Məzahir Süleymanov
Məzahir Süleymanov | |
---|---|
Məzahir Həbulla oğlu Süleymanov | |
Doğum tarixi | 28 yanvar 1944 (80 yaş) |
Doğum yeri | |
Atası | Həbulla Süleymanov |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID2948653 |
Məzahir Həbulla oğlu Süleymanov (28 yanvar 1944, Məmmədqasımlı, Zərdab rayonu) — Xalq Artisti[1][2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Məzahir Sülyemanov 28 yanvar 1944-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub.[3] M. A. Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir.[4]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Xarici klassiklər
[redaktə | vikimətni redaktə et]M. Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynayıb. Fransız dramaturqu C. B. Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, Eston dramaturqu E. Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramturqu M. Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Bidzina, rus dramaturqu Qoqolun "Müfəttiş" komediyasında Podkolyosin, M. Lermantovun "Maskarad" tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin "İtirilmiş məktub" tamaşasında Taraxanake, tatar dramaturqu A. Abdulinin "13-cü sədr" tamaşasında Prokuror, türk dramaturqu N. Hikmətin "Demoklisin qılıncı" tamaşasında Arxitektor, "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi və s. göstərmək olar.
Azərbaycan klassiklərindən
[redaktə | vikimətni redaktə et]C. Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy, "Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü. Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, C. Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən, M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasında Müsyo Jordan, S. S. Axundovun "Tamahkar" tamaşasında İmran, H. Nəzərlinin "Ayıl, bax bu dünyaya" tamaşasında Abbas Səhət, H. Cavidin "Afət" tamaşasında Qaplan, A. Şaiqin "Bir saatlıq xəlifə" tamaşasında Harun Ər Rəşid, Ə. Haqverdiyevin "Kimdir müqəssir" tamaşasında Qasım bəy və s. obrazlarını canlandırıb.[5]
Müasir dramaturgiyadan Anarın "Adamın adamı" tamaşasında Tərs Tahir, R. İbrahimbəyovun "Park" tamaşasında Dost, V. Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında Tanrıbəy, M. Sülyemanlının "Dəyirman" tamaşasında Sarı Qasım, G. Xuqayevin "Varlı ev" tamaşasında Beçir, "Qocaların məhəbbəti" tamaşasında Qadutsa, Ç. Aytmatovun "Əsrə bərabər gün" tamaşasında Tansıkbayev, S. Başbəyovun "Dəmir qadın" tamaşasında Alimcan, Şamo Arifin "Qınamayın məni" tamaşasında Həbib, T. Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Əli Əmirli və s.göstərmək olar.
M. Sülyemanov G. Xuqayevin "Bir köpək vardı" və "Ailə" əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç. Aytmatovun "Ümid sahili" əsərinin tamaşasında Orqan baba, N. Hikmətin "Bayramın birinci günü" tamaşasında Vəli Əfəndi, Yudcin Onilin "Qarağaclar altında məhəbbət" tamaşasında Kebolt, A. Babayevin "Xilaskar" əsərində Filosof-deputat kimi rolları özünəməxsus sənətkarlıqla yaratmışdı.[6]
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Mənim ağ şəhərim (film, 1993)
- Ağ dünya (film, 1995)
- Yük (film, 1995)
- Fatehlərin divanı
- Bəsdir, ağlama! (film, 1999)
- Yanmış körpülər (film, 2007)
- Cavid ömrü (film, 2007)
- Qüdsi (film, 2007)
- Seçilən (film, 2008)
- Tək olanda qorxma... (teleserial, 2013)
- Toy gecəsi (serial, 2013)
- Xeyirlə şərin rəqsi (film, 2015)
Mükafatları
[redaktə | vikimətni redaktə et]2005, 2006 və 2012-ci illərdə M. Süleymanov Respublika Prezidentinin mükafatına layiq görülmüşdür. 2006-cı ildə Əməkdar artist adı verilmişdir. 2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layıq görülmüşdür.[7]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Мезахир Сулейманов". 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Xalq artisti Məzahir Süleymanov: "Son illər yaşlı nəslin aktyorları unudulub"". Report İnformasiya Agentliyi (az.). 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "525-ci Qəzet - Xalq artisti Məzahir Süleymanovun portret cizgiləri". 525.az. İstifadə tarixi: 2022-09-04.
- ↑ "Məzahir Süleymanov – 70". Oxu.Az (az.). 2014-01-28. 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "Xalq artisti Məzahir Süleymanovun portret cizgiləri". 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Məzahir Süleymanov – 70". 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Əsl sənətkarları qorumaq lazımdır". 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.