Maks Şmelinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maks Şmelinq
Maksimilian Adolf Otto Ziqfrid Maks Şmellinq alm. Maximillian Adolph Otto Siegfried Schmeling
Ümumi məlumatlar
Ləqəbi Reynin qara ulanı (ing. Black Uhlan of the Rhine)
Boyu 185 sm
Doğum tarixi 28 sentyabr 1905(1905-09-28)[1][2][…]
Vəfat tarixi 2 fevral 2005(2005-02-02)[1][2][…] (99 yaşında)
Nəticələri
Döyüş 70
 • İlk 2 avqust 1924
 • Son 31 oktyabr 1948
Qələbə 56
Nokautla 40
Məğlubiyyət 10
Heç-heçə 4
imza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maksimilian Adolf Otto Ziqfrid Maks Şmellinq (Almanca tələffüz: [ˈʃmeːlɪŋ]; 28 sentyabr 1905[1][2][…]2 fevral 2005[1][2][…])– 1930-1932-ci illər aralığında ağır çəki üzrə boks yarışında dünya çempionu olmuş alman boksçu. Onun 1936 və 1938-ci illərdə amerikalı qaradərili boksçu Co Luislə olan qarşıdurması ümumdünya mədəni hadisələrdən birinə çevrilmişdir. 1924-cü ildə peşəkar karyerasına başlayan Şmelinq 1928-ci ildə ABŞ-a səfər etmişdir. Onun Conni Risko üzərində doqquzuncu raunddakı texniki nokautu sensasiyaya səbəb olmuşdur.

O, 1930-cu ildə rəqibi Cek Şarkinin diskvalifikasiyası nəticəsində ağırçəki üzrə olan boks yarışlarında dünya çempionu olmuşdur. Maks 1931-ci ildə Yunq Striblinqə texniki nokautla qalib gələrək tacını uğurla qoruya bilmişdir. 1932-ci ildə Şarki ilə revanş zamanı Maks 15-ci raunda verilən ziddiyyətli qərar səbəbindən məğlub olaraq dünya tacını itirmişdir.

1933-cü ildə Nyu-Yorkda yəhudi əsilli boksçu Maks Bayerlə baş tutmuş döyüşdə Maks nokauta düşmüş, oyunun hakimi görüşü məcburi olaraq 10-cu raundda saxlamalı olmuşdur. 1933-cü ildən başlayaraq Şmelinq AlmaniyadaZiqfrid” adlandırılmış və nasist propaqandası tərəfindən “Nasist marionet”inə çevrilmişdir. O, ideal ari irqi sahibinin təcəssümünə çevrilmişdir.

1936-cı ilin 19 iyununda Co Luislə qarşılaşmanın 12-ci raundda rəqibini nokauta salan Şmelinq sensasiyaya çevrilmiş qələbə qazanmışdır. Lakin 1938-ci ildə keçirilmiş revanş görüşündə isə elə ilk raunddaca Co Luis onu nokaut etmişdir.

II Dünya müharibəsi zamanı Şmellinq [[Almaniya Hava Qüvvələrində (Lüftvaffe) paraşütçü(Fallschirmjäger) kimi xidmət etmişdir. .[3] Müharibədən sonra o, boksa geri qayıtsa da, lakin 1948-ci ildən təqaüdə çıxmaq qərarına gəlmişdir.

Boksu tərk etdikdən sonra Şmelinq Koka-Kola şirkətində çalışmışdır. Şmelinq 1981-ci ilə qədər (ölümünə qədər) Co Luislə yaxın dost olmuşdur. Şmelinq 2005-ci ildə 99 yaşında dünyasını dəyişmişdir. O, Almaniyanın idman ikonuna çevrilməyi bacarmışdır. II Dünya müharibəsinin bitməsindən bir xeyli müddət sonra Şmelinqin 1938-ci ildə baş tutmuş “Kristal gecə” hadisəsində iki yəhudi uşağın həyatını xilas etməsi xəbəri ictimaiyyətə açıqlanmışdır.[4] 2003-cü ildə Şmellinq The Ring jurnalının “bütün dövrlərin 100 ən yaxşı boksçusu arasında” 55-ci mövqedə qərarlaşmışdır.[5] O, 2005-ci il 2 fevral tarixində dünyasını dəyişmişdir.

