39°45′42″ şm. e. 46°45′00″ ş. u.HGYO

Mamay məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mamay məscidi
Məscidin əsas fasadı 2024-cü ildə icra edilmiş bərpa işlərindən sonra
Xəritə
39°45′42″ şm. e. 46°45′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Q.Əsgərov küçəsi
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti naməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5166
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mamay məscidiXIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir.

İki mərtəbəlidir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamayı məscidi vaxtilə poeziya evi olmuşdu[1]

Şuşada tikilmiş məhəllə məscidlərinin üzərində bir, cümə məscidlərinin üzərində isə iki minarə var. Cümə məscidləri həcminə, memarlıq üslubuna, xarici və daxili divarlarına yazılan "Qurani Kərim" dən olan surə və ayələrinə görə məhəllə məscidlərindən fərqlənirlər.[2]

Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan (Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi) və ya müstəvi səpkisində işlənmiş (Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidi) həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "kataloq.gomap.az". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
  2. Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
  3. Rayihə Əmənzadə. Azərbaycan Memarlığı XV-XIX əsrin əvvəllərində. III (1000 nüs.). Bakı: Şərq-Qərb. 2013. səh. 220. ISBN 978-9952-32-020-6.1000 nüs.&rft.pub=Şərq-Qərb&rft.date=2013&rft.isbn=978-9952-32-020-6&rft.au=Rayihə Əmənzadə&rfr_id=info:sid/az.wikipedia.org:Mamay məscidi" class="Z3988">