  6. "Home". Inflowimages.com. 28 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2011.
  7. 1 2 "Arxivlənmiş surət". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  8. "Making green fields from waste water". CSIRO. 7 July 2005. 6 September 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 November 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]