Məmmədkazım Ələkbərli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmmədkazım Ələkbərli
1934 – 1936
Əvvəlkivəzifə təsis edildi
SonrakıSeyfulla Şamilov
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1905(1905-01-24)
Doğum yeri
Vəfat tarixi 12 oktyabr 1938(1938-10-12) (33 yaşında) və ya 13 oktyabr 1938(1938-10-13) (33 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti filosof
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məmmədkazım Ələkbərli (24 yanvar 1905, Dərbənd, Dağıstan vilayəti və ya Dağıstan12 oktyabr 1938 və ya 13 oktyabr 1938, Bakı) — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934).

Məmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934).

ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərində baş redaktor olmuşdur.

21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir.[1]

  • "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927).
  • "Yeni əlifba və orfoqrafiya" (1929).
  • "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
  1. Hacı Firudin Qurbansoy. ""Göylərin lacivərd ətəklərində"" (PDF) (az.). 2018-10-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-30.