Məhəmməd Xiyabani üsyanı
Şeyx Məhəmməd Xiyabani və ya Azərbaycan üsyanı | |||
---|---|---|---|
İranda etnik və siyasi münaqişə | |||
| |||
Tarix | 1920 aprel - 1920 13 sentyabr | ||
Yeri | Cənubi Azərbaycan | ||
Səbəbi | Qacar İranının repressiv siyasəti, xarici və yerli istismar, konstitutsiyaya riayət edilməməsi | ||
Nəticəsi | Üsyan yatırıldı | ||
Ərazi dəyişikliyi | Bir müddətlik Cənubi Azərbaycan mərkəzi hökumətin nəzarətindən kənarda qaldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Məhəmməd Xiyabani üsyanı (fars. قیام خیابانی) — Qacarlar dövründə Cənubi Azərbaycanda mərkəzi hakimiyyətə qarşı Şeyx Məhəmməd Xiyabani tərəfindən başladılan liberal və demokratik üsyan. Üsyan 5 aprel 1920-ci ildə başladılmış və 14 sentyabr 1920-ci ildə Xiyabaninin öldürülməsi ilə sonlandırılmışdır.[1][2]
Üsyanda Azərbaycan əhalisinin mərkəzdən narazılığı, illərdir bitmək bilməyən dağınıqlıq və ölkədə hakim olan xarici təsirlərə qarşı mübarizə istəyi əsas rol oynamışdır.
Zəmin
[redaktə | vikimətni redaktə et]İran azərbaycanlıları məşrutə hərəkatı zamanı çox mühüm rol oynamışdılar.[3] Nikki Keddie bu prosesi belə təsvir edir:[4]75
Təbriz və onun ətrafındakı Azərbaycan əyaləti inqilabın inkişaf etmiş əsasını təşkil edirdilər, iqtisadi olaraq daha modernləşmiş, beynəlxalq ticarətlə geniş şəkildə məşğul olan, səyahətlərlə və miqrasiya ilə bənzər şəkildə türkdilli olan İstanbula və Rusiya Transqafqaziya (buraya hər il minlərlə insan ya müvəqqəti, ya da davamlı olaraq miqrasiya edirdi və buradan silahlar ixrac edilirdi) ilə əlaqədə olan Təbriz avanqard rolunu oynamaq üçün yerləşmişdi. Bəzi təbrizlilər və digər azərbaycanlılar hətta Qafqazda öyrəndiklıri sosialist ideyaları təbliğ edir, kiçik Sosial Demokrat Partiyası da qururdular.
İran Məşrutə inqilabı, onun gedişatı, nəticəsinin uğursuzluğu zəlzələ və əsas zəlzələdən sonra da afterşok effekti formalaşdırdı. Zəlzələ inqilabın özü idisə, afterşoklar da Gilandakı Cəngəli, Xorasandakı polkovnik Pesyan və Məhəmməd Xiyabani üsyanarı idi. İranın bu dövrdəki sosio-siyasi vəziyyəti, ölkəyə Rusiya və Böyük Britaniya müdaxilələri, mərkəzi hökumətin zəifliyi, əsasən qısaömürlü və asılı şəxslərin rəhbərliyində müxtəlif lokal hökumətlərin qurulması ölkənin müxtəlif yerlərində üsyanların meydana çıxmasına yol açan faktorlar idi. 1919-cu il Anqlo-İran müqaviləsinin Vüsüq əd-Dövlə tərəfindən ratifikasiya edilməsi və Təbrizdə rusların öldürülməsi nəticəsində 1911-ci ildə İrana rus ultimatumunun verilməsi məşrutə hərəkatının əsas hədəflərinə vurulmuş son zərbə oldu.[5][6][7] Üsyana təsir edən digər amil Vüsüq əd-Dövlənin Azərbaycan Demokrat Partiyasının buraxıldığını elan etməsi oldu. Məhz onun təxribatına baxmayaraq, partiyanın altı üzvü Milli Məşvərət Məclisinə daxil ola bildi.[7]
Konfrans
[redaktə | vikimətni redaktə et]Məşrutə inqilabının başlamasından etibarən İranda qarışıqlıq hökm sürməkdə idi. Demək olar ki, ölkənin şimalı Parisdə təhsil almış Ehsanulla xanın da rəhbərlərdən biri olduğu heyət tərəfindən idarə edilməkdə idi. Bu zaman Təbrizdə məşhur şəxslərdən və bölgədəki aparıcı demokrat nümayəndəsi olan Şeyx Məhəmməd Xiyabani öz şəhərində konfrans çağırdı. Konfrans Demokrat Partiyasının əyalət şurasının konfransı kimi təşkil edilmişdi. Xiyabani Şimali Azərbaycanda təhsil alarkən radikal ideyalarla tanış olmuş, məşrutə inqilabı zamanı konstitutsiya uğrunda döyüşlərə qatılmışdır. Büyün bu etdikləri və İranın İkinci Milli Məclisindəki aparıcı Demokrat Partiyası üzvü olmağı onu məşhur etmişdi. Konfransa toplanan 450 nəfər şəxs Azərbaycan bölgəsinin əksər hissələrindən toplanmışdı. Nümayəndələrin qərarı ilə iki dildə çıxarılan Təcəddüd qəzetinin əsası qoyuldu. Demokrat Partiyasının Azərbaycandakı qolunun adı dəyişdirilərək Azərbaycan Demokrat Partiyası adlandırıldı. Bundan sonra mərkəzi hökumətə özlərinin 4 əsas tələblərini göndərdilər. Buraya torpaqların paylanması, Azərbaycan göndəriləcək hakimin Azərbaycan xalqının güvənini qazanmalı olduğunun qəbul edilməsi, Tehranda Milli Məclisin, Təbrizdə isə Əyalət Məclisinin dərhal toplanması daxil idi. Əyalət Məclislərinin toplanması konstitutsiyada nəzərdə tutulsa da, hələ həyata keçirilməmişdi. Son çıxışlarından birində Xiyabani şikayətlənirdi ki, Azərbaycan xalqının inqilabdakı qurbanlarına baxmayaraq, nə parlamentdə ədalətli təmsil hüququ, nə də mərkəzi hökumətin xəzinəsindən uyğun yardım ala bilməmişdir. Konfransdan bir neçə gün sonra məşhur tarixçi Əhməd Kəsrəvi partiyadan azlıq fraksiyası kimi qovuldular. Onların qovulmasının səbəbi ad dəyişikliyi və əyalət tələblərinə etiraz etmələri idi. Tarixçi Ervand Abrahamyan bu əyalət tələbrini tarixdə ilk dəfə açıq şəkildə radikal bir hərəkatın planı olaraq elan edildiyini yazmaqdadır. O, əlavə edir ki, bu vaxta qədər tayfa rəhbərləri və mühazifəkarlar yerli muxtariyyətin qorunmasını müdafiə edərkən, islahatçılar güclü mərkəzi hakimiyyətin saxlanılmasını müdafiə etməkdə idilər.[8]
Sovet ilə əlaqələr
[redaktə | vikimətni redaktə et]Tarixçi Jody Ememi-Yeganeh iddia edir ki, Gilan və Xiyabani üsyanları Bolşevik inqilabının yayılması nəticəsində formalaşmışdır. O, Xiyabaninin sol cərəyanlardan təsirləndiyini, lakin Sovet kommunizmindən uzaq qalmaq istədiyini yazmaqdadır. Belə ki, 1905-1911-ci illər inqilabının Təbrizdəki liderlərindən olan Xiyabani 1914-cü ildə Qafqazdan Cənubi Azərbaycana geri dönmüş və öz məqsədinin İranı xarici təsirlərdən xilas etmək olduğunu bildirmişdir. Sovetlərlə yaxınlığı ilə bilinən Gilan hərəkatından özünü fərqləndirmək üçün Xiyabani Təbrizdə kommunistlərlə əməkdaşlılıq etmədiyini elan etmiş, Ənzəlidə rus ordusunun olmasını isə qınamışdır.[9]
Keddie Xiyabani üsyanını belə ümumiləşdirir:[10]
Hərəkat islahatçı idi və həmçinin bəziləri Fars mərkəzi hökuməti tərəfindən sıxışdırılan türkdilli azərbaycanlıların yenicə oyanmış milli hisslərini ifadə edirdi...Qiymətlərə nəzarət edilməsi kimi islahatlar davam edən infilyasiyaya qarşı tədbir görmək üçün həyata keçirilmişdi. Azərbaycan hərəkatının uğuru başqa yerlərdəki digər gücləri də təşviq edirdi.
Hədəflər
[redaktə | vikimətni redaktə et]Məhəmməd Xiyabaninin üsyan qaldırmaq əsl məqsədinin nə olması mübahisəlidir. Bəziləri onun İranı demokratikləşdirilməsi üçün çalışdığını iddia edərkən, Əhməd Kəsrəvi kimi onun yanında iştirak etmiş şəxslər onun əsl hədəfinin tamamilə İrandan ayrılma olmasından şübhələnirdilər. Hətta Kəsrəvi buna görə ondan və hərəkatdan ayrılmışdı.
Demokratişlə mübarizəsi kimi dəyərləndirənlər
[redaktə | vikimətni redaktə et]Məhəmməd Xiyabani təbriz üsyanını məşrutə inqilabının davamı və xilası hesab edirdi, buna görə də o, məşrutə inqilabının hədəflərinə çatmaqda uğursuz olmasına vurğu edərək, yeni hərəkatın yaradılmasına ehtiyyac olduğunu bildirirdi.[11] Məhəmməd Xiyabaninin üsyanı bir inanc sistemi və ideoloji hərəkat üzərində qurulmuşdu ki, onun hədəfi ölkənin demokratiya prinsipləri əsasında yüksəldilməsidir və bu üsyanla Gilan Cəngəllik Hərəkatı kimi silahlı üsyanlar arasında əsaslı fərqlər var idi. Xiyabani bir şəxsiyyət kimi sosiologiyanı yaxşı bilən biridi. Ona məlum idi ki, qələbəyə yalnız şüurun və intelektual dəyişimin inkişafı ilə nail oluna bilər.[7][12]
Məhəmməd Xiyabaninin üsyanı əsasən qərbli imperialistlərə və onların yerli əməkdaşlarına qarşı təşkil edilmişdi. Bu zaman Şimali Azərbaycanda formalaşan AzərbaycanXalq Cümhuriyyəti bolşeviklərə qarşı ingilislərin dəstəyini qazana bilmək üçün onlarla əməkdaşlıq etməyə məcbur idi. Buna görə də, Məhəmməd Xiyabani üsyanının məqsədinin AXC ilə birləşmək olmadığını elan etmişdi. Bildirilir ki, məşhur azərbaycanlı inqilabçı İsmayıl Əmirxizi Cənubi Azərbaycanın adını Azadıstana dəyişdirməyi təklif etmiş və bu ad dəyişiklikliyi ilə şimaldakı proseslərə etiraz etmişdirlər.[13][14] Məhəmməd Xiyabani öz nitqlərindən birində belə deyirdi:[5]
Biz azadlıqpərəstlərin bir arzuzu və inancı var, bizim hamımız deyirik ki, əsl məşrutəçilik ölkədə höm sürsün, şəxsi təsirlər və imtiyazlar ləğv edilməli və istifadə edilməməlidir, xalqın suverenliyi real olmalıdır - Yəni, millətin suverenliyinə söykənmək və ona istinad etmək - Biz deyirik ki, ədalət, bərabərlik, azadlıq olmalıdır.
Cənubi Azərbaycanı İrandan qoparmaq istəməsini iddia edənlər
[redaktə | vikimətni redaktə et]Digər tərəfdən, Əhməd Kəsrəvi və Moctahedi kimi bəzi qaynaqlarda Xiyabaninin məqsədləri funtamentalist və şübhəli təqdim edilir və deyilir ki, o, ayrıca hökumət qurmaq istəməkdə idi. Lakin bu iddia edilən hərəkətlər doğruluğunu dəqiqləşdirmək çətindir, çünki Xiyabani məqsədlərini açıqlayan rəsmi sənədlərdə bunu dilə gətirmir.[15][16] Xiyabani mərkəzi hökumətə göndərdiyi teleqramlarda bildirir ki, o, Tehrandan göndəriləcək heç bir kəsi hakim olaraq tanımayacağını açıq şəkildə bildirməklə birlikdə, mərkəzi büdcədən maliyyə ayrılmasını da tələb edirdilər. Tehran Müxbir-ül Səltənə Hidayət Tehrandan hakim kimi Təbrizə göndərildiyi zaman Xiyabani onu hakim olaraq tanımadı və ona ultimatum verdi. Bunun nəticəsində də, Müxbir-ül Səltənə hərbi yollara əl atdı.[17] Tarixçi Ervand Abrahamyan isə onun qurumu Azadıstan adlandırmaqla İrandan ayrılağa doğru bir addım atdığını yazmaqdadır. Bundan başqa, o, Xiyabaninin geniş muxtariyyət istədiyini də qeyd edir.[18]
İranşünas Rasmus Kristian Elling də öz kitabında Şeyx Məhəmməd Xiyabaninin konstitutsiyada göstərildiyi kimi Azərbaycan üçün muxtariyyət istədiyini, eyni zamanda da, Azərbaycan dilində təhsilin həyata keçirilməsini əmr etdiyini yazmaqdadır.[19]
Üsyanın başlaması
[redaktə | vikimətni redaktə et]Bolşeviklər Gilana hərbi qüvvələr çıxaran zaman Xiyabaninin rəhbərlik etdiyi demokratlar da mərkəzi hökuməti ittiham edən bəyanatlar verdilər və həm parlamentin, həm də əyalət məclislərinin təcili topladılmasını istədilər. Abrahamyan yazır ki, bundan sonra Xiyabani və dəstəkçiləri İrandan tamamilə ayrılmaq üçün irəli doğru daha bir addım ataraq respublikanın yaradılmasına çağırış etdilər, Azərbaycan əyaləti adı Azadıstan. ölkəsi adı ilə dəyişdirildi.[20]
5 aprel 1920-ci ildə üsyan başladı. Üsyanın başlanması Azərbaycan Demokrat Partiyasının Təbriz Komitəsindən olan şəxslərin etirazları ilə müşahidə edildi. Onların əsas tənqid hədəfində Tehranın siyasəti və 1919-cu ildə İngiltərə ilə imzalanmış müqavilə idi. Xiyabaninin Təcəddüd binasındakı mühazirəsindən və onun bitməsindən sonra bir neçə aktivist hüquq-mühafizə qüvvələri tərəfindən həbs edildilər. Şəhərdəki hüquq-mühafizə orqanlarının rəhbəri Müzəffər Ələmin vasitəçilik etmə cəhdlərinə baxmayaraq, güc orqanlarının üzvləri təcəddüd binasını mühasirəyə aldılar. Lakin vaxt keçdikcə bina ətrafına daha çox adam toplaşmağa başladı və 6 aprel tarixində etirazlar daha çox böyüdü, danışıqlarda uzlaşma mümkün olmadı. Xiyabaninin güc orqanlarını təhdid etməsindən sonra onlar geri çəkilməyə məcbur oldular və onların rəhbərliyi Azərbaycan Demokratik Partiyasına həvalə edildi. Şəhərdəki yüksək məmurlar növbəti gün şəhəri tərk etməyə məcbur edildilər və Tehrana yollandılar.[21]
7 apreldə partiya tərəfindən bu bəyanat verildi:[5]
Təbriz azadlıqsevərləri yerli hökumətlərin bir sıra anti-konstitusiya aksiyalarında təzahür edən mürtəce meyillərdən həyəcanlanır və kəskin və sakit şəkildə etiraz etmək niyyəti ilə ayağa qalxırlar. Təbrizin azadlıqsevərləri bəyan edirlər ki, onların proqramının bütün mahiyyəti dövlət məmurlarının ölkənin azad rejiminə hörmət etdiklərinə və konstitusiyalara səmimi şəkildə əməl etdiklərinə tam və tam əminlik əldə etməkdir. Azadlıqsevərlər nizam-intizamı və rahatlığı hər vasitə ilə qorumağa qərarlıdırlar. Azadlıqsevərlərin proqramı iki maddədən ibarətdir: birincisi, ictimai rifahı bərqərar etmək, ikincisi, konstitusiya rejimini hakimiyyətə gətirmək.
Təşkilat
[redaktə | vikimətni redaktə et]Üsyanın möhkəm təşkilatı sxemi və planı yox idi, onun rəhbərləri arasında sabit vəzifə bölgüsü də əskik idi. Əsasən təşkilati işlər Təbrizdəki Demokrat Partiyası üzvlərinin köməkliyi ilə həyata keçirilirdi. Təşkilatı işlərdə İsmayıl Nobari[22] və Məhəmməd Ağa Həriri[23][24] kimi şəxslər xüsusilə seçilirdi. Üsyanın başlamasından sonra Məclis Direktorlarının İdarə heyəti yaradıldı və hökumətin təşkili, hüquq-mühafizə orqanlarına rəhbərin təyinatı işi ona tapşırıldı. Hüquq-mühafizə və jandarmanın tabe etdirilməsinə baxmayaraq, Kazak Briqadası hələ də Azərbaycan əyalətinin hakimi Əbdül Məcid Mirzənin və Tehranın tabeliyində idi. Əbdül Məcid Mirzənin uğursuzluğundan və onun yerinə Mehdiqulu Hidayətin təyin edilməsindən sonra şəhərdəki vəziyyət nisbətən sakitləşdi. Məhəmməd Xiyabani Mehdiqulu Hidayət barədə daha optimist düşüncədə idi. Bu düşüncə də onu yenicə formalaşmış olan xalq hərəkatını Hidayətə qarşı səfərbər etməməyə sövq etdi.[7][11]
Eyni zamanda da, Məclis Direktorlarının İdarə heyəti Təbrizdən toplanmış 480 nəfərdən ibarət ümumi iclasını həyata keçirdi və dövlət komitəsini seçdi. Heyyər mühafizə işlərinin təşkili üçün Seyid Həsən Yavərin rəhbərliyi altında 500 nəfərlik jandarma qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Həmçinin hərbi qüvvələrin genişləndirilməsinə çalışıldı, lakin Osmanlı qüvvələrinin Azərbaycana daxil olması bu planın həyata keçirilməsinə əngəl oldu və jandarma da qapadıldı.[25]
Təbriz polis stansiyasının ələ keçirilməsindən sonra. Xiyabani Demokrat Partiyasının idarə heyəti adından bəyanat yayımlamışdı. Burada bildirilirdi ki, məqsəd konstitutsiyanın həyata keçirilməsinə nail olmaq və ictimai asayişi qorumaqdır.[26]
Üsyanın yatırılması
[redaktə | vikimətni redaktə et]Xiyabaniyə qarşı olan qüvvələr əsasən tayfa üzvləri və feodal dairələrə yaxın şəxslər idi. Onun qurduğu hökumətə qarşı fəaliyyət yolları kəsib quldurluq edən Azərbaycan şahsevənləri, Semko tərəfindən rəhbərlik edilən və aysorları öldürməyə başlayan kürd Şakuk tayfası, Təbrizdəki kazaklar və polislər idi.[18]
Mehdiqulu Hidayət Təbrizə gəldikdən sonra zahirən qiyamı müşayiət etsə də, onun əsas vəzifəsi, sonradan məlum olduğu kimi, qiyamı yatırmaq idi və hətta sələfi Əbdül Məcid Mirzə də bu missiyanı qəbul etməmişdi. 13 sentyabr 1920-ci ildə, Kazak briqadasının qüvvələri və bəzi jandarmadan olan agentlər Mehdiqulu Hidayət ilə əvvəlcədən razılaşdırılmış əmri əsasında üsyanın qərərgahının yerləşdiyi binaya hücum etdilər. Hidayət bu barədə müvafiq əmri Briqada generalı Haşemiyə vermiş, o da, öz növbəsində bu hücumu təşkil etmişdi.[27] Binanı peşəkar döyüşçülər olan kazaklar qarşısında müdafiə etməyin çətinliklərinə görə bir neçə saatlıq döyüşdən sonra bina ələ keçirildi. Xiyabani dostlarından birinin evində gizlənməyə məcbur oldu. Növbəti gün Xiyabaninin harada olması barədə hökumət adamlarına məlumat verildi və Xiyabani qeyri-bərabər döyüşdə öldü.[5][28]
1920- ilin sentyabrında üsyanın yatırılmasından sonra birdə 1922-ci ildə Tehranın Təbriz üzərindəki hakimiyyətinə meydan oxuma oldu. Lakin bu üsyanda qısa müddətdən sonra yatırıldı və üsyannı başçısı olan Əbülqasım Lahuti Şimali Azərbaycana qaçmağa məcbur oldu.[12]
Uğursuzluğun səbəbi