Şmelinq Pomeranian kəndində anadan olmuşdur. Onun boksla ilkin tanışlığı atasının Maksı yeniyetmə olarkən ağırçəki üzrə dünya çempionları Cek DemsiCorc Karpenter arasında olan görüşdən bəhs edən filmə baxması olmuşdur. Həmin döyüşdə Demsinin döyüşündən təsirlənən gənc Şmelinq özünün yeni qəhrəmanını imitasiya etmək qərarına gəlmişdir. O, ilk əvvəl boksa həvəskar yarışlarda başlamış və 1924-cü ildə Həvəskarlar arasında keçirilən ağır çəki üzrə respublika yarışında qalib olmuşdur. Bundan qısa müddət sonra, o, boksla peşəkar şəkildə məşğul olmağa başlamışdır. Maraqlıdır ki, Şmelinq döyüş üslubunu da Demsininin əks hücuma keçmə döyüş üslubunu mənimsəyərək inkişaf etdirmişdir. O, bu üslubdan istifadə edərək özünün ilk 23 görüşündə 17 qələbə qazanmışdır. Onlardan 13-ü nokautdur. 1925-ci ildə hələ də ağır çəki üzrə dünya çempionu olan və Avropa turuna çıxmış Demsi ilə rinqə çıxır. Demsi hələ tanınmayan Maksla iki raund döyüşür və Şmelinq tərəfindən söylənilən hadisədən sonra xeyli təsirlənir. 1927-ci ildə Maks Almaniyada canlı yayımlanan boks üzrə Avropa çempionatının Fernan Delargeni məğlub edərək Avropa çempionu olur.

O, 1927-1928-ci illərdə Heyn Domgorgenlə olan qarşıdurmasında iki dəfə titulunu qoruya bilir. Bundan sonra Maks daha böyük yarışlarda və daha çox pul qazanmaq üçün ABŞ-a yollanmaq qərarına gəlir. 1928-ci ildə Nyu Yorka ilk dəfə gələn Şmelinq Amerika döyüş dairələrinin o qədər də diqqət mərkəzində olmur. O qədər də tanınmayan alman və avropalı idmançılar üzərində rekord vurmuş bir Avropalı idmançı kimi Maksa amerikalı menecer Co Cekobsun “qarmağına” düşənə qədər özünü sübut etmək üçün bir neçə dəfə şans verilir. Şmelinqin Amerikada debutu Medison Square Gardendə baş tutur. O, bu görüşdə o qədər də yüksək reytinqə sahib olmayan Co Monteni 8-ci raundda nokaut edir. 1929-cu ilin 1 fevral tarixində Şmelinq Conni Riskonu sağ əli 4 dəfə döşəməyə uzatsa da, hakim görüşün 9-cu raundunda yarışı dayandırır. Görüşdən heyrətlənın kütlə uğultu ilə öz təşəkkürünü bildirir və döyüşdən dərhal sonra Ring jurnalı bu qələbəni “İlin döyüşü” kimi qələmə verir.

“Asta zərbə çempionu ”

[redaktə | mənbəni redaktə et]
Maks Şmelinq, 1930-cu il

O, 1929-cu ilin sounds yüksək dəyərləndirilən ispan Paulino Uzcudun ilə döyüşdən əvvəl öz çəkisində ən dayanıqlı gənc yarışçı kimi qiymətləndirilmişdir. Ağır çəki üzrə dünya çempionu Gen Tunni boksu tərk etdikdən sonra, promotorlar gənc alman və veteran idmançı Cek Şarki arasında döyüş təşkil etmək qərarına gəlirlər. 1930-cu il 12 iyun tarixində baş tutmuş döyüş “Qitələrin döyüşü” kimi elan olunmuşdur. Şmelinq döyüşə adətən asta şəkildə başlayırdı və 4-cü raunda qədər xallarını yığmağa başlayır. O, Şarkinin kəmərdən aşağısından aldığı zərbədən sonra girləndiyini görüb onu küncə sıxışdırmağa cəhd edir. Maks gözlənilmədən qasığından zərbə alır və bunun qaydalara zidd olduğunu bildirir. Menecer Cekobs dərhal rinqə qaçaraq etirazını bildirir və hakim Şarkini diskvalifikasiya edir və Şmelinqin qalib gəldiyini bildirir. O, 1876-cı ildən bəri Co Qossdan sonra ağırçəki üzrə yarışmada qalib gəlmiş ilk şəxs olur.

