Məhərrəm Hüseynov
Məhərrəm Hüseynov | |
---|---|
12 mart 1957 – 17 martın 1962-ci il | |
Azərbaycan SSR Ali Məhkəməsinin sədri | |
10 aprel 1951 – 12 mart 1957 | |
Sonrakı | Sənan Musayev |
1945 – 1951 | |
1945 – 1945 | |
1941 – 1945 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1915 |
Doğum yeri |
Məhərrəm Mirzə oğlu Hüseynov (1915, Qaracəmirli, Yelizavetpol qəzası) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (13 aprel 1951–12 mart 1957).
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhərrəm Hüseynov 1915-ci ildə Şəmkir (keçmiş Şamxor) rayonunun Qaracaəmirli kəndində anadan olmuşdur. 1938-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsini bitirmişdir.
1937-ci ildə Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının katibi, 1938-ci ildə isə Azərbaycan SSR Ədliyyə Nazirliyində məsləhətçi vəzifələrində işləmişdir. 1938–1941-ci illərdə Şəmkir rayon birinci dairəsinin xalq hakimi olmuşdur. 1941-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir.
1941–1945-ci illərdə Naxçıvan MSSR Ali Məhkəməsinin sədri işləmişdir. Həmin vəzifədən azad olunduqdan sonra 1945-ci ildə qısa bir müddət ərzində respublika Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra etmişdir. 1945–1951-ci illər ərçində Azərbaycan SSR Ədliyyə Nazirinin müavini olmuşdur.
10 aprel 1951-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş və 12 mart 1957-ci ilədək həmin vəzifədə işləmişdir. 1957-ci ilin mart ayının 12-də Ali Məhkəməyə yeni seçkilərin keçirilməsi ilə əlaqədar Məhərrəm Hüseynov Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsindən azad edilmişdir. Həmin vaxt o, Ali Məhkəmənin üzvü seçilərək Ali Məhkəmənin sədr müavini vəzifəsinə təsdiq olunmuş və 1962-ci il martın 17-dək həmin vəzifədə işləmişdir. Bundan sonra Məhərrəm Hüseynov 1 sentyabr 1971-ci ilədək müxtəlif məsul vəzifələrdə çalışmışdır.
1971-ci il avqust ayının 31-də Məhərrəm Hüseynov Azərbaycan SSR Ədliyyə Naçirliyi Notariat və VVAQ idarəsinin rəisi və nazirliyin kollegiya üzvü təyin olunmuşdur. 1976-cı ilin mart ayında həmin vəzifədən təqaüdə çıxmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- Pages using the JsonConfig extension
- 1915-ci ildə doğulanlar
- Yelizavetpol qəzasında doğulanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı hüquqşünaslar
- Azərbaycan hüquqşünasları
- Azərbaycan SSR Ali Məhkəməsinin sədrləri
- Naxçıvan MSSR Ali Məhkəməsinin sədrləri
- Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavinləri