Məhərrəm Qasımlı
Məhərrəm Qasımlı | |||
---|---|---|---|
Vəzifədədir | |||
3 mart 2016-cı ildən | |||
Şəxsi məlumatlar | |||
Doğum tarixi | 5 avqust 1958 (66 yaş) | ||
Doğum yeri | |||
Təhsili | |||
Fəaliyyəti | alim | ||
Elmi fəaliyyəti | |||
Elm sahəsi | folklorşünaslıq | ||
Elmi dərəcəsi | filologiya elmləri doktoru | ||
Elmi adı | professor | ||
İş yeri |
AMEA Ədəbiyyat İnstitutu Azərbaycan Aşıqlar Birliyi |
||
Tanınır | ədəbiyyatşünas, folklorşünas, şair | ||
|
|||
Təltifləri |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Məhərrəm Paşa oğlu Qasımlı (5 avqust 1958, Alakol, Tovuz rayonu) — Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.(1975–1980) AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olmuşdur. Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.[2] 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Elmi fəaliyyətlə yanaşı təhsil sistemində də fəaliyyət göstərən prof. M. Qasımlı Azərbaycanın bir çox nüfuzlu universitetlərində də çalışmışdır. 1998–2015-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində elmi şuranın üzvü, 2004–2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasında tədris proqramlarının üzvü olmuşdur. Bundan başqa Lənkəran Dövlət Universitetində (1998–2007), 1994–2022-ci illərdə isə Azərbaycan Universitetində müqavilə ilə işləmişdir. 2016-cı ildən Azərbaycan Respublikasının Dövlət Mükafatları Komissiyasının üzvüdür.1996-cı ildən AYB-nin üzvü olmuşdur. 2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi olmuş, 2016-cı ildə Birliyinin sədri seçilmişdir. 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-da qeyd olunmasında yaxından iştirak etmişdir. 2017-ci ildə UNESCO-da qeydə alınan "Yallı" layihəsinin və "Azərbaycan rəqsləri" layihəsinin həmmüəllifi olmuşdur. Bədii əsərlərində Orxan Paşa imzası işlədir. Bədii əsərləri Azərbaycanda, Gürcüstanda, İranda, Türkiyədə nəşr olunmuşdur. Azərbaycanda 500-dən çox elmi məqalələri, 21 kitabı, 5 monoqrafiyası çapdan çıxmışdır. Xaricdə isə 70-dən çox məqaləsi çıxmışdır. Rəhbərliyi altında 50-ə yaxın dissertant və doktorant fəlsəfə doktorluğu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının Dövlət Mükafatı — 26 may 2010
- "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 3 noyabr 2015[3]
- "Şöhrət" ordeni — 3 avqust 2018
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019
- Manasın mirasçıları: Türk dünyası kültürünə hizmet ödülü" — 2022-ci ildə Türk mədəniyyətinə və dilinə göstərdiyi xidmətlərə görə Türkiyənin Hacı Bektaş Vəli Kültür Dərnəyi, Qırğızıstandakı K. Tınıstanov adına İssık-Göl Dövlət Universiteti və Türk Dünyası Söz Akademiyasının birgə təsis edib.[4]
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024[5]
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Aşıq sənəti". Bakı, "Ozan", 1996.
- Aşıq sənəti, Bakı,2003
- "Sənə sözüm var", Bakı, Uğur, 2004,
- "Ozan-aşık sanatı" 2010, Türkiyə, Kars, Kafkaz Universiteti
- Qasımlı M. Ozan-aşıq sənəti. Bakı: Uğur, 2011, 304 s.
- Şah İsmayıl Xətayinin poeziyası, Bakı, 2012.
- "Yağmur qoxusu". Bakı: Uğur, 2015.
- Taleyimdən və ürəyimdən keçənlər. Bakı: Elm və təhsil, 2017.
- Saz başına döndüyüm, Bakı: Elm və təhsil, 2017
- Qasımlı M. Ozan-aşıq sənəti. Təbriz, 2018
- Qasımlı M. Folklor və ədəbiyyat araşdırmaları. Bakı: Elm və təhsil, 2017, 627 s.
- Aşıq şeirinin poetik biçimləri və çeşidləri. Bakı, "Elm və təhsil", 2018. (Mahmud Allahmanlı ilə ortaqlı)
- İzahlı aşıq ədəbiyyatı sözlüyü. Bakı, Aşıqlar Birliyi, 2019.