Avropa doğumlu boksçu kimi Şmelinq 1933-cü illərdə bu fərqi hiss etdirən ilk alman olmuşdur. Bununla belə, onun titulu qazanması utancverici kimi qəbul olunmuşdur. “Zəif zərbə çempionu” ləqəbi ilə o, həm Amerikada, həm də Avropada sübut olunmamış çempion hesab olunurdu. Onun Cek Şarki ilə revanş görüşünə çıxmaqdan gözlənilmədən imtina etməsi Nyu-York ştatının İdman komissiyası tərəfindən çempionluq titulunun ləğv olunması ilə nəticələnmişdir. Lakin Ümumdünya Boks Assosiasiyası və Ring jurnalı tərəfindən çempion kimi qəbul olunmuşdur.

Şmellinq gələcəyin məşhur idmançısı Miki Uolkerlə qarşılacaqdı. Uolkerin Şarki ilə heç-heçə etdiyi görüşü çoxları ağır çəki üzrə dünya çempionuna layiq döyüş adlandırmışdılar. Vaxtilə ortaçəkidə döyüşən Uolker zərbələri dəf etməkdə məşhurluq qazanmışdır. Lakin onun Avropalıya qarşı mübarizədə boy cəhətdən kiçik idi. Uolker Şmellinqlə qarşılaşmada ancaq xal almaqla döyüşürdü. Lakin döyüşün səkkizinci raundunda Uolker küncə dəsmalını tullayır və Şmellinq ağır çəkidə dünya çempionu olmasını bir daha təsdiqləyir.

1933-cü ilin gəlməsi ilə Amerikada Şmelinqə qarşı münasibət getdikcə dəyişməyə başlayır. 1932-ci ildə Nasist partiyası Almaniyada ən güclü partiyaya çevrilir və partiyanın rəhbəri Adolf Hitler antisemitizm ideologiyasını irəli sürməyə başlayır. Bir çox Amerika şəhərlərində, o cümlədən çoxlu sayda yəhudinin yaşadığı Nyu-York şəhərində əhali partiyanın gələcəkdə onların dininə qarşı təhlükə yaradacağından narahat idilər.Şmelinqin də alman olması, onun Hitlerin dünya üzərində ağalıq planlarının davamçısı kimi qəbul edilməyə başlamışdır. Şmelinqin 1933-cü ilin 8 iyun tarixində ağırçəkili rəqibi Maks Berlə qarşılaşması zamanı alman bokçu azarkeşlərinin gözündə “pis oğlana” çevrilmişdir. Bayer yəhudi dininə qulluq etməsə də, onun atası əslən yəhudi idi.Ona görə rinqə üzərində Davud ulduzu təsvir olunmuş şortda çıxmışdır.Promouter Cek Dempsi bu döyüşü Berin öz dinini Şmelinqin timsalında nasist düşüncələrindən qoruması kimi qiymətləndirmişdir. Bayerin vəhşicəsinə, dramatikcəsinə döyüşməsi və tez-tez qayda pozuntularına yol verməsi sonda 10-cu raundda Şmellinqin 60 000 azarkeş toplayan Yanki stadionunda döşəkcəyə yıxılması ilə tamamlandı.Alman boksçu ipdən tutub qalxmaq istəyəndə döyüşün referisi oyunu saxlamışdır.

