Məcusi
(Ərəbcə: مجوس, Farsca: مگوش, atəşpərəstin cəmi)
Məcus, atəşpərəst dinində olan; atəşpərəst; oda sitayiş edən
İran və Hindistan xalqından bir qisminin mənsub olduğu inanclardan biridir. Bu inancı qəbul edənlərə "Atəşpərəst", rahiblərinə də "Muz" deyilir. Hindistan və ətrafında məşhur olan Brahmanların bir şöbəsi olan atəşpərəstlər, atəşə, inəyə, timsaha tapınırlar. Bunlar e.ə. təxminən 551 illərində Zərdüşt (Zarathoustra) deyilən bir kimsənin qurduğu bir növ inanışa bağlıdırlar. Atəşpərəstlər ölülərini basdırmazlar, xüsusi qüllələrdə saxlayarlar və kərkəslərə yedirərlər.
İranlılar, İbrahim əleyhissalamın bildirdiyi doğru dinə inanırdılar. Assurların bu ölkəyə hakim olmasından sonra, "Sabiilik" adı verilən etiqadlarını İranda yaymağa başladılar. Sabiilər, günəşi, ayı və ulduzları müqəddəs bir varlıq qəbul edib, müxtəlif bütlərə tapınırdılar. Tək Allaha inanmağı əmr edən ilahi dinin tamamilə unudulmasından sonra, İranlılar Sabiilik inancına bağlandılar. Bunlar, zamanla atəşə də müqəddəslik tanıdılar. Bir qisimi atəşi birbaşa tanrı qəbul edəcək qədər irəli getdi. Bundan sonra atəşə tapınma ayinləri uydurdular və heç sönmək bilməyən Atəşgahlar tikdilər.
Atəşpərəstlik inancında, atəşə tapınma ayinini ortaya çıxararaq, insanları oda ibadətə çağıran "Məcus" adında bir kimsədir. Bu ayin qurucusuna nisbətlə, bu inanışda olanlara "Məcusi" deyilmişdir. Məcusilik, Sabiiliyin daha da pozularaq davam edən dəyişik bir şəklidir. Məcusilər, köhnə filosofların yaradılış, xeyr və şər haqqında fikirlərini araşdırarkən, atəşin hərarətinin (istiliyinin) həyat və varlıqlar üzərində necə təsir etdiyini görmüşlər və həyatı meydana gətirən bir qüvvət olaraq, onu ilahi qüdrət saymışlar. Əvvəllər atəş, Allahın bir əsəri olub, özündə yaratma sifəti olması baxımından məbudun varlığına işarə, dəlil olan bir şey olaraq qəbul edilmişkən sonradan dini liderləri, bu əsas üzərində bəzi dəyişikliklər etdikdən sonra atəşin özünə tapınmağa başlamışlar.