Mürafiə vəkillərinin hekayəti
Mürafiə vəkillərinin hekayəti | |
---|---|
Janr | komediya |
Rejissor | Ramiz Həsənoğlu |
Əsərin müəllifi | Mirzə Fətəli Axundzadə |
Ssenari müəllifləri |
İlham Rəhimli Ramiz Həsənoğlu |
Baş rollarda |
Ramiz Əzizbəyli Dilarə Əliyeva Dəniz Tacəddin |
Operator | Eldar Məmmədov |
Bəstəkar | Ramiz Mirişli |
Rəssam | Rafael Əsədov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 4 noyabr 2011, Azərbaycan Televiziyası |
Filmin digər adları | Mürafiə vəkilləri |
Filmin növü | tammetrajlı televiziya tamaşası |
Müddət | 98 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Rəng | rəngli |
Mürafiə vəkillərinin hekayəti — Rejissor Ramiz Həsənoğlunun filmi.[1]
Məzmun
[redaktə | vikimətni redaktə et]Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Film Səkinə xanımın qələbəsi ilə sona yetir.
Film haqqında
[redaktə | vikimətni redaktə et]Film görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında çəkilmişdir.[2]
İki hissədən ibarətdir.
Film-tamaşa Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu il tarixli sərəncamı əsasında çəkilib.
Filmin heyəti
[redaktə | vikimətni redaktə et]Film üzərində işləyənlər
[redaktə | vikimətni redaktə et]- Əsərin müəllifi: Mirzə Fətəli Axundzadə
- Ssenari müəllifləri: İlham Rəhimli, Ramiz Həsənoğlu
- Quruluşçu rejissor: Ramiz Həsənoğlu
- Quruluşçu operator: Eldar Məmmədov
- Quruluşçu rəssam: Rafael Əsədov
- Bəstəkar: Ramiz Mirişli
- Mahnıların mətni: Fikrət Qoca
- Rejissor: Teymur Quliyev
- Səs rejissorları: Rəşad Əflatunoğlu, Vaqif İmanquliyev
- Geyim üzrə rəssam: Rəfail Əlizadə
- Montaj: Həsən Quliyev
- Rejissor qrupu: Elnurə Kazımova, Sərxan Əhmədov, Bəhram Yaqublu
- Operatorlar: Elşən Rzayev, Qədir Hüseynov
- Musiqi rəhbəri: Firudin Allahverdi
- Mahnıların ifası: Heydər Anatollu
- Redaktor: İlham Alışanov
- Bədii tərtibat kompleksi: İ.Cabbarov, M.Hüseynov, Fərhad Mayılov (F.Mayılov kimi)
- Kostyumların tikilişi: R.Əliyeva
- Kostyumer: İradə Həyatova (İ.Həyatova kimi)
- Qrim ustaları: İ.Gülbabayeva, Z.Cəfərova
- Dekorçu rəssamlar: S.İbrahimov, Rəşad Məlikov (R.Məlikov kimi), Əliağa Xəlilov (Ə.Xəlilov kimi), E.İmanov, A.Vəliyev
- Dekorların quruluşu: R.Babayev, R.Səfərov, Ş.Həsənov, Z.Ağacamalov, V.Məhərrəmov, A.İsmayılov, E.Cəfərov, E.Tağıyev
- Əlbəsəçilər: N.Qurbanəliyev, E.Ağabəyov, V.Məmmədov, Ş.Aslanova, M.Ramazanova
- ASB sexinin rəisi: V. Baxşıyev
- Videomühəndislər: El.Baxşəliyev, Em.Baxşəliyev
- Səs operatoru: M.Məhərrəmov
- İşıqçılar: M.Əhmədov, A.İslamzadə, F.Zaidov
- İnzibatçılar: S.Orucov, F.Baxşəliyeva, M.Dadaşova
- Direktor: Mirzə Əliyev
Rollarda
[redaktə | vikimətni redaktə et]- Ramiz Əzizbəyli – Ağa Mərdan
- Dilarə Əliyeva – Zeynəb
- Dəniz Tacəddin – Səkinə xanım
- Səyyar Rüstəmov – Əziz bəy
- Məhərrəm Bədirzadə – Ağa Kərim
- Loğman Kərimov – Ağa Səlman
- Tofiq Hüseynov – şəriət hakimi
- Azad Şükürov – Ağa Rəhim
- Rahib Əliyev – Ağa Cabbar
- Ağaxan Salmanov – Ağa Bəşir
- Vahid Əliyev – Ağa Səttar
- Mətanət Atakişiyeva – Zübeydə
- Mətləb Abdullayev – Ağa Həsən
- Aslan Şirin – Ağa Abbas
- Cəmilə Əzimova – Gülsəba
- Elman Rəfiyev – Bədəl
- Sərdar Rüstəmov – Qəhrəman
- Rəşad Bəxtiyarov – Qaffar
- Ceyhun Dadaşov – Nəzər
- Azər Mirzəyev – Hacı Rəcəbəli
- Şahmar Qəribli – Həpo
- Məzahir Cəlilov – Şeyda
- Cümşüd Zeynalov – Qurbanəli
- Firuz Xudaverdiyev – Hənifə
- Elnar Qarayev – fərraşbaşı
- Ramin Şıxəliyev – fərraş
- Elxan Məmmədov – nökər
- Kənan Oruclu – yeddi aylıq tifil
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Həsənoğlu, R. "Mürafiə vəkilləri" hazırdır, "Sübhün səfiri"nə isə start verildi: [Xalq artisti, rejissor Ramiz Həsənoğlu ilə eyni adlı filmlər barədə söhbət] //Mədəniyyət.- 2011.- 21 sentyabr.- S. 10.
- ↑ Aydınoğlu, T. Televiziyanın yeni tamaşası: [AzTV M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında film-tamaşa hazırlamışdır] //Xalq qəzeti.- 2011.- 12 oktyabr.- S. 8.