Co Luislə qarşılaşma

[redaktə | mənbəni redaktə et]
Co Luis və Maks Şmelinq, 1936-cı il

Almaniyaya qayıtdıqdan sonra Şmelinq qarşılaşdığı 4 döyüşdən üçündə qələbə qazanmış, bir görüş isə heç-heçə bitmişir. Şmelinq Valter Neysel və Stiv Hamas üzərində nokautla qələbə çalmışdır. Buna baxmayaraq, amerikan mətbuatı Şmellinqə Nasist partiyasının davranışının təcəssümü kimi baxırdılar. Məqalələrdə o, “Nasist marionet kuklası” kimi təqdim olunurdu.2 ildən çox bir müddətdən sonra 1936-cı ildə alman boksçunun Amerika torpağında ayaq qoyması və qara möcüzə sayılan Co Luislə qarşılaşması zamanı Şmellinq çox zəif hesab olunurdu. Buna baxmayaraq,o, Luisdən sonra bu titula namizəd iki idmançı sırasında idi. Döyüşdən əvvəl Şmellinq Luisin əvvəlki döyüşlərinin filmlərini izləmiş və Detroytdan olan rəqibinin zəif cəhətlərini analiz etmişdir. Onun zəif cəhətləri sırasında əsas məsələ Luisin hər dəfə sol əllə zərbədən sonra sol əlini aşağı salması idi. Döyüşdə Şmellinq bu incəlikdən istifadə edərək Luisin hər zərbəsinə qarşı əla zərbə endirə bilmişdir. Döyüş ilk 3 raundda qarşılıqlı rəqabətdə davam etsə də, 4-cü raundda alman boksçunun zərbəsi Luisin karyerasında ilk dəfə döşəkcəyə yıxılmasına səbəb oldu. Luis ayağa qalxsa da, döyüş boyu bundan heyrətlənmişdir. Sonrakı səkkiz raundda da Şmellinq Luisi zərbə atəşinə tutmuşdu. Nəhayət, 12-ci raundda o, Luisi yenidən yerə sərdi. Bu dəfə Luis özünə gələ bilmədi. Bu qələbə ilə Şmellinq ilin idman ajiotajını yaratmış oldu.

Bu qələbədən sonra Maks Şmelinq öz həmyerlilərinin kumiri olmuşdur. Yüz minlərlə boks sevənlər həmin iyun gecəsi yatmamışdılar: onlar Nyu-Yorkdan olan radioburaxılışı dinləyirdilər. Bu hadisəyə Üçüncü Reyxin rəhbər şəxsləri laqeyd qalmamışdılar. Boksçunun həyat yoldaşı Anni Ondra təbliğat naziri Yozef Gebbels və onun həyat yoldaşı Maqdanın qonağı olmuşdur. Onlar “əsrin görüşü”nə həyəcanlı şəkildə izləyirdilər. Gebbels üçün Şmelinqin qələbəsi əsl hədiyyə olmuşdur. Belə ki bu qələbə nasistlərin irqçilik nəzəriyyəsinin xeyri üçün əsas dəlil idi. Bununla ağ insan qara insan üzərində öz üstünlüyünü nümayiş etdirə bildi. Qarşılaşmanın sonunda Gebbels gündəliyində bu sözləri qeyd etmişdir: “Şmelinq zəncini nokauta saldı və Almaniya adından qələbə qazandı.”

Bu qələbədən sonra ağır çəki üzrə çempionluq tacı uğrunda mübarizədə gözlənilməz bir nömrəli rəqib Ceyms Breddokdur. Şmelinq həmin ilin sentyabrda keçiriləcək döyüşdə titulu yenidən özünə qaytaracağına ümid edirdi. Ceyms Breddokun məşqlər zamanı əlini zədələməsi görüşün təxirə salınması ilə nəticələnmişdir. Breddokun menecerlərinin Luisin düşərgəsi ilə danışıqlar aparması təsdiqləndikdən sonra Nyu-York komissiyası Breddokun Şmellinqlə titul uğrunda döyüşməsi barədə rəsmi bəyanat vermişdir. Luislə olan hər hansı bir döyüş Nyu-York tərəfindən çempionat kimi hesab olunmayacaqdı. Həmin dövrün böyük promout şirkətlərindən biri olan Madison Square Garden Corporation şirkəti Breddok-Luis qarşılaşmasına qarşı məhkəmə qadağasını əldə etmişdir. Belə ki, Luis onların siyahısında artıq yox idi. Buna baxmayaraq, 1937-ci ilin fevralında Şmellinq çempionun öz titulunu qoruması üçün Luisə qarşı döyüşməsi barədə kontrakt imzalamasını xəbərini aldı. Şmellinq buna qarşı çıxsa da, Luis Breddokla qarşılaşmada qələbə qazanır və çempionluğu qazanır. Bundan çox təəssüflənən Şmellinq bağışlanmaq üçün öz şansını əldə edə bilməyəcəyini başa düşərək gələcək rəqibi Harri Tomasla döyüşdə onu səkkizinci raundda nokaut etmiş və Almaniyaya qayıtmışdır.

