Lorenzo Kosta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lorenzo Kosta
Lorenzo Costa il Vecchio
Vazarinin əsərində Lorenzo Kostanın portreti
Vazarinin əsərində Lorenzo Kostanın portreti
Doğum adı Lorenzo Costa il Vecchio
Doğum tarixi təq. 1460[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 mart 1535[3][4][…]
Vəfat yeri
Fəaliyyəti rəssam
Stillər italyan intibahı, Ferrara rəssamlıq məktəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lorenzo Kosta (it. Lorenzo Costa; təq. 1460[1][2][…], Ferrara5 mart 1535[3][4][…], Mantuya, Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi.

Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.

Nəvəsi Lorenzo da (Kiçik Lorenzo Kosta; 1537, Mantuya — 1583, Mantuya) İtalyan rəssamı olmuşdu.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Kosta, Ferrara məktəbinə aid edilir. Əsərləri onun zəngin xəyal gücünün və ya kompozisiya vergisinin olmadığını göstərir, lakin isti və ahəngdar rənglərdən istifadə edildiyi üçün əsərləri cazibədar görünür. Bu əsərlərdən ən yaxşıları Luvrda, Bolonya Pinakotekasında, Bolonyadakı Müqəddəs Petroniy kilsəsində və Berlin muzeyində ("Rəbbə təqdimat" və "Tabuta qoyulma") saxlanılır.

  • Сомов А. И. Коста, Лоренцо // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  • Varese R. Lorenzo Costa. Milano: Silvana, 1967.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]