Mahmud Nəcməddin Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahmud Nəcməddin Əfəndi
osman. شہزادہ محمود نجم الدین
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Sultan Rəşad türbəsi, İstanbul
Atası Sultan Rəşad
Anası Dürrüadən Qadınəfəndi
Ailəsi Osmanlı xanədanı

Mahmud Nəcməddin Əfəndi (23 iyun 1878, Topqapı sarayı27 iyun 1913, İstanbul) — 35-ci Osmanlı sultanı Sultan Rəşadın oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Nəcməddin Əfəndi 23 iyun 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Rəşad Əfəndi, anası isə onun ikinci xanımı Dürrüadən Qadınəfəndidir. Atasının taxta çıxışının ardından 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin ƏfəndiHilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi.

DolmabağçaUlduz saraylarında xüsusi otaqlar verilsə də, Nəcməddin Əfəndi 1910-cu ildən etibarən Beşiktaş sarayında yaşamağa başladı. Burada günlərini möhtəşəm yemək və musiqi ziyafətlərində keçirən Nəcməddin Əfəndi obez xəstəsi idi. Məhz ağır çəkili olması səbəbilə 27 iyun 1913-cü ildə keçirdiyi spazm səbəbilə anidən vəfat etdi. Cənazəsi Sultan Rəşad türbəsinə dəfn edildi. Övladı olmamışdır.

  • Gün, Fahrettin (2018). Sultan V. Mehmed Reşad ve Dönemi – Cilt 3: Sultan Mehmed Reşad'ın Oğlu Şehzade Ziyaeddin Efendi (1873–1938). TBMM Milli Saraylar. ISBN 978-9-752-46418-6
  • Ekim, Zeynep Emel (2018). Sultan V. Mehmed Reşad ve Dönemi – Cilt 3: Sultan Mehmed Reşad'ın Oğlu Necmeddin Efendi'nın Kuruçeşme'deki Yalısı. TBMM Milli Saraylar. ISBN 978-9-752-46418-6
  • Brookes, Douglas S. (February 4, 2020). On the Sultan's Service: Halid Ziya Uşaklıgil's Memoir of the Ottoman Palace, 1909–1912. Indiana University Press. ISBN 978-0-253-04553-9
  • Brookes, Douglas Scott (January 1, 2010). The Concubine, the Princess, and the Teacher:Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
  • Mehmet Zeki Pakalın (2008). Sicill-i Osmanî zeyli: Mehmet Naci Bey-Nüzhet Sabit Bey. Türk Tarih Kurumu. p. 51. ISBN 978-975-16-2065-1
  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005.