İdmançının vətəninə qayıtması təmtəraqlı təşkil olunmuş və onu qəhrəman kimi qarşılamışdılar. Buna baxmayaraq, Şmelinq siyasətdən uzaq durmağa çalışırdı. İmperiya idman rəhbərliyinin Şmelinqin öz yəhudi meneceri və çex əsilli olan həyat yoldaşından ayrılması kimi tələblərə o, əhəmiyyət verməmişdir. Həmçinin, nasist partiyasına üzv olmaq barədə təklifləri inkar etmişdir. “Maks Şmelinqin qələbəsi-alman qələbəsi” filmi ölkənin bütün kinoteatrlarında nümayiş olunaraq rekord məbləğdə gəlir gətirmişdir. Adolf Hitler idmançı ilə nahar zamanı onu “ari nümunəsi” adlandırmışdır. 1936-cı ildə Berlində təşkil olunan Yay Olimpiya oyunlarında amerikanlar zənci və yəhudi idmançılara qarşı hücumların olacağından çəkinərək yarışı boykot etmək qərarına gəlmişdilər. Lakin Maks Şmelinq Hitlerdən onların təhlükəsizliyi barədə zəmanəti təmin etmişdir. İllər sonra Şmelinq özünün həmin vaxt necə inadcıl olmasını etiraf etmişdir.

Nasistlər Berlin Olimpiadasını təmtəraqlı təbliğat şousuna çevirmişdilər. İdmançılar, turistlər və jurnalistlərdə alman intizamı və nizamı çox böyük təəssürat yaratmışdır. Çoxları yəhudilərin öz qorxu və iztirablarını şişirtdiklərini güman etməyə başlamışdır. Hətta ABŞ prezidenti Franklin Delano Ruzvelt Ümumdünya yəhudi konqresinin rəhbəri Stefan Vaysa Almaniyadan qayıdan şahidlərin dedikləri kimi, orada sinaqoqlar dinc şəkildə fəaliyyət göstərdiyini, ümumiyyətlə, yəhudilərə qarşı heç bir qorxuducu bir şey olmadığını qeyd etmişdir.

“Əsrin döyüşü”

[redaktə | mənbəni redaktə et]

Co Luis məğlub olduqdan 1 il sonra dünya çempionu titulunu qazanır: 22 iyun 1937-ci ildə 8-ci raundda Ceyms Breddoku nokaut edərək dünya çempionu olmuşdur. O, özünü əsl çempion kimi hesab etməsi üçün Şmelinqi revanşa çağırır. Bütün dünya 22 iyun 1938-ci ili səbirsizliklə gözləyir. Çoxları bu döyüşü gözləsələr də, digərləri beynəlxalq təzyiqdən və Hitlerin çempionatı alma imkanlarının ola biləcəyindən qorxurdular. Kasıb qaradərili olan Luis amerikalı pərəstişkarları tərəfindən imkanlar ölkəsi olan Amerikanın simvolu hesab olunmuşdur. Buna baxmayaraq, amerikalılar Şmelinqi və onun Hitlerlə əlaqələrini bu imkanlara qarşı açıq-aşkar təhlükə hesab edirdi.

