Mənim həyatım (Trotskinin avtobioqrafiyası)
Mənim həyatım | |
---|---|
rus. Моя Жизнь | |
Janr | avtobioqrafiya |
Müəllif | Lev Trotski |
Orijinal dili | rus dili |
Yazılma ili | 1930 |
Nəşr ili | 1930 |
Mənim həyatım: avtobioqrafik təcrübə (rus. Моя жизнь: Опыт автобиографии) — Oktyabr inqilabının təşkilatçılarından biri, Qırmızı Ordunun yaradılmasında əsas rol oynamış inqilabçı Lev Trotskinin (1879-1940) tərcümeyi-halı. Trotski əsəri Almatıda və Türkiyədə yaşayarkən yazmışdır; ilk dəfə 1929-1930-cu illərdə nəşr edilmişdir. Müəllifin bioqraflarının fikrincə, kitab keçmiş xalq komissarının əsərləri arasında ən yaxşılarından biridir və geniş oxucu kütləsinin marağına səbəb olub. Bu “polemik” əsərdə Oktyabr hadisələrinin mühüm tarixi təfərrüatları var və açıq-aşkar antistalinist oriyentasiya hiss olunur – orada sovet lideri ilk dəfə “görkəmli ortabab” kimi təsvir olunur. Kitab dünyanın bir çox dillərinə tərcümə olunub; ilk dəfə 1991-ci ildə SSRİ-də qanuni olaraq nəşr edilmişdir.