- "Məhərrəm Qasımlı 60 – Ömür yolu və biblioqrafiya" — 2018-ci il
- "Yağmur pıçıltıları" — 2019, Gürcüstan, gürcü dilində
- Azərbaycan aşıq ədəbiyyatı. Bakı: Şərq-Qərb, 2019.
- Ozan-aşıq ensiklopediyası 2 cilddə. Bakı: Gənclik, 2020
- Əllərini uzat mənə, Bakı, 2022
- Ozan-aşıq sənəti və ədəbiyyatı. Bakı, 2023
- Aşıq, bağrına bas sədəfli sazı. Bakı, 2023
Məqalələri
[redaktə | mənbəni redaktə et]- Ozan-aşıq keçidi. Bakı, "Qobustan" jurnalı., 1991, № 3
- "Ustad", "Ədəbiyyat qəzeti", 22 fevral 1991-ci il, № 8.
- Aşıq sənətinin kinetik qaynaqları: Qam-şaman ənənəsi. Varlıq jurnalı, Tehran, 1994, № 3. s.96–109
- "Manas" dastanının anlatılış özəllikləri. Ankara, "Turk dünyası" dərgisi, 1995, № 4
- Azərbaycan türklərində ad anlayışı. Azərbaycan interneyşel. dər. Vaşinqton, 1999, № 11
- Aşıq sənətində informatik yük və repertuar problemləri. Bakı, 2001, Elmi əsərlər, № 3–4
- Aşıqlığın Dədə Şəmşir ucalığı, Azərbaycan və etnoqrafiya jurnalı, 2013, № 1, s.34–41
- Aşıq sənətində təsəvvüf simvolikasının sinkretik təzahürü. Ozan dünyası jurnalı, 2014. № 3(18), s.11–30
- Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20–21.
- Dədə Qorqud məzarının ünvanı Dəmirqapı Dərbənd. Mədəniyyət, 2015, 30 sentyabr.
- Gedək Təbrizə-Təbrizə; Xudafərin körpüsü; Azərbaycanım;Yol verin; Gəldin. Parçalanmış millətin harayı, Bakı, 2017, s.306–311
- Ruhumuzun və dilimizin sərrafı. Folklor və etnoqrafiya jurnalı, 2017. № 1, S.3–11[6]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Haqq aşığı (film, 2021)
- Mən Orxan Paşayam (telefilm), 2018, AzTv[7]
- Saz-söz axşamı (AzTv-də yayımlanan silsilə film verilişlər-2010–2023)[8]
- O-Məhərrəm Qasımlı (Mədəniyyət Televiziyasında yayımlanan veriliş)- 2023[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Məhərrəm Qasımlı Aşıqlar Birliyinin yeni sədri seçilib". karabakhmedia.az. 3 mart 2016. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2016.
- ↑ Savalan Talıblı. "Xalq folklorunu bilirsə, o xalqı heç kim ələ ala bilməz": Məhərrəm Qasımlı: "Bizim mədəniyyətin açarı sazdır": [Filologiya elmləri doktoru, professor] //"Kaspi".- 2008.- 22 avqust.- S. 14. № 150(1857)
- ↑ "Təbrik edirik" (PDF). "Ozan dünyası" (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04.[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
- ↑ M.Qasımlı. Məhərrəm Qasımlı Ömür yolu və biblioqrafiya 60. Bakı: Uğur. 2018. səh. 112.
- ↑ https://www.youtube.com/watch?v=ebUrMOX3NkQ Arxivləşdirilib 2023-06-22 at the Wayback Machine "Mən Orxan Paşayam" (azərbaycan dili). 16.10.2018. Archived from the original on 2023-02-01.
- ↑ https://www.youtube.com/@azrbaycanasiqlarbirliyi1266 Arxivləşdirilib 2023-04-04 at the Wayback Machine "Saz-söz axşamı" (azərbaycan dili). Archived from the original on 2023-04-04.
- ↑ https://www.youtube.com/watch?v=0K1PjjDdEkk&t=178s Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine "O-Məhərrəm Qasımlı" (azərbaycan dili). 2023-07-13 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 5 avqustda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Alakolda doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- Azərbaycan Respublikasının Dövlət mükafatı laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri
- Tədqiqatçılar
- Azərbaycanlı folklorşünaslar
- Azərbaycan ədəbiyyatşünasları
- Azərbaycan Aşıqlar Birliyinin sədrləri