Lixenologiya

Vikipediya, azad ensiklopediya
(Lixenoloq səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Lixenologiya — şibyə və ona bənzərləri öyrənən elm.Şibyələrin (lat. Lichenes) xalq təsərrüfatında əhəmiyyətli rolu

Bu qrupa 400 cinsə aid 13000-17000 növ daxildir.

Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş, mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayimsoyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində çox geniş yayılmışdır. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır. Buna görə də şibyələr bitkilərin yayılması üçün ilkin şərait yaradır.İkinci bölməni təşkil edən bakteriyaların bəzi qrupları istisna olmaqla, göbələklər, xlorofilsiz canlılardır. Onlar hazır üzvi maddələrlə qidalanır. Şibyələr isə simbioz (şərikli) həyat keçirən canlıdır.

Mənbə: biologiya 7-ci sinif dərslik