Görüşdən bir neçə həftə əvvəl Luis Ağ evdə prezident Franklin Delano Ruzvelt tərəfindən qarşılanır. “The New York Times” qəzetinin yazdığına inansaq, prezident boksçuya ölkənin Almaniyaya qalib gəlməsi üçün onun əzələlərinə ehtiyac duyduğunu bildirmişdir. 1976-cı ilə aid avtobioqrafiyasında Co Şmelinq üzərində qələbəyə təkcə şəxsi səbəblərə görə yox, bütün Amerikanın ona ümid etdiyinə görə, məcbur olduğunu bildirmişdir.[6]

Almaniyada hakimiyyət nümayəndələrilə münasibətdə sərhəd saxlayan Maks Şmelinqi ABŞ-də nasist rejiminin təcəssümü hesab edərək onu “Nasist, nasist!” qışqıraraq çağırırdılar. Amerikan qəzetləri Maksa qarşı müxtəlif şayiələr yayırdılar. Guya o, nasist partiyasının aktiv üzvü olmuş və Luis üzərində qazandığı qələbədən əldə etdiyi pulları vermaxt üçün yeni tankların hazırlanmasına verdiyini bildirmişdilər. 70 000-dən çox tamaşaçının yığışdığı “Yanki” stadionunda görüş radio vasitəsilə 4 dildə: ingilis, alman, portuqal və ispan dillərində translyasiya olunmuşdur. Şmelinqin onda 32 yaşı, Luisin isə 24 yaşı vardı. “Qəhvəyi bombardmançı” çəkidə öz rəqibindən 3 kq çoxdur.[6]

1938-ci ilin 22 iyununda almanın Yanki stadionuna çıxması zamanı tribunalardan çoxlu sayda zibil qutusu atılmağa başlamışdır. Co Luis elə ilk raunddaca alışırdı, Şmelinq ona qarşı ilk görüşündə olduğu kimi qarşı dursa da, bu nəticəsiz idi. Rinqin iplərinə sıxılsa da, hər tərəfdən qısa və dəqiq zərbələr alan Şmelinq belini Luisə çevirməli olur. Bu zaman o iplərdən yapışaraq qışqırır. Sonradan Şmelinq onun böyrəyinə zərbə endirildiyi üçün qışqırdığını bildirmişdir. Görüşün arbitri Artur Donovan Luisi aralamışdır. Şmelinq hər dəfə kanata sıxılsa da, Donovan görüşü davam etdirməyə icazə verirdi. Bir neçə zərbədən sonra Şmellinq yenidən yerə yıxılır. O, ayağa qalxsa da, bir neçə an sonra yenidən yerə yıxılır və Donovan döyüşü saxlayır. 22 iyun 1938-ci ildə baş tutan görüşün nəticəsi demokratiyanın hitlerizm üzərində olan qələbəsinin simvolu kimi qəbul edilmişdir. Almaniya özünü aşağılanmış hesab edir, Şmelinq adı isə qəzetlərin səhifələrindən itir. Üçüncü Reyxin qəhrəmanı nokauta düşmüş “ari nümayəndəsi” ola bilməz.

İllər sonra 1975-ci ildə Şmelinq bu sözləri demişdir:

" “ Geriyə baxaraq, mən xoşbəxtəm ki, bu döyüşü uduzmuşam. Təsəvvür edin, mən Almaniyaya qələbə qazanaraq gəlmişəm. Mənim nasistlərlə əlaqəm olmasa da, onlar mənə medal verəcəkdilər. Müharibədən sonra məni hərbi əsir hesab edə bilərdilər”. "

[7]

Şmellinq sonrakı illərdə

[redaktə | mənbəni redaktə et]

Co Luisə məğlub olub Almaniyaya qayıtdıqdan sonra Şmelinq nasistlərdən kənar gəzməyə başlayır. O, həmin gecə ağırçəki üzrə Avropa və Almaniya çempionları üzərində qələbə qazanır.

1938-ci il 9-10 noyabr tarixində baş tutmuş "Kristal gecə" zamanı yəhudilərə qarşı talan baş vermişdir.Həmin təhlükəyə məruz qalanlar arasında Devid Levin adlı imkanlı sahibkar da vardı. Onun Potsdam şəhərində oteli, restoranı vardı. Bununla yanaşı, o, 1930-cu illərin əvvəllərində Şmelinqlə tanış olmuşdur. "Büllur gecə" zamanı Devid Levin emiqrasiya öncəsi sonuncu sənəd işlərini həll etmək üçün bütün ailəsini Berlinə gətirir. Poqrom zamanı Devid həmin vaxt şəhərdə olan Şmelinqdən iki oğluna - 14 yaşlı Haynz və 15 yaşlı Vernerə baxmağı tapşırır. Məşhur boksçu uşaqları özü ilə Aleksandritzdə olan "Ekselsior" otelindəki nömrəsinə apararaq administratora onun xəstə olduğu üçün narahat etməməsini tapşırır. Şmellinqin almanların yəhudilərə qarşı olan nifrətinə əks olan hərəkəti etməsi birinci dəfə deyildi.

İkinci DM zamanı o, lüftvaffedə xidmət etmişdir. 1941-ci ilin mayında Krit adasında olan ilk döyüş günündə o, sağ dizindən minaatan şrapneldən yaralanmışdır. Sağalandan sonra, o tibbi nöqteyi nəzərdən yararsız hesab olunaraq hərbi xidmətdən uzaqlaşdırılmışdır.Sonralar o, Almaniyada yerləşən amerikan hərbi əsirləri olan düşərgəyə baş çəkmiş və bəzən həbs olunanlara kömək etməyə cəhd etmişdir.

Almaniyada Maks Şmelinqin xatirəsi üçün buraxılan poçt markası, 2005-ci il

1926-1928-ci illərdə yüngül çəkidə Almaniya çempionu;

1927-1928-ci illərdə yüngül çəkidə Avropa çempionu;

1928-ci il Ağır çəkidə Almaniya çempionu;

1930-1932-ci illərdə dünya çempionu;

1939-1943-cü illərdə ağır çəki üzrə Avropa çempionu

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
Henri MaskeVladimir Kliçko Hollenştedtdə Maks Şmelinqin heykəlinin açılışında, 21 may 2010-cu il

2002-ci il Amerika-Almaniya istehsalı olan "Maks və Co" filmi Co Luis və Maks Şmelinq arasında baş vermiş döyüşdən və onların sonrakı dostluğundan bəhd edir.

[[Rokki 4 (film, 1985)-də amerikalı Rokki Balboa və rus İvan Draqo arasındakı döyüş Co Luis və Maks Şmelinq arasındakı döyüşdən ilhamlanmış və özündə soyuq müharibəni təcəssüm etdirmişdir.

Co Luisin həyatına həsr olunmuş Frank Proto tərəfindən bəstələnən "Kölgə boksçusu" operasında Şmelinq obrazlardan biri kimi nümayiş olunmuşdur.

2010-cu il Almaniya istehsalı, rejissoru Uve Boll olan "Maks Şmelinq. Reyxin yumruğu" filmində Şmelinqi alman boksu Henri Maske canlandırmışdır. Maskenin sözlərinə görə, filmin ideyası hələ Şmelinq həyatda olarkən yaranmışdır. Şmelinq özü Maskenin onu canlandırmasını istəmişdir. Filmdə Maske ilə yanaşı digər tanınmış boksçular da çəkilmişdir.

Robert Şarenonun 2011-ci ildə çapdan çıxan "Berlin boks klubu" novellasında hadisələr 1930-cu illər Berlinində cərəyan edir. Bu novellada Maks Şmelinq gənc yəhudi oğlanı boksa gətirir və burada oynadığı roldan danışılır.

  1. 1 2 3 4 Max Schmeling // filmportal.de. 2005.
  2. 1 2 3 4 Max Schmeling // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Max Schmeling". Nndb.com. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  4. "Max Schmeling". Auschwitz.dk. 2005-02-02. 2008-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  5. "Ring Magazine's 100 Greatest Punchers". About.com. 2011-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-10.
  6. 1 2 "Arxivlənmiş surət". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  7. "Boxing legend Max Schmeling dies at 99". USA Today. February 4, 2005. 2009-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-10.