Məhəmmədhəşim bəy Mərəndi
Naviqasiyaya keç
Axtarışa keç
Məhəmmədhəşim bəy Mərəndi | |
---|---|
Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu Mərəndi | |
Doğum tarixi | |
Doğum yeri | Mərənd şəhəri |
Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu Mərəndi (1795-?)—siyasi mühacir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu 1795-ci ildə Mərənd şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi. Şahzadə atası Nəzərəli xanı öldürdükdən sonra Risiyaya mühacirət etmişdi. Qarabağ rəisi onu ailəsi ilə birlikdə Şuşa qəzasının Vərəndə sahəsinin Qarğabazar kəndində yerləşdirmişdi. Ona mülk ayrılmış, təqaüd kəsilmişdi.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Məhəmmədhəşim bəyin Qasım bəy, Əli bəy, Mehdi bəy, Abdulla bəy adlı oğlanları vardı.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.