Məhəmməd Eldaroğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd
Məhəmməd Eldar oğlu
Digər adı Eldaroğlu Məhəmməd
Doğum yeri İlisu, Qax rayonu
Vəfat yeri İlisu, Qax rayonu
Milliyyəti türk
Fəaliyyəti memar

Məhəmməd Eldar oğlu — Usta Eldaroğlu Məhəmməd kimi taninan XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış görkəmli memar.

Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Həyatı haqqında səhih məlumatlar qalmasa da onun Azərbaycanın müxtgəlif bölgələrində (Şəki-Zaqatala, GəncəbasarQarabağ mahallarında) inşasına rəhbərlik etdiyi onlarla məscid, mədrəsə binası və xüsusi sifarişli fərdi evlər bu gün də öz memarlıq üslubu və davamlılığı ilə seçilir. Məhəmməd Eldaroğlunun 1920-ci ildə Gəncə şəhər Xeyriyyə Cəmiyyətinin dəvətilə Gəncədəki məşhur Şah Abbas məscidinin bərpasını apardığı da məlumdur. Məhəmməd Eldaroğlunun həyatı haqqında geniş məlumatımız olmasa da Azərbaycanın el sənətkarı aşıq Molla Cümənin ona ithaf etdiyi Usta rədifli qoşması məlumdur. Qoşmadan bir parça:

Salam olsun sənə, usta Məhəmməd, Bu mədhi eşitsin qulağın usta. Sənə kömək olsun Allahus Səməd, Başa kimi yansın çırağın, usta.

Məskənin İlisu, familin Eldar, Dalında tədbirli sahib kamandar, Elmdə mahirsən gün kimi aşkar, Çatıbdır hər yerə sorağın, usta.

  • Şamil Fətullayev "XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlıq" Bakı 1989
  • Şahmərdan Əhmədli "Təsəvvüf, biz və elmimiz" Qax 1995
  • Molla Cümə Əsərləri Bakı-2006 s219