[redaktə | vikimətni redaktə et]Üsyanın yatırılmasının əsas səbəblərindən biri onun kütlələri üsyana qatmaq üçün yetərli qədər təbliğat aparmaması, aparsa belə bu işdə uğursuz olmasıdır. Çıxışları ilə xalqı maarifləndirməyə, şüurunu aydınlatmağa çalışan Xiyabani kütləni silahlandırmaq, ləvaizmatla təmin etmək işinə laqeyd yanaşırdi, bununla eyni zamanda xalqın dəstəyi də müxtəlif səbəblərdən zəifləyirdi. Uğursuzluğun digər səbəbləri arasında kazak qüvvələrinə nəzarət edə bilməmək, kifayət qədər maliyyə vəsaitinin olmaması, silahlı fedailərin sabit qüvvələrinin olmaması, vahid təşkilatın olmaması, fərdi qərarlar qəbul etmək və siyasi qüvvələrin üsyan zamanı birləşə bilməməsi daxildir.[11]
Nitqlər
[redaktə | vikimətni redaktə et]Üsyandan öncə və sonra Məhəmməd Xiyabani davamlı olaraq Təbrizdəki Demokrat Partiyasının binasında çıxışlar edirdi. Onun mühazirələrinin əksəriyyətinin qayəsi konstitutsiya mühitində azadlıqpərəstlik və demokratiya barədə idi. Üsyanın başlamasından sonra Xiyabaninin nitqlərində təxminən 20 min təbrizli iştirak edirdi. Onun mühazirələrdə əsas səyi maarifləndirmə və fikir hazırlamaq idi. Çoxsaylı mühazirələrində onun fikirlərinin nümunələri aydın görünür:[29]
- Azərbaycan üsyanı İrana azadlıq gətirəcək,
- Biz İranda azad, müstəqil həyat və demokratiya vasitələrini təmin etmək istəyirik,
- Biz əsrimizə, zamanımıza qarşı deyil, mürtəce və avtoritar hakimiyyətə qarşı qalxmışıq,
- Biz İranda millətin suverenliyini özündə ehtiva edən bir növ demokratik hökumət qurmaq istəyirik,
- Çünki hakimiyyət və dövlət millətdən doğulur, onda ağıl və məntiqə görə bir neçə adamın nəzəriyyəsi yox, millətin iradəsi hökm sürməlidir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "گذری در زندگی روحانی مبارز مجاهد / ما میگوییم عدالت و آزادی باشد". toobagolestan.ir. 2021. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ Ghani, 2001. səh. 103
- ↑ Ememi-Yeganeh, 1984. səh. 1-2
- ↑ Keddie, 1981. səh. 75
- ↑ 1 2 3 4 Azəri, 1950
- ↑ "قیام شیخ محمد خیابانی". psri.ir. 2021. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ 1 2 3 4 Makki, 1979
- ↑ Abrahamian, 1982. səh. 112-113
- ↑ Ememi-Yeganeh, 1984. səh. 3-4
- ↑ Keddie, 1981. səh. 83
- ↑ 1 2 3 Derkatanyan, 2021
- ↑ 1 2 Bosworth, 1998
- ↑ "محمد اسماعیل امیرخیزی - موسسه مطالعات تاریخ معاصر ایران". 2021. 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ Kəsrəvi, 1999. səh. 67
- ↑ Müctəhidi, 1992. səh. 462
- ↑ Kəsrəvi, 1992. səh. 874
- ↑ "مذاکرات جلسه ۲۴ دوره چهارم مجلس شورای ملی پانزدهم سنبله ۱۳۰۰". 2021. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ 1 2 Abrahamian, 1982. səh. 115
- ↑ Elling, 2013. səh. 31
- ↑ Abrahamian, 1982. səh. 114-115
- ↑ "شیخ محمد خیابانی از قرارداد ۱۹۱۹ تا مبارزه با استعمار زندگینامه". www.imna.ir. 2020. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ "اسماعیل نوبری ؛ خطیب، روحانی مبارز، مشروطه_خواه، نماینده مجلس شورای ملی - تبریز پدیا (İsmayıl Nobari; Xətib, mübariz ruhani, konstitusiyaçı, Milli Məclisin nümayəndəsi - Təbriz Pedia)". tabrizpedia.info. 2020. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ "خانه حریری تبریز". safarmarket.com. 2021. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ "مرکز پژوهشها - حاج محمد اقا حریری". rc.majlis.ir. 2021. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ Badamçı, 1925
- ↑ Chaqueri, 1995. səh. 465
- ↑ "نجات آذربایجان - مشروطه (Azərbaycanın xilası - Konstitusiya)". mashruteh.org. 2021. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2023.
- ↑ Swietochowski və Collins, 1999. səh. 22–23
- ↑ Müctəhidi, 1945
Mənbə
[redaktə | vikimətni redaktə et]- Əli Azəri. قیام شیخ محمد خیابانی (Şeyx Məhəmməd Xəyabaninin qiyamı). Tehran: Safi Əlişa. 1950.
- Hüseyn Makki. تاریخ بیست ساله ایران جلد اول (İranın iyirmi illik tarixi, birinci cild). Əmir Kəbir. 1979.
- Əhməd Kəsrəvi. قیام شیخ محمد خیابانی. ترجمهٔ مقدمه محمدعلی همایون کاتوزیان (Şeyx Məhəmməd Xiyabani üsyanı; tərcümə və önsöz Humayun Kutuzyan). Tehran: Nahr-e-Karzan. 1999.
- Əhməd Kəsrəvi. تاریخ ۱۸ سالهٔ آذربایجان (Azərbaycanın 18 illik tarixi). Tehran: Bina. 1992.
- Gholamreza Derkatanian. "Factors of failure and pathology of Sheikh Mohammad Khayabani uprising in Tabriz". عوامل شكست و آسيب شناسي قيام شيخ محمد خياباني در تبريز (Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanının uğursuzluğu səbəbləri və patalogiyası) (PDF). 2021.
- Mehdi Mojtahedi. رجال آذربایجان (Rizal-e Azərbaycan). Tehran: Zərin. 1992.
- Məhəmməd Badamçı. شرح حال و اقدامات شیخ محمد خیابانی (Şeyx Məhəmməd Xəyabaninin tərcümeyi-halı və hərəkətləri). İranşəhr. 1925.
- Mehdi Mojtahedi. رجال آذربایجان در عهد مشروطیت. به کوشش غلامرضا طباطبائی مجد (توضیحات) (Məşrutə zamanı Azərbaycan şahzadələri. Qulamrza Tabatabayi Məcidin izahları ilə). Tehran: Zərin. 1945.
- Cyrus Ghani. Iran and the Rise of the Reza Shah: From Qajar Collapse to Pahlavi Power. I. B. Tauris. 2001. ISBN 978-1-86064-629-4.
- Tadeusz Swietochowski; Brian C. Collins. Historical Dictionary of Azerbaijan. Scarecrow Press. 1999. ISBN 978-0-8108-3550-4.
- Cosroe Chaqueri. The Soviet Socialist Republic of Iran, 1920-1921: Birth of the Trauma. Pittsburgh and London: University of Pittsburgh Press. 1995.
- C. E. Bosworth. AZERBAIJAN iv. Islamic History to 1941. Encyclopædia Iranica. 1987.
- Ervand Abrahamian. Iran Between Two Revolutions. Princeton University Press. Princeton, New Jersey. 1982.
- Rasmus Christian Elling. Minorities in Iran - Nationalism and Ethnicity after Khomeini. Palgrave Macmillan. 2013.
- Jody Emami‐Yeganeh. Iran vs Azerbaijan (1945–46): Divorce, separation or reconciliation?. USA: Central Asian Survey. 1984.
- Nikki R. Keddie, Yann Richard. Roots of Revolution: An Interpretive History of Modern Iran. Yale Univ Press. 1981. ISBN 978-